ELEKTROMAQNIT DALĞALARININ SİNİFLƏRİ VƏ ONLARIN NÖVLƏRİ
İS-lərdə yayılan EM dalğalarının xarakteri, sahənin strukturu və sistemin tezlik xarakteristikası hər şeydən əvvəl enerjini daşımaq üçün istifadə olunan dalğanın sinifindən asılıdır. Dalğaların aşağıdakı sinifləri mövcuddur (şəkil1.):
T -eninə elektromaqnit; E-elektrik və ya eninə maqnit dalğası (TM); H-maqnit və ya eninə elektrik dalğası, TE, EH, HE-hibrid və ya qarışıq dalğalar.
T dalğası EMS-nin yalnız eninə kompanentlərindən ibarətdir. Sahənin qüvvə xətləri bütünlüklə müstəvinin və ya naqilin en kəsiyində yerləşir və dalğanın yayılma istiqamətinə perpendikulyar olur . Bu statik rejimdə sabit cərəyanın qüvvə xətlərinin vəziyyətinə bənzəyir. İS-in uzunluğu boyunca EMS-nin toplananları sıfra bərabırdir (Ez=Hz=0).
T dalğası müxtəlif potensial altında yerləşən, ən aşağısı iki izolə olunmuş naqillərdən təşkil edilmiş dövrələrdə yaylır. O tezlik diapazonu ƒ≤109 Hs arasında dəyişən sistemlərdə EM enerjisinin ötürülməsi zamanı istifadə olunur. Burada əsas təyinedici keçiricilik cərəyanıdır (İkeç). Bunlara simmetrik, koaksial, ifrat keçirici koaksial kabelləri, hava rabitə və müstəvi konstruksiyaya malik xətləri göstərmək olar.
E və H dalğaları eninə elektromaqnit dalğasından (T) başqa, İS-in uzunluğu boyunca yaylan toplananlardan hər hansı birinə də malik olur. Beləki, E dalğasının Ez (Ez≠0, Hz=0); H dalğasının isə, Hz (Hz≠0, Ez=0) toplananları İS-in uzunluğu boyunca yayılır. Ona görədə EMS-nin qüvvə xətləri İS-lərin en kəsiyində və eləcə də onların uzunluğu boyunca paylanır. Bu dalğalar tezlik diapazonunun ən yüksək (ƒ>109÷1012) Hs qiymətlərində yayılmağa başlayır ki, burada da əsasən sürüşmə cərəyanı (İsür.) fəaliyyət göstərir. Onlar yüksək tərtibli dalğalar adlanır. Metal və dielektrik dalğaötürücülərlə, eləcə də bir naqilli İS-lərlə EM enerjisi ötürülən zaman istifadə olunur.
Veriliş prosesi əsas dalğa hesab edilən T dalğasında potensial, yüksək tərtibli E və H dalğalarında isə burulğan sahə ilə əlaqədardır.
Hibrid və ya qarışıq (EH; HE) dalğalar E və H dalğalarının ayrılmaz hissəsi olub, EMS-nin altı kompanentlərindən hmısını, yəni Er, Eφ, Ez, Hr, Hφ və Hz toplananlarını özündə cəmləşdirir. Bu dalğalar işıq- və dielektrik dalğaötürücülərdə yayılır. Tezlik diapazonu ƒ>1012÷1015 Hs arasında dəyişir. Sürüşmə cərəyanınının (İsür.) qiyməti üstünlük təşkil edir.
Hibrid dalğalar iki növdən ibarətdir: 1) İS-in en kəsiyində ES nisbətən çox olan EH və 2) en kəsikdə MS üstünlük təşkil edən HE dalğalarından.
Elektromaqnit dalğaları sinifləri kimi, növlərinə görə də bir-birindən fərqlənirlər. Dalğanın növü və ya modu strukturun mürəkkəbliyi, başqa sözlə İS-in en kəsiyindəki sahənin minimum və maksimum sayları ilə təyin olunur. Mod iki, n və m indeksləri ilə işarə olunur. Bu halda hibrid dalğalar EHnm və HEnm şəkilində yazılr.
Mod dedikdə, İÖ-nün uzunluğu boyunca yayıla bilən, strukturuna görə müxtəlif olan, diskret sayda dalğa modifikasiyaları (dalğa növləri) başa düşülür. Onlar bir-birindən azimut (çevrə) və İÖ-nün radiusu boyunca dəyişən sahələrin saylarına görə fərqlənirlər. n-azimut, m-isə İÖ-nün radisu boyunca dəyişən sahələrin sayını göstərir.
Dostları ilə paylaş: |