Elektrik və optik rabiTƏ XƏTLƏRİ. MÜhaziRƏ rabiTƏ XƏTLƏRİNİN İNKİŞaf məRHƏLƏLƏRİ



Yüklə 302,27 Kb.
səhifə12/21
tarix01.02.2023
ölçüsü302,27 Kb.
#122827
1   ...   8   9   10   11   12   13   14   15   ...   21
Elektrik v optik rabiT X TL R . M haziR rabiT X TL R N N NK

KOAKSİAL KABELLƏR

Həndəsi ölçülərinə görə koaksial kabellərin dörd konstruksiyası mövcuddur. Bunlar aşağıdakılardır:


mikrokoaksial cütlüyə malik kabel. Bunun əsas elementi olan koaksial cütlüyünün ölçüləri, d/D=0,7/2,9-dur. Koaksial cütlüklərin (KC) sayı, 4, 7, 19 daha çox ola bilər. AVS-lərinin köməyi ilə 300 telefon kanalı təşkil etmək mümkündür. Tezlik diapazonu 1,3 MHs-dir. RVS-ləri üçün isə telefon kanallarının sayı, 30÷120, tezlik diapazonu 2÷8,5 Mbit/san.-dir. Bu kabel əsasən ŞTŞ-də istifadə olunur;
kiçik ölçülü KC-yə malik KK. KC-ün ölçüləri, d/D=1,2/4,6-dır. Analoq və rəqəm verilis sistemləri qoşula bilər;
orta ölçülü KC-yə malik KK. Daxili və xarici naqillərin (KC) ölçüləri, d/D=2,6/9,5 mm-dir. Beynəlxalq və şəhərlərarası TKŞ-lərində tətbiq edilir. İnformasiyanın bütün növlərini həyata keçirmək qabiliyyətinə malikdir;
böyük ölçülü KC-yə malik olan KK-lər. Bir qayda olaraq bunlar d/D=7/27, 11/40 və s. ölçülərə malik bir cütlükdən ibarətdir. Onlar ikikabelli sistemlərdə istifadə olunur. Tezlik diapazonu 300 və 600 MHs-dir, 50000 və 100000 telefon kanalı yaratmaq mümkündür. Dəniz və okeanların altı ilə çəkilən, KC-lərinin ölçüləri, d/D=5/18; 8,4/25,4 və s. olan böyük ölçülü KK-lərdə mövcuddur. Bunların köməyi ilə 48, 60, 120, 300 və 2700 və daha çox telefon kanalları yaratmaq mümkündür.
Göstərilən konstruksiyalardan başqa, orta və kiçik ölçülü KC-lərdən hazırlanmış kombinə olunmuş KK-lərdə varıdır. Bunların tərkibi 4, 6, 8 orta və 4, 6 kiçik ölçülü KC-lərdən ibarətdir. Orta ölçülü KC-lərdən son məntəqələr və iri rabitə qovşaqları arsında çoxkanallı rabitəni və televizya verilişlərini həyata keçirmək üçün istifadə olunur. Kiçik ölçülü KC-lərdən isə trassa boyunca yerləşən yaşayış məntəqələrini rabitənin müxtəlif növləri ilə təmin etmək üçün istifadə olunur.
TKŞ-lərində orta və kiçik ölçülü KC-lərə malik KK-lərdən daha çox istifadə olunur.
KM-4 tipli magistiral koaksial kabel. Bu kabellər dörd KC-dən və ulduz şəkildə burulmuş beş simmetrik dördlükdən ibarətdir. Hər bir KC diametri d=2,6 mm olan daxili və diametri D=9,5 mm olan xarici naqillərdən ibarətdir. Hər iki naqilin materialı misdəndir. Daxili və xarici naqillər bir-birindən qalınlığı 2,2 mm və 25 mm övcudən bir qoyulmuş polietilen şayba ilə izolə olunurlar.
Simmetrik dördlüyün cərəyan keçirən nailinin materialı mis, diametri d=0,9 mm-dir. İzolyasiyası hava-kağız birləşməsindən və ya polietilendəndir.
KM-4 kabeli ilə xidmət olunmayan gücləndirici məntəqələr (XOlGM) arasındakı məsafə 6 km-dən bir olan iki K-1920 və XOlGM arasındakı məsafə 3 km olan iki K-3600 sistemləri təşkil etmək olar. Bundan başqa, İKM-480 və İKM-1920 RVS-ləri də tətbiq etmək mümkündür. AVS-lərindən K-1920 sıxlaşdırma aparaturası qoşulduqda tezlik diapazonu 8,5 MHs, K-3600 aparatı qoşulduqda isə 18 MHs təşkil edir. İKM-480 və İKM-1920 qoşulduqda isə uyğun olaraq 34 Mbit/san və 140 Mbit/san olacaqdır.

Ölçüləri 2,6/9,5 olan KC-lərdən K-1920; K-3600 AVS-ləri və İKM-480; İKM-1920 RVS-lərinin köməyi ilə çoxlu sayda telefon kanalları və televiziya verilişləri təşkil etmək mümkündür.
Ölçüləri 1,2/4,6 olan KC-lərdən K-300 AVS-ləri və İKM-480 RVS-lərinin köməyi ilə magistral boyunca yerləşən şəhər və başqa yaşayış məntəqələrinə lazım olan rabitə kanalları tam təmin olunur.
KK-in tərkib hissəsi olan simmetrik cütlük və dördlük qruplarından xidməti rabitə və telesiqnalların ötürülməsi üçün istifadə olunur. KM-8/6 kabeli ölçüləri, səkkiz d/D=2,6/9,5; altı d/D=1,2/4,6 olan KC-dən, bir dördlük (1x4x0,9), səkkiz simmetrik cütlük (8x2x0,9) qruplarından və altı tək damardan (6x1x0,9) ibarətdir. Bütün simmetrik cütlük və dördlük qrupların, eləcə də tək damarların materialları mis, cərəyan keçirən damarların diametrləri isə 0,9 mm-dir. Boru-polietilen tipli izolyasiyaya malikdir.

. OPTİK RABİTƏ KABELLƏRİNİN TƏSNİFATI

ORK-ləri müəyyən qayda ilə bir-birinə burulmuş 1÷100 və daha çox optk liflərin və ya işıqötürücülərin ümumi örtük altında yerləşdirilərək əmələ gətirdikləri istiqamətləndirici sistemlərin növlərindən biridir. İşıqötürücü optik diapazonda elektromaqnit dalğasının yayılmasını təmin edir.


ORK-ləri böyük həcmidə informasiyanı buaxma qabiliyyətinə, qarşılıqlı və xarici maneələrə qarşı davamlı olduğuna görə TKŞ-lərində geniş tətbiq olunur. Kütləsi yüngül, qabarit ölçüləri kiçik, odadavamlı olduğundan, bunlardan su nəqliyat vasitələrinin, uçan və başqa hərəkətdə olan obyektlərin, radioelektron, hesablama maşınlarının, ölçü cihazlarının, avtomatik idarəetmə sistemlərinin, kompüter texnikasının avadanlıqlarının və s. montajında geniş istifadə olunur.
Yüksək mühafizə olunma qabiliyyəti, az itkiyə malik olması və s. kimi keyfiyyətləri, okean və dənizlərdən keçərək magistral kabel xətlərinin çəkilişi və yüksək gərginlik xətlərində texnoloji rabitənin təşkili üçün imkan yaradır. Sualtı ORK-ləri bir sıra xüsusiyyətlərinə görə başqa OK-lərdən fərqlənirlər.
Xeyli miqdarda telefon kanalları tələb olunan yerlərdə və informasiyanı uzaq məsafəyə ötürmək lazım gəldikdə şəhərlər- və zonalararası ORK-lərindən istifadə olunur. Bu kabellər kiçik sönməyə və dispersiyaya, böyük həcmidə informasiyanı buraxma qabiliyyətinə malik olmalıdır.
ŞTŞ-də ATS-ATS; ATS-ŞaTS; ATS-İATS; ATS-PŞ və s. kimi bir sıra obyektlər arasında birləşdirici kabellər kimi ORK-lərindən istifadə olunur.
Yerli və lokal şəbəkələr dedikdə, obyektlərarası, müəssisədaxili, təsviri göstərən telefon, kabellə televiziya yayımı, kompleks hesablama və avtomatlaşdırma sistemləri, xüsusi xidmət və s. kimi rabitə növləri başa düşülür. Belə şəbəkələrdə informasiya mübadiləsinin baş tutması üçün kvars və çoxkompanentli şüşə materialdan hazırlanmış pillə və qradyent şəkilli OL-lərdən ibarət OK-lər, işıq diodu (İD), yarımkeçirici injeksion lazer, fotodiod (FD), şaxələndirici və s. kompleks qurğulardan istifadə etmək lazım gəlir.
ORK-lərindən montaj məqsədi kimi də istifadə olunur. Bunlar lent və ya jqut şəkilində hazırlanırlar.
ORK-lərinin fiziki-mexaniki xarakteristikalarına qoyulan əsas tələbatlar aşağıdakılardır: qırılmaya qarşı yüksək dərəcədə möhkəm; mexaniki qüvvələr nəticəsində əmələ gələn itkiləri azaltmaq üçün kifayət qədər bufer mühafizəyə malik; işçi tempratura qarşı (-40......+500) davamlı; elastik; radiasiyaya, kimyəvi reaksiyaya və zərbələrə qarçı möhkəm; çəkilməsi və montajı sadə olmalıdır; 20 il ərzində etibarlı işlməlidir; rütubət və ya nəmliyi keçirməməlidir.
ORK-lərinin əsas optik xarakteristikaları dedikdə, onun kiçik sönməyə və dispersiyaya, eləcə də geniş buraxma zolağına malik oması başa düşülür.
Sualtı OK-lərə əlavə olaraq, onların nəmlikdən yüksək dərəcədə mühafizə olunması, ucuz başa gəlməsi və istismar zamanı etibarlı işləməsi kimi təlabat qoyulur.



Yüklə 302,27 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin