Elektrik və optik rabiTƏ XƏTLƏRİ. MÜhaziRƏ rabiTƏ XƏTLƏRİNİN İNKİŞaf məRHƏLƏLƏRİ



Yüklə 302,27 Kb.
səhifə16/21
tarix01.02.2023
ölçüsü302,27 Kb.
#122827
1   ...   13   14   15   16   17   18   19   20   21
Elektrik v optik rabiT X TL R . M haziR rabiT X TL R N N NK

Modlar. İşıq şüasının nəzəriyyəsinə görə apertura konusundan işıqönürücünün ucuna çoxlu sayda şüa düşür və onun uzunluğu boyunca yayılır. Dalğa nəzəriyyəsinə görə isə işıqönürücü ilə yalnız müəyyən edilmış sayda diskret bucağa malik dalğalar yayıla bilər. İnterferensiya hesabına aralıq dalğaların bir hissəsi bir-birinin üzərinə düşərək onları zəiflədir. Deməli, işıq ötürücünün özəyinə daxil olan dalğanın yalnız müəyyən hissəsi yayıla bilir. Optik işıq ötürücü liflərin özəyinin uzunluğu boyunca yayılan dalğa növünə mod deyilir. Tezliyin verilən qiymətində işıq ötürücünün uzunluğu boyunca diskret sayda müxtəlif strukturlu modlar yayıla bilər. Onlar bir-birindən azimut (en kəsiyi) və ya işıq ötürücünün diametri və perimetri boyunca dəyişən n,m sayda sahənin, eləcə də EMS-nin z oxu boyunca toplananları (Ez,Hz) arasındakı münasibətlərlə fərqlənirlər. n=0 olduqda sahə dairəvi simmetriya şəkilini alır və z oxu boyunca toplananlardan təkcə biri, ya Ez, ya da Hz iştrak edir.
Optik işıq ötürücü lifdə iki növ, simmetrik və qeyri-simmetrik dalğa növləri yayıla bilər. Simmetrik dalğalar E0m və H0m, qeyri-simmetrik dalğalar isə EHnm, HEnm modları ilə göstərilir. Elektrik E0m və maqnit H0m kimi simmetrik dalğalar dairəvi simetriyaya malikdirlər, yəni bu halda olur. olduqda, z oxu boyunca yayılan mod EMS-nin hər iki toplananına malik olur. Qeyri-simmetrik dalğalar ayrılıqda, yəni Enm və ya Hnm şəkilində yayıla bilmirlər. İşıq ötürücüdə onlar yalnız birlikdə iştrak edirlər. Əgər ES-si üstünlük təşkil edərsə, onda qeyri-simmetrik və ya hibrid dalğalar EHnm, əksinə MS-si üstünlük təşkil edərsə isə, onda HEnm modları ilə göstərilir.
İşıq şüası sıxlığı çox olan mühitdən az olan mühitə düşdükdə, işıq şüasının iki mühitin sərhədinə düşən zaman əmələ gətirdiyi düşmə bucağı kritik qiymət θkr. ala bilər. Bu vəziyyət alındıqda işıq şüası mühitləri bir-birindən ayıran sərhəd boyunca yayılır. Deməli, İŞ-sı bütünlüklə sıxlığı az olan mühitin səthindən əks olunur və əyri-üyri xətlərlə yaylmağa başlayır. Belə şüalar tam daxili əks olunma şərtini ödəyir və yayılan dalğa adlanir.

PşİÖ-nün en kəsiyi boyunca paylanan gücün sıxlığı sabit qalır. Çoxmodlu rejimdə işləyən OL-in örtüyündə gücün sıxlığı özəklə örtüyü bir-birindən ayıran sərhəddən aralandıqca sürətlə azalır. Ona görə də gücün hamısı özəyə toplanır və işıq şüasının yayılması üçün sərf olunur. Birmodlu rejimdə işləyən optik işıq ötürücü lifdə işıq dalğasını əmələ gətirən sahənin müəyyən hissəsi onun örtüyünə nüfuz edir və orada yayılmağa başlayır. Sahənin optik işıqötürücü lifin örtüyünə nüfuz etməsi onun qalınlığından asılıdır. Optik işıqötürücü lifin örtüyünün qalınlığını elə seçmək lazımdır ki, həmcins işıq ötürücünün xarici sərhəddiunə nüfuz edən sahənin qiyməti hədsiz dərəcədə kiçik olsun. Buradan aydın olur ki, KK-in xarici naqili kimi optik işıqötürücü lifin örtüyü özünəməxsus ekran rolunu oynayır. Lakin real halda optik işıqötürücü liflər qeyri-həmcins olurlar. Ona görə də işıq dalğasını əmələ gətirən sahənin müəyyən payı optik işıqötürücü lifin örtüyünə keçir, oradan isə ətraf mühitə şüalanır. Bunun qarşısını almaq üçün optik işıqötürücü lifin örtüyünün üstündən işıq şüalarını yaxşı uda bilən materialla örtmək lazımdır.
QşİÖ-nün uzunluğu boyunca yayılan işıq şüaları daxili və örtükdə yayılan modlara bölünürlər (şəkil 2,b). Şəkilə əsasən demək olar ki, yayılan modların çox hissəsi özəkdə konsentrasiya olunur. Belə modlar daxili modlar adlanır və özəyin uzunluğu boyunca yayılaraq qəbulediciyə daxil olur. Örtükdə yayılan modların işıq şüaları özəklə örtüyü bir-birindən ayıran sərhədi kəsir. Bu halda Poytinq vektorunun orta qiyməti optik oxdan uzaqlaşdıqcan sındırma əmsalının profilinə proporsional olaraq azalır və PşİÖ-də olduğu kimi örtüyə keçərək itir. QşİÖ-lərin daxili modlarının qrup sürətlərini bərabərləşdirmək üçün əsas parametləri hesablayıb, alınan nəticələri analiz etmək lazımdır.


Yüklə 302,27 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin