Elektrik və optik rabiTƏ XƏTLƏRİ. MÜhaziRƏ rabiTƏ XƏTLƏRİNİN İNKİŞaf məRHƏLƏLƏRİ


QEYRİ- HƏMCİNSLİK VƏ ONUN NÖVLƏRİ



Yüklə 302,27 Kb.
səhifə19/21
tarix01.02.2023
ölçüsü302,27 Kb.
#122827
1   ...   13   14   15   16   17   18   19   20   21
Elektrik v optik rabiT X TL R . M haziR rabiT X TL R N N NK

QEYRİ- HƏMCİNSLİK VƏ ONUN NÖVLƏRİ

ORK-in əsas elementi olan optik işıqötürücü lif istehsal olunan zaman texnologiyada buraxılan qüsurlar, kabelin digər elementlərinin OL-ə göstərdiyi mexaniki təsirlər, trassın xüsusiyyətləri, kabeldəki muftaların olması və s. kimi amillər hesabına o, qeyri-həmcins (QH) olur. Qeyri-həmcinslik ilk növbədə mod rejiminin dəyişməsinə, sönmə əmsalının artmasına, optik siqnalın təhrifə uğramasına səbəb olur.


sönmə əmsalı yayılan modların enerji xarakteristikasının orta qiymətinə görə təyin edilir. Bu aşağıdakı kimi ifadə olunur:


, (1)

burada αud-udulma, αR-Reley səpələnməsi, αqh-düzxətli OL-də makroskopik qeyri-həmcins olan yerlərdə səpələnmə, αmik-OL-in mikroəyri olan yerlərində səpələnmə, αd-döngə və ya əyilən, burulma olan hissələrdə, OL və ya OK-də böyük miqyaslı deformasiya olan yerlərdə və s. kimi hadisələr hesabına yaranan sönmə əmsallarını xarakterizə edir.


Udulma αud. və Reley səpələnməsi αR hesabına yaranan sönmə əmsalı OL-in hazırlandığı materialda baş verən itkiyə görə təyin edilir. Optik işıqötürücü lifin hazırlandığı materialda işıq şüasının udulması və səpələnməsi həmişə mövcudur. Ona görə də αudαR parametrlərini tamamı ilə yox etmək qeyri mümkündür.
Optik işıqötürücü liflərdə aşağıdakı makroskopik qeyri-həmcinslik yarana bilər. Sındırma əmsalında həcm dəyişikliyi baş verir. Bu özunu liflərin dartılması, yaxud da diskret birləşmələr, məsələn hava qalan qabarıqlar kimi göstərir; özəklə örtüyün sərhədləri arasındakı məsamələrin qeyri-sabitliyi, məs. özəyin diametrinin periodik olaraq dəyişməsi onun ellepis, eksentrik və s. kimi formalar almasına gətirib çıxardır. Makroskopik qeyri-həmcins olan hissələrdə səpələnən işıq şüası istiqamətə malikdir və o dalğanın yayılma istiqamətinə yönəlir. Əgər OL bütün uzunluğu boyunca ellepis şəkilində olan formasını saxlayarsa, onda heç bir əlavə sönmə yaranmır.
Bəzi hallar da makroskopik qeyri-həmcinslik optik işıqötürücü lifin uzunluğu boyunca qeyri-bərabər paylanır. Onları işıqötürücünü He-Ne lazeri vasitəsi ilə həcanlandırdıqda görmək olar. OL-in uzunluğu boyunca qeyri-həmcins olan yerləri, sönmə əmsalını, şüalanmanın və işıq şüası əks olunarkən səpələnmənin intensivliklərini ölçən zaman alınan nəticənin dəqiqliyinə görə müəyyən etmək olar. Belə testlər aparan zaman uzun müddət özəkdə yayılan enerjinin səpələnməsini, işıqötürücünün bəzi hissələrində örtüyə keçib orada yayılan örtük dalğasını aradan qaldırmaq lazımdır.
Makroskopik qeyri-həmcinsliyin forması müxtəlif olduğuna görə adekvativ (dəqiq) model qurmaq və işıqötürücünün parametrlərinin hər birinə buraxıla bilən qiymət vermək çətinlik törədir. Makroskopik qeyri-həmcinslik OL-in texnologiyasında təkmilləşdirmə aparan zaman da yaranır. Dalğa uzunluğu mkm-dən kiçik və sönmə əmsalının cəmi olduqda nümünəvi optik işıqötürücü lif alınır. Yüksək keyfiyətli OL-lərdə şərti ödənilir. Ona görə ilk baxışda onların cəminə şüalanmanın fəza xarakteristikasına uyğun gələn Reley səpələnməsi kimi baxmaq olar.
OL-lərin üzəri polimer materialla örtülən zaman, eləcə də kabelin başqa elementlərində yaranan mexaniki təsirlər nəticəsində onun simmetriya oxunun düzxətliliyi pozulur ki, buda mikroəyilmə adlanır. Mikroəyilmənin ampilitudası mkrometrlə, periodu isə millimetr və ya santimetrlə ölçülür. Mikroəyilmə hesabına simmetriya oxunun meyl etməsinin az olmasına baxmayaraq, OL-in uzunluğu boyunca paylandığından sönmə əmsalının artmasına səbəb olur. Mikroəyilmə qeyri-həmcins xarakter daşıyır və bütün təsadüfi proseslər kimi oda statistik xarakteristikaya malikdir. mikd parametrləri OK-in texnologiyasının müxtəlif mərhələlərində sönmə əmsalının cəminin artması nəticəsində ölçülür. αmikd cəmi OL-in ilkin sönmə əmsalından çox da böyük olmayan bir hissəsini təşkil edir.
sönmə əmsalının qiymətini azaltmaq üçün optik işıqötürücü lifi yüksək dərəcədə şəffaf olan materialdan hazırlamaq və onun texnologiyasını müntəzəm olaraq təkmilləşdirmək lazım gəlir. Bu isə nəticədə OK-in dəyərinin artmasına gətirib çıxardır.



Yüklə 302,27 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin