Elektrik və optik rabiTƏ XƏTLƏRİ. MÜhaziRƏ rabiTƏ XƏTLƏRİNİN İNKİŞaf məRHƏLƏLƏRİ


RABİTƏ KABELLƏRİNİN TƏSNİFATI VƏ ONLARIN MARKALANMASI



Yüklə 302,27 Kb.
səhifə8/21
tarix01.02.2023
ölçüsü302,27 Kb.
#122827
1   ...   4   5   6   7   8   9   10   11   ...   21
Elektrik v optik rabiT X TL R . M haziR rabiT X TL R N N NK

RABİTƏ KABELLƏRİNİN TƏSNİFATI VƏ ONLARIN MARKALANMASI

Rabitə kabelləri elektrotexnika məmulatına aiddir və bunların üç növü mövcuddur: simmetrik; koaksial və optik rabitə kabelləri. Simmetrik və koaksial kabellərlə informasiya verilişini izolə olunmuş cərəyan keçirən naqillər vasitəsi ilə elektrik siqnalları həyata keçirir. OK-lərdə bu funksiyanı optik işıqötürücü lif (OİÖL) vasitəsi ilə yayılan optik siqnallar görür.
Müasir rabitə kabelləri (RK) bir sıra əlamətlərinə görə fərqlənirlər. Bun əlamətlər aşağıdakılardan ibarətdir: vəzifəsi; tətbiq sahəsi; tikinti və istismarı; tezlik spektri; konstruksiyası; material və izolyasiyanın forması; burulma növü; mühafizə örtüyünün tipi və s.
Tətbiq sahəsindən asılı olaraq RK-ləri aşağıdakılara bölünürlər: beynəlxalq; magistral; zonalararası; kənd; şəhər; birləşdirici xətlər üçün kabel; sualtı kabel; calaq və montaj kabelləri.
Tikinti-quraşdırma və istismar şəraitinə görə RK-ləri, bilavasitə torpağa basdırılan, dirəklərdən asılan, telefon kanalzasiyalarına və suyun altı ilə çəkilən kabellərə bölünürlər.
Tezlik spektirinə görə aşağı və yüksək tezlikli RK-ləri mövcuddur. ƒ≥12kHs-də işləyən kabellər yüksək tezlik RK-lərinə aiddir.
Konstruksiyasına və izolə olunmuş damarların, eləcə də OL-lərin qarşılıqlı şəkildə yerləşməsinə görə RK-ləri, simmetrik, koaksial və OK-lər kimi üç yerə bölünürlər.
Simmetrik dövrə dedikdə, elektrik xarakteristikasına və konstruktiv münasibətlərinə görə, iki izolə olunmuş naqillərdən təşkil olunmuş sxem başa düşülür. Koaksial dövrə eyni mərkəzə və eyni simmetriya oxuna malik, biri o birisinin içərisində konsentrik şəkildə yerləşən iki silindirə bənzəyir.
Bunlardan başqa, RK-lərini aşağıda göstərilən əlamətlərə görə də bir-birindən fərqləndirmək lazımdır:
-onlara daxil olan elementlər həmcins və kombinə olunmuş şəkildə ola bilər;
-tətbiq olunan izolyasiyanın materialına və strukturuna görə, hava-kağız, kordel-kağız, kordel-stirofleks (polistrol), bütöv polietilen, porist-polietilen, balon və şayba şəkilində hazırlanmış polietilen, ftoroplast və başqa izolyasiya növləri;
-izolə olunmuş naqillər qruplarda, cüt, dördlük (ulduz), özəkdə isə təbəqə və dəstə şəkilində burulma növlərinə malikdirlər.
Nəhayət, RK-ləri örtüyün və xarici təbəqənin üzərindən çəkilən zirehin növlərinə gorə də fərqlənirlər. Bunlar aşağıdakılardan ibarətdir:
-metal (qurğuşum, alüminium, polad); plastmas (polietilen, polivinilxlorid); metalplastmas (alüminium-polietilen, polad-polietilen);
-mühafizə örtüyü kimi, lent və ya polad məftildən olan zireh, qətran hopdurulmuş kəndir (jqut) və ya plastmas örtük tətbiq edilir.
Yuxarıda göstərilən əlamətlər əsasən elektrik rabitə kabrllərinə (ERK) aiddir. Optik rabitə kabellərinin (ORK) əsas elementi olan OL-lərdə bir sıra əlamətlərinə görə bir-birindən fərqlənirlər. Beləki, OL-lər onların uzunluğu boyunca yayılan şüaların növünə görə qruplara və sındırma əmsalının (göstəricisinin) profilinə, örtüyün və özəyin materialına görə isə yarımqruplara bölünürlər.
OL-lər birmodlu (BM) və çoxmodlu (ÇM) kimi iki qrupa bölünürlər. BM OL-lərdə öz növbəsində, polyarizasiya vəziyyətini saxlamayan (E) və polyarizasiya vəziyyətini saxlayan (P) şüalar kimi iki yerə bölünür.
ÇM OL-lər iki yarımqrupa bölünür: sındırma əmsalının profili pillə (C) və sındırma əmsalının profili qradiyent (Г) şəkilli olan OL-lər. OL-in sındırma əmsalının (SƏ), onun radiusu boyunca n(r) dəyişməsinə sındırma əmsalının profili (SƏP) deyilir.
Özəyin və örtüyün materialına görə OL-lərin bir sıra növləri mövcuddur: özək və örtük kvarsdandır; özək kvarsdan, örtük isə polimerdəndir; özək və örtük çoxkomponentli şüşədəndir; özək və örtük polimerdəndir və nəhayət, özək və örtük müxtəlif materiallardan hazırlana bilər.
RK-ləri ilə işləyən zaman işin sadələşməsi üçün onları markalayırlar. Markalanma hərif və rəqəmlərdən ibarətdir. İlk hərflər kabelin tətbiq sahəsini göstərir. Hərflər kabeli istehsal edən ölkənin sözlərinin baş həriflərindən götrülür. Bunu araşdırmaq məqsədi ilə Rusiya Federasiyasının istehsal etdiyi kabelin markalanmasına baxaq. Şəhərlərarası rabitəni təşkil etmək üçün, simmetrik kabellər M (simmetrik magistral); koaksial kabellər KM (koaksial magistral); şəhər, kənd və zonalararası telefon şəbəkələrində tətbiq olunan kabellər uyğun olaraq T və ya TP, (telefon, telefon polietilen) KK (kənd kabeli), ZK (zonalararası kabel) hərfləri ilə işarələnirlər. Sonrakı hərflər, cərəyan keçirən naqillərin izolyasiyasının, kabelin örtüyünün, onun zirehinin və s. kimi təbəqələrin materiallarını göstərir. Kabelin örtüyü alüminiumdan olduqda A, poladdan oluqda isə P hərfi əlavə olunur.
Mühafizə təbəqəsinin növündən asılı olaraq, RK-ləri aşağıdakı kimi markalanır: Q-qurğuşumla örtülmüş zirehsiz (çılpaq); Z-polad lentlə zirehlənmiş; DM-dairəvi polad məftillə zirehlənmiş kabellər. Əgər zirehli və ya zirehsiz kabellərin üst təbəqəsində polietilen olarsa P hərfi, polivinilxlorid olarsa isə V hərfi ilə işarələnir.
Yuxarıda deyilənlərə uyğun olaraq, kordel-kağız izolyasiyaya, qurğuşum örtüyə malik şəhərlərarası simmetrik kabellər aşağıdakı kimi markalanırlar: MKQ; MKZ; MKDM. Cərəyan keçirən naqilin üzəri kordel-stirofleks izolyasiyadan olduqda S, polietilendən olduqda isə P hərfi əlavə olunur. Bu halda kabellərin markalanması, MKSQ; MKSZ; MKSDM; MKPQ; MKPZ; MKPDM olacaqdır. Stirofleks izolyasiya, alüminium örtük, polietilen şlanqla mühafizə olunmuş kabellər, MKSAPş; MKSAZPş; MKSADMPş kimi markalanırlar. Kabelin örtüyü poladdan olduqda isə, markalanma MKSPPş şəkilində göstərilir. Burada P-polad, Pş-polietilen şlanq deməkdir.
Orta ölçülü və kombinə olunmuş konstruksiyaya malik magistral KK-lər aşağıdakı kimi markalanırlar. Kabelin örtüyü qurğuşumdan olduqda, KMQ-4; KMZ-4; KMDM-4; KMZ-8/6; KMZ-6/4, alüminiumdan olduqda isə, KMA-4; KMAZ-4; KMADM-4 kimi markalanırlar. Burada 4-koaksial cütlüklərin (KC), kəsirin sürətindəki rəqəm orta ölçülü KC-lərin (d/D=2,6/9,5), məxrəcdəki rəqəm isə, kiçik ölçülü KC-lərin (d/D=1,2/4,6) sayını göstərir. Kiçik ölçülü KC-lərdən ibarət KK-lərin aşağıdakı markaları mövcuddur: KÖKTQ-4; KÖKTQZ-4; KÖKTAPş-4. Burada KÖ-kiçik ölçülü,T-telefon, Q-qutğuşum, A-alüminium, Z-zireh, Pş-polietilen şlanq deməkdir.
Optik tabitə kabelləri (ORK) OK-4; OZKQ-8; OMZKQ-10 və s. kimi markalanırlar. Burada Z-zonalararası; M-şəhərlərarası; Q-qradient; rəqəmlər isə OL-lərin sayını göstərir.
ŞTŞ-də T və TP kimi iki növ kabeldən istifadə edilir. T-telefon; TP-telefon polietilen sözlərinin baş hərfləridir. ŞTŞ-də cüt və ulduz şəkilində burulmuş qruplara malik kabellər işlədilir. Qurğuşum örtüyə, kağız-boru izolyasiyaya və cüt burulmaya malik kabellər, TQ-10x2x0,4; TZ-100x2x0,5; TDM-200x2x0,7 şəkilində markalanırlar. Əgər kabel polietilen izolyasiyaya və polietilen örtüyə malik olarsa onda markalanma aşağıdakı kimi olacaqdır: TPP-100x2x0,32; TPPZ-500x2x0,5.
Ulduz (dördlük) şəkilində burulmuş qruplara malik kabellərin markalanmasına misal olaraq, TUQ-100x4x0,4; TUPPZ-50x4x0,5 və s. göstərmək olar. Burada 1-ci rəqəm qrupların sayını, 2-ci rəqəm burulmanın növünü və 3-cü rəqəm isə cərəyan keçirən naqilin diametrini göstərir.
Beləliklə, bütün RK-ləri bu qayda ilə markalanırlar. Markalanmada həriflər kabeli istehsal edən şirkətlərin öz dövlət dilinə uyğun sözlərin baş hərfləri ilə göstərilir.



Yüklə 302,27 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin