Elektrik və optik rabiTƏ XƏTLƏRİ. MÜhaziRƏ rabiTƏ XƏTLƏRİNİN İNKİŞaf məRHƏLƏLƏRİ



Yüklə 302,27 Kb.
səhifə7/21
tarix01.02.2023
ölçüsü302,27 Kb.
#122827
1   2   3   4   5   6   7   8   9   10   ...   21
Elektrik v optik rabiT X TL R . M haziR rabiT X TL R N N NK

PEYK RABİTƏ XƏTLƏRİ
Peyk (yerin süni peyki) rabitə xətləri (PRX) RRX-ləri kimi santimetrlə ölçülən diapazonda istifadə olunur. PRX-ləri peykdə yerləşdirilmiş aparatla siqnalların retranslyasiya olunması prinsipində işləyir. Faktiki olaraq YSP xeyli hündür məsafəyə qaldırılmış RRX-nin retranslyatorunun vəzifəsini görür. YSP vasitəsi ilə kosmik rabitənin təşkil olunması şəkil 1-də göstərilmişdir.


PRX-ləri çox uzaq məsafələrə şoxkanallı rabitənin həyata keçirilməsinə imkan verir. Hündürlüyü 35875 km olan qeostansionar orbitə qaldırılmış peyk yer kürəsinin sürəti ilə onun ətrafında fırlanır (24 saatda bir dəfə fırlanma). Bu halda bir-birindən 1200 bucaq altında yerləşdirilmiş üç peykin köməyi ilə yer kürəsinin bütün ərazisi ilə rabitəni təmin etmək mümkündür. Peyk rabitə xətləri informasiyanın xeyli uzaq məsafələrə ötürülməsini təmin edir, onun əhatə zonası çox böyükdür və əsas etibarı ilə televiziya proqramlarının yayılmasını, qəzetlərin çap olunmasını və s. kimi informasiyanın müxtəlif növlərinin ötürülməsi, qəbulu və emal olunması üçün istifadə olunur. İkitərəfli telefon rabitəsinin təşkilinin mürəkkəb olması onun mənfi cəhətidir.


ELEKTRİK VƏ OPTİK TELEKOMMUNİ-KASİYA ŞƏBƏKƏLƏRİNİN QURULMASI

TKŞ-lərinin tərkibinə aşağıdakılar daxildir: 1.informasiyanı ötürən sistemlər (xətlər və aparaturalar); 2.kommutasiya qurğuları (sistemləri); 3. son qurğular.


Yeni tikilib-quraşdırılan TKŞ-də kapital xərclərinin ən böyük hissəsi xətt qurğusunun və informasiyanı ötürən apparaturaların payına düşür. Ona görə də TKŞ-nin qurulmasının və şəbəkənin strukturunun optimal variantının seçilməsi vacib məsələlərdən biridir.
Şəbəkə qovşaqlardan (kommutasiya sistemlərindən, rabitə kanallarından) və onları bir-biri ilə birləşdirən rabitə xətlərindən ibarətdir.
TKŞ-ləri quraşdırılan zaman iki prinsip əsas götürülür. Şəbəkə iqtisadi cəhətdən səmərəli və texniki cəhətdən etibarlı və davamlı olmalıdır. Bu məqsədlə şəbəkənin qurulma variantlarını araşdıraq. Bu variantlardan bir neçəsi şəkil 2.1-də göstərilmişdir
Şəkil 2.1,a-da şəbəkənin “Biri hər biri” prinsipi ilə qurulması göstərilmişdir. Şəkildən göründüyü kimi hər bir qovşaq şəbəkədə olan qovşaqlarla bilavasitə əlaqə saxlaya bilir. Bu o deməkdir ki, belə variant texniki cəhətdən etibarlıdır, lakin iqtisadi cəhətdən səmərəli hesab olunmur. Çünki, bir qovşağın şəbəkədəki hər bir qovşaqla bilavasitə əlaqə saxlaması üçün bu qovşaqdan bir neçə istiqamətdə rabitə kabelləri çəkmək lazım gəlir.
Şəkil 2.1,b-də qovşaq prinsipi ilə qurulan şəbəkənin strukturu göstərilmişdir. Şəkildən göründüyü kimi, bir neçə məntəqə bir qovşaqda qruplaşır, sonra isə bu qovşaqlar öz aralarında birləşirlər. Bu prinsilə qurulan şəbəkə iqtisadi cəhətdən səmərəsiz hesab edilir.
Şəkil 2.1,c-də TKŞ-nin radial variantla qurulma prinsipi göstərilmişdir. Bu prinsiplə qurulan şəbəkə ucuz başa gəlməsinə baxmayaraq, qovşaqlar arasında ehtiyat əlaqə olmadığından etibarsız hesab edilir.


Beləliklə, etibarlı və dayanıqlı şəbəkə dedikdə, şaxələnmiş şəbəkinin yaradılması və müxtəlif növ RX-lərinin tətbiqi, eləcədə onların müxtəlif istiqamətlərə çəkilməsi kimi sistemlər başa düşülür.


Ölkənin TKŞ-si magistral və zonalararası rabitə şəbəkələrindən ibarətdir. Zonalararası şəbəkə zonadaxili və yerli şəbəkələrə bölünür. Zonadaxili rabitə rayon və şəhərləri bir-biri ilə birləşdirir. Yerli rabitə rayon və şəhərlərin mərkəzlərini kəndlər, şəhər tipli qəsəbələr və digər yaşayış məntəqələri ilə birləşdirir. Ölkənin magistral TKŞ-nin strukturu şəkil 2.2-də göstərildiyi kimidir.

Bütün şəbəkələrdə rabitə yaratmaq üçün simmetrik, koaksial və optik rabitə kabellərindən istifadə edilir.


Ölkənin beynəlxalq TKŞ-lərinə çıxışını təmin etmək üçün şəbəkənin qurulmasında “radial - qovşaq” prinsipindən istifadə etmək məqsədə uyğun hesab edilir. Bu prinsip vasitəsi ilə şaxələnmiş, uzunmüddətli, davamlı, etibarlı və qənaətli rabitə yaratmaq mümkündür. ‘Radial-qovşaq” prinsipi dolayı yolla yaranan rabitəni çox qısa müddətdə və kiçik məsafədə həyata keçirməyə imkan verir.



Yüklə 302,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin