Elektrik və optik rabiTƏ XƏTLƏRİ. MÜhaziRƏ rabiTƏ XƏTLƏRİNİN İNKİŞaf məRHƏLƏLƏRİ



Yüklə 302,27 Kb.
səhifə6/21
tarix01.02.2023
ölçüsü302,27 Kb.
#122827
1   2   3   4   5   6   7   8   9   ...   21
Elektrik v optik rabiT X TL R . M haziR rabiT X TL R N N NK

RADİORELE XƏTLƏRİ

Radiorele xətləri 300÷1920 telefon kanalı və informasiyanı uzaq məsafəyə ötürməyə imkan verir. Bu xətlərdən televiziya, radio verilişlərinin ötürülməsi və rabitənin başqa növlərinini yaradılmasında geniş istifadə olunur. Onlarda maneələrin təsir dərəcəsi aşağıdır, kifayyət qədər dayanıqlı, davamlı, etibarlı və keyfiyyətli rabitəni təmin edir. Bunlara baxmayaraq, verilişin mühafizə olunma dərəcəsi kifayət deyildir.


RRX-i tətbiq sahəsindən asılı olaraq, magistral və zonalar kimi iki yerə ayrılır. Orta tutmlu zona və böyük tutumlu magistral şəbəkənin çoxkanallı RRX-nin tezlik diapazonu 2, 4, 6, 8 və 11 HHs arasında yerləşir. Çoxstvollu (çoxgövdəli, çoxlüləli) RRX-ləri daha geniş yayılmışdır. Burada radiostvolların sayı 8-ə qədər ola bilər. Bütün stvollar antenna-fider sistemində işləyir və eyni tipli verici-qəbuledici aparatura ilə təhciz edilmişdir.
Standart sıxlaşdırma aparaturasının və KRX-lərinin köməyi ilə yüksəktezlikli stvolların bir hissəsi telefon kanallarının təşkil olunmasında istifadə edilir. Digər hissəsi isə televiziya proqramlarının yayılmasına xidmət edir. İki-üç stvol ehtiyat üçün saxlanılır.
RRX-lərinin aşağıda göstərilən stansiya növlərindən istifadədə edilir: a) aralıq; b) son; v) qovşaq; q) qovşaqla şaxələnən; d) qovşaqla kəsişən:
-aralıq radiorele stansiyası RRX-ti ilə verilən siqnalları gücləndirmək və retranslasiya etmək üşün tətbiq edilir. Stansiya əl (daimi texniki xidmətçilərin nəzarəti) və avtomatlaşdırılmış rejimdə işləyə bilər. Stansiya avtomatlaşdırılmış rejimdə işləyərkən, ona xidmət etmək üçün qovşaq və ya son stansiyalardan istifadə edilir;
-son radiorele stansiyası (SRRS) telefon kanalları və ya televizya qüllələri (stvol) vasitəsi ilə RRX-lərinə verilən siqnalları qəbul edir, onları televizya mərkəzləri, ŞaTS-ları və şəhərlərarası radioyayım aparaturaları arasında paylamaq üçün tətbiq edilir;
-qovşaq radiorele stansiyası (QRRS) telefon kanaları və ya televiziya qüllələri vasitəsi ilə RRX-lərinə verilən siqnalları lazımi istiqamətlərə paylamaq üçün şəbəkə qovşaqlarına ötürür;
-şaxələndirilmiş qovşaq radiorele stansiyası (ŞQRRS) siqnalları qəbul edib, onları paylamaqla yanaşı, televiziya qüllələrinin siqnallarını kommutasiya etmək imkanlarınada malikdir;
-bir və ya bir neçə kəsişməyə malik olan QRRS-yası yuxarıda göstərilən stansiyaların vəzifələrini görməkdən başqa, informasiyanın həcmini xeyli artıra bilən avadanlığada malikdir.
RRX-ni layihələndirən zaman seçilən trassa onun tikintisinə və gələcəkdə texniki istismarına çəkilən xərcləri nəzərə almaq vacibdir. Bu məqsədlə, RRX-lərini layihələndirən zaman, hesabatı bir neçə qarşılıqlı əlaqələri əhatə edən məsələlərin həllinə bölmək lazım gəlir. Bunlar əsasən, giriş siqnallarının səviyyəsindən, antenaların hündürlüyündən və RRX-lərinin keyfiyyət göstəricilərindən ibarətdir.


Yüklə 302,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin