OPTİK RABİTƏ KABELLƏRİNİN MEXANİKİ XARAKTERİSTİKASI
ORK-lərinin mexaniki möhkəmliyini xarakterizə edən əsas parametrlərə dartı qüvvəsinin maksimum buraxıla bilən, əyilmə radiusunun isə minimum qiymətləri daxildir.
ORK-ləri çəkilən zaman dartı qüvvəsinə məruz qalır ki, buda OL-lərin qırılması üçün şərait yaradır. Bu məqsədlə kabelin dartı qüvvəsinin maksimum qiymətini hesablayıb, alınan nəticəni buraxıla bilən qiymətlə müqayisə etmək lazım gəlir.
OL vint şəkilində burulur. Burulma zamanı OL əyilir. Əyilmə radiusu aşağıdakı düsturla təyin olunur:
, mm (1)
burada sin2θ - burulma, A=RBUR - isə burulma radiusudur, mm.
Vintə bənzər xəttə çəkilən normal OK-in simmetriya oxunu kəsir. Ona görə də kabel çəkilən zaman OL-də eninə qüvvə əmələ gəlir. Bu qüvvə OL-in dartı qüvvəsinin buraxıla bilən qiyməti ilə əyilmə radiusunun münasibətindən təyin edilir:
N/m (2)
Dartı qüvvəsinin buraxıla bilən qiyməti məlum olduqdan sonra, kabelin hər bir elementinə düşən qüvvəni hesablayıb, alınan nəticəyə əsasən elementin materialını və onun en kəsiyini seçmək olar.
ORK-ləri çəkilən zaman tələb olunan dartı qüvvəsinin maksimum qiymətindən, kabelin tərkib hissəsi olan OL-lərin zədələnməsi üçün heç bir təhlükə yaranmamalıdır. Ona görə də ORK-nin tikintisi zamanı yaranan dartı qüvvəsinin maksimum qiymətini təyin etmək üçün, bu prosesdə meydana çıxan deformasiyanının dartı qüvvəsindən asılı olan xarakteristikasından istifadə edilir.
ORK-nin əyilmə gərginliyinə qarşı davamlı olmasını xarakterizə edən əsas parametirlərindən biri onun əyilmə radiusunun buraxıla bilən qiymətidir. Bu radius kabeli əhatə edən mühitin temperaturasından asılı olaraq dəyişir. Ona görə də əyilmə radiusunun buraxıla bilən qiymətini təyin edən zaman temperaturu nəzərə almaq lazım gəlir.
ORK-nin əyilmə radiusunun minimum qiyməti (Rmin) kabelin xarici radiusunun (Dk) qiymətindən asılıdır və Rmin.=(3÷10)Dk qəbul edilir. ORK-ləri əyilən zaman onun elementləri sıxılma, gərilmə və dartılma qüvvələrinə məruz qalır.
ORK-lərinin mexaniki qüvvələrə qarşı davamlı olması onun tikinti-quraşdırma işlərindən və istismar şəraitindən çox asılıdır. Belə ki, kabel mexaniki zərbələrə, ağırlıq qüvvəsinə və xarici təsirlərə məhz bu prosesdə məruz qalır.
ORK-ni telefon kanalizasiyasına çəkən zaman o, dartı qüvvəsinə məruz qalır. Buda kabelin optik parametrlərinin və fiziki xassələrinin pisləşməsinə gətrib çıxardır. Ona görə də həmin qüvvənin qiymətini bilmək vacibdir. Bundan sonra dartı qüvvəsinin buraxıla bilən qiymətini müəyyənləşdirmək lazımdır. Dartı qüvvəsi bir sıra amillərdən asılıdır. Bunlara kabelin uzunluğu və onun kütləsi, kabelin örtüyü ilə borunun divarları arasındakı sürtünmə əmsalı, trassa boyunca olan döngələr, onun profili və s. aiddir.
Dostları ilə paylaş: |