Elektrokardioqramma



Yüklə 3,32 Kb.
tarix04.01.2022
ölçüsü3,32 Kb.
#54666

Elektrokardioqramma (EKQ)– ürəyin bioelektrik aktivliyinin müayinə üsuludur. Həm yaşlı insanlarda, həm uşaqlarda kardioloji diaqnostikanın ən yayılmış və ayrılmaz metodudur. Ritm və keçiriciliyin pozulmalarında, ürək divarlarının qalınlaşmasında-hipertrofiyasında, miokard infarktı, həmçinin ürəyin digər işemik xəstəliklərində və s. patologiyalarda elektrokardioqramma əvəzolunmaz diaqnostika üsuludur. Bu üsul ürək vurğularının sayı və ritmi haqqında ətraflı məlumat verir, ürək lazımi miqdarda oksigen almadıqda əmələ gələn pozulmaları qeydə alır. Ola bilsin ki, urək patologiyası fiziki iş zamanı yaranır, buna görə də, EKQ müayinəsi xəstələrdə sakitlik, ehtiyac olduqda isə fiziki iş zamanı aparılır. Profilaktika üçün hər bir insana müntəzəm olaraq EKQ olunması vacibdir.




Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin