SİMMETRİK RABİTƏ KABELLƏRİ. Hazırda müxtəlif məsafələrə informasiyaların ötürülməsində simmetrik kabellərdən geniş istifadə olunur.
Tətbiq sahəsinə görə simmetrik kabellərin aşağıdakı əsas növləri vardır.
1.Şəhərlərarası simmetrik kabellər. Bu kabellər şəhərlər arasında magistral rabitə xətlərinin təşkilində tətbiq edilir. Hal-hazırda rabitə xətlərində hava-plastik kütlə (kordel-polistirol və hava-polietilen) və kordel-kağız izolyasiyalı kabellərdən istifadə olunur.
Rabitə kabellərinin izolyasiyasının növləri:
a-kağız və ya plastmass lentdən ibarət sarınma üsulu; b-kordelvə onun üzərində lent şəkilli sarğı; c-bütöv plastmass; ç- məsaməli penoplast; d-balon polietilen; e-başqa formalıbalon; ə-polietilen şayba; f-düzbucaqlı formada olan plastmass kardel.
Kordel-polistrol izolyasiyalı kabellər yüksək istismar xassələrinə malikdir və magistral kabellərin əsas növlərindən biridir. Bunlar bir-birindən dördlüklərin sayına (1x4, 4x4, 7x4), siqnal damarlarının miqdarına və mühafizə qatının növünə görə fərqlənir. Nəmlikdən mühafizə olunmaq üçün kabel qurğuşun(MKCГ, MKCБ, MKCK və s.), alüminium(MKCAБЛ, MKCAБЛПГ və s.) və ya büzməli polad (MKCCТШП, МКССТШПУ) örtüyə malik olur.
Kabelin cərəyankeçirən damarı diametri 1,2 mm olan mis naqildən, izolyasiyası isə damarın üzərinə spiralvari dolanmış diametri 0,8 mm polistrol kordeldən (sapdan) və qalınlığı 0,045mm olan polistrol lentdən ibarətdir. Polistrol lent üstüörtülmə üsulu ilə kordelin dolanma istiqamətinin əksinə sarınır. Müxtəlif rəngli dörd ədəd izoləedilmiş damar dairə formalı polistrol kordelin ətrafında ulduzvari burularaq dördlük təşkil edir. Bundan sonra kabel pambıq parça, sintetik saplarla və ya lentlərlə sarınır.
Dörd dördlüklü (4x4) və yeddi dördlüklü(7x4) kabellərdə dördlüklər kabel halında burulur. Dörd dördlüklü (4x4) kabelin mərkəzində polietilen və ya polistrol sapdan doldurucu nüvə yerləşdirilir.
Şəhərlər arasında rabitə yaratmaq üçün əsasən 4x4 və 7x4 konstruksiyalı kabellərdən istifadə olunur.Bu kabellər K-60 ötürmə sistemləri üçün nəzərdə tutulmuşdur. 2.Zona(vilayətdaxili) kabelləri.
Zona rabitəsində, yəni vilayət mərkəzi ilə rayonlar arasında rabitənin təşkilində bir dördlüklü (1x4) simmetrik kabellərdən istifadə olunur.Bu məqsədlə həm də bircütlü koaksial kabellər tətbiq edilə bilər.Rabitənin maksimum uzunluğu 1000km-ə qədərdir.Kabel K-60 (12-252 kHs tezlik diapazonunda) və ya K-24 (12-108 kHs)ötürmə sistemləri üçün nəzərdə tutulmuşdur.Bu halda gücləndirici məntəqələr arasındakı məsafə uyğun olaraq 11 və 20 km qəbul olunur.