Elektrik və optik rabiTƏ XƏTLƏRİ. MÜhaziRƏ rabiTƏ XƏTLƏRİNİN İNKİŞaf məRHƏLƏLƏRİ


OPTİK RABİTƏ KABELLƏRİNİN ƏYİLƏN (DÖNƏN) YERLƏRİNDƏ YARANAN İTKİNİN TƏYİNİ



Yüklə 302,27 Kb.
səhifə20/21
tarix01.02.2023
ölçüsü302,27 Kb.
#122827
1   ...   13   14   15   16   17   18   19   20   21
Elektrik v optik rabiT X TL R . M haziR rabiT X TL R N N NK

OPTİK RABİTƏ KABELLƏRİNİN ƏYİLƏN (DÖNƏN) YERLƏRİNDƏ YARANAN İTKİNİN TƏYİNİ

ORK-nin keçdiyi trassın xarakterindən asılı olaraq, onu bəzən kiçik radiusla əymək lazım gəlir. Trassın çəkilməsi ilə əlaqədar olaraq dönmələr lokal xarakter daşıyır. Çox hallar da OK 900 bucaq altında əyilir və ayrı-ayrı sahələr düz xətlərlə bir-birini əvəz edir. OK-lərin texnologiyası zamanı OL-lərin bir-birinə burulması nəticəsində əmələ gələn əyilmələr kabelin uzunluğu boyunca müntəzəm xarakter daşıyır və sabit radiusa malikdir. Əyilmələr modlararası əlaqə əmsalının artmasına və işıq şüasının səpələnməsinə səbəb olur və modların bərabər paylanmasını pozur. Bütün bunların hesabına optik işıqötürücü lifdə əlavə enerji itkisi yaranır. Əyilmiş OL-in en kəsiyində dalğanın sahəsi düzxətli dalğaötürücünün sahəsinin eyni olur. Onda dalğa hər hansı r0 məsafəsindən başlayaraq əyilən hissənin xarici tərəfinə doğru yayılır. Belə dalğanın cəhbəsi sürətlə dəyişməlidir. Əgər bu vəziyyət baş verməzsə, onda dalğa r=r0 olduqda onun səthindən kənara çıxacaqdır. Bu isə işıqötürücüdə yayılan dalğanın gücünün itməsinə uyğun gələn düzxətli dalğa ötrücüsünün xarici səthində toplanmış gücün eynidir.


Əyilən yerlərdə itkini tapmaq üçün OL-in düz hissəsi ilə onun əyilən hissələri arasında yayılan modun sahəsi müqayisə edilməli və sürüşmə effektivliyi müyyən olunmalıdır. Aparılan hesabatın nəticəsinə görə müəyyən edilmişdir ki, sərhəd tezliyinin yüksək, yəni onun yalnız xarakteristik V0 qiymətlərində yayılan modun şüalanması hesabına itki baş verir. Bu hal azimutun çox kiçik nömrələrində, praktiki olaraq olduqda yaranır. Yalnız belə modlar işıqötürücünün özəyinin xaricinə çıxır və kifayyət qədər məsafəyə yayıla bilən sahəyə malik olur. Bu modları daşıyan gücün qiyməti xeyli kiçikdir. Ona görə də bu üsulla hesablanan güc itkisi tam itkinin azacıq bir hissəsini təşkil edir. Əyilmə və ya döngələrin olması hesabına yaranan sönmə əmsalının (αD) ümumi qiyməti hər şeydən əvvəl bütün yayılan modlar arasında əlaqə əmsalının artması ilə və kənara axan işıq selinin intensivliyinə görə təyin edilir. Əyilmə hesabına itkinin çox olması OK-in uzunluğu boyunca çoxlu sayda qeyri-həmcinsliyin olması ilə əlaqədardır və böyük səpələnmə əmsalına malikdir.

Yüklə 302,27 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin