Elektrik və optik rabiTƏ XƏTLƏRİ. MÜhaziRƏ rabiTƏ XƏTLƏRİNİN İNKİŞaf məRHƏLƏLƏRİ



Yüklə 302,27 Kb.
səhifə3/21
tarix01.02.2023
ölçüsü302,27 Kb.
#122827
1   2   3   4   5   6   7   8   9   ...   21
Elektrik v optik rabiT X TL R . M haziR rabiT X TL R N N NK

OPTİK RABİTƏNİN İNKİŞAFI
Qloballaşan dünyada, o cümlədən ölkədə informasiyanın həcmi sürətlə artır. Ötürülən, qəbuledilən və emal olunan informasiyanı müntəzəm olaraq, sürətlə, yüksək keyfiyyətlə və etibarlı həyata keçirilməsini təmin etmək üçün telekommunikasiyaa şəbəkələrini müasir texnologiyalı avadanlıqlarla qurmaq tələb olunur. Bu məsələnin müsbət həlli stansiya avadanlıqlarında analoq veriliş sistemlərindən (AVS) rəqəm veriliş sistemlərinə (RVS) keçməklə, xətt qurğularında isə istifadə olunan adi elektrik rabitə kabellərini optik rabitə kabelləri (ORK) ilə əvəz etməklə mümkündür.
Müxtəlif növ rabitəni təşkili etmək üçün elm və texnikanın naliyyətlərinə və müasir texnologiyaya cavab verən, istiqamətləndirici sistemlərin yeni nəsilindən olan ORK-lərindən geniş istifadə edilir. Bu halda informasiyanın ötürülməsi üçün optik diapozonda işləyən yeni element bazaları tətbiq olunur.
Rabitə texnikasında optik tezlik diapazonunun kəşf edilməsi informasiyanın veriliş sürətinin artmasında, onun etibarlılığında, keyfiyyətində və ötürülən informasiyanın istiqamətinin müəyyən edilməsində yeni imkalar açır. Bunları həyata keçirmək üçün hoherent optik şüalanma mənbəi və qəbuledicisi, çoxkompanentli dielektrik işıqötürücüləri, modulaşdırıcı və razılaşdırıcı qurğular və s. tələb olunur.
Hal-hazırda optik lif kimi elektrotexnika məmulatından geniş istifadə edilir, getdikcən o müxtəlif elm və istehsal sahələrində öz tətbiqini tapır. Belə sahələrə misal olaraq telekommunkasiya, radioelektronika, səhiyə, istilik nüvə sintezi, kosmos, uçan obyektlər, hesablama kompleksi, maşınqayırma, energetika və s. göstərmək olar. Dünya bazarında opt lif və optoelektronikanın artım tempi başqa texnika sahələrini ötür və il ərzində (40÷50) %% təşkil edir. Dünyanın bir sıra inkişaf etmiş ölkələrində (İngiltərə, Yaponiya, Almaniya, Fransa, İtaliya və s) artıq rabitə qurğularının tikintisində əsasən OK-dən istifadə edilir. Şəhərlərarası telekominikasiya və şəhər telefon şəbəkələrində ORK-lərinin tətbiqi üstünlük təşkil edir. Optik lifli veriliş sistemlərinin (OLVS) inkişaf miqyası ABŞ-da optik liflərin istehsal həcminin xeyli artmasıda təsdiq edir. Belə ki, son vaxtlar ABŞ-da 12 mln.km-dən artıq OL istehsal olunmuşdur. Bu o deməkdir ki, bu qədər OL-lə yer kürəsini 300 dəfədən çox dolamaq olar.


Yüklə 302,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin