Elektron hökumət – asan, maneəsiz, sürətli virtual xidmət



Yüklə 27,88 Kb.
tarix25.10.2017
ölçüsü27,88 Kb.
#12375

Elektron hökumət" – asan, maneəsiz, sürətli virtual xidmət
"...İKT sahəsində Azərbaycan, doğrudan da, son illər ərzində böyük uğurlar əldə edibdir. Bu, həm biznes, həm zəka, intellekt sahəsidir. Eyni zamanda, innovasiya və şəffaflığa təkan verən, xidmət göstərən bir sahədir. Biz bu imkanlardan daha da geniş şəkildə istifadə etməliyik..."

İlham Əliyev


Bildiyimiz kimi, 2013-cü il Azərbaycan Respublikasında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 16 yanvar 2013-cü il tarixli Sərəncamına əsasən “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir. Sərəmcam Respublikamızda İKT sahəsində görülən işlərə təkan vermiş, əsası ulu ödər Heydər Əliyev tərəfindən qoyulan “Elekktron Azərbaycan” proqramı (2003-2012) çərçivəsində həyata keçirilən “Elektron hökumət” layihəsini genişləndirmiş və sürətləndirmişdir. e-hökumət.jpg

“İKT sahəsində böyük layihələrin başlanğıc ili” adlandırılan 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki olan Azerspace-1 peyki (fevralın 8-də) orbitə çıxarılmışdır.

“İKT ili” çərçivəsində həyata keçiriləcək digər bir mühüm layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondu tərəfindən hazırlanıb. Bu layihəyə görə, “Azərbaycanda evlərə optika” modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli, genişzolaqlı internet xidmətlərini verən optik şəbəkənin qurulması nəzərdə tutulmuşdur - layihə üç il müddətində həyata keçiriləcəkdir. Bu isə hər evin internetə qoşulması və vətəndaşların “Elektron hökumət”in virtual xidmətlərindən istifadə etməsinin asanlaşması deməkdir. Virtual xidmətlərin necə yerinə yetirildiyini aydınlaşdırmazdan əvvəl virtual aləm haqqındakı fikirlərimi Sizlərə çatdırmaq istəyirəm.

Virtual aləm real həyatın və xəyalların əks olunduğu bir dünyadır. Burada proseslər sürətlə gedir. İnsanların mənəvi və sosial həyatında öz əksini tapır, qloballaşmaya təsir edir.

Kənardan sakit görünən virtual dünya güclü informasiya mübarizəsi şəraitində formalaşır. Nəticədə isə ortaq dəyərləri, mədəniyyəti olan qlobal cəmiyyət yaranır. Bu cəmiyyətdə söz sahibi olmaq, qloballaşmaya təsir etmək üçün dövlətin beyin mərkəzlərini yüksək səviyyədə inkişaf etdirmək lazımdır.

Müasir İnsan informasiya mədəniyyətinə malik olmalıdır. Çünki, virtual aləmdə hər bir şəxs davranış tərzi, mədəniyyəti ilə dövlətini, xalqını təmsil etdir. Lakin virtuallaşma kortəbii gedərsə, ölkəmizə böyük mədəni, iqtisadi, siyasi zərbə vura bilər. Sevindirici haldır ki, dövlətimiz e-hökumət, e-məktəb, e-kitabxana və s. kimi layihələrlə bu sahədə məqsədyönlü, planlı iş aparır.

Beynəlxalq Telekommunikasiya İttifaqının verdiyi məlumata görə 2013–cü ilin sonunda dünya əhalisinin 2,5 milyardı (2012-ci ildə dünya əhalisinin sayı 7 milyard olub) internet istifadəçisi olacaqdır. Ölkəmizin Avropaya inteqrasiya etdiyini və internet istifadəçilərin 75% -nin Avropa sakinləri olduğunu nəzərə alsaq ölkəmizin siyasi və iqtisadi həyatında virtual aləmin böyük rol oynadığını görərik.

Virtual aləmə hər bir şəxs öz virtual dünyagörüşü baxımından baxır. Virtual dünyanın anlaşılması virtual xidmətlərin mahiyyətinin aydınlaşması və elektron xidmətlərdən istifadə etmək deməkdir.

Fikrimi kiçik bir hekayət üzərində izah edim.

Baba, ata və oğul dünya səyahətinə çıxmaq qərarına ğəlirlər. Baba xəyallar qurmağa başlayır. Ata pul toplayır. Nəvə isə virtual səyahətə çıxır. Göründüyü kimi məqsədə nəvə daha tez çatır.

Deməli, nəsillərin virtual dünyagörüşləri, internetdən istifadə bacarıqları fərqlidir. Cəmiyyətdə maarifləndirmə işlərinin aparılması vacibdir. Bu məqsədlə “İKT ili” ilə əlaqədar keçirilən “Mən azərbaycanlıyam” onlayın bilik yarışması və “Elektron hökumət” yazı müsabiqəsi təqdirəlayiq layihələrdi.

“Elektron hökümət” xidmətlərin elektronlaşaraq asanlaşması, məsafələrin azalması, vaxt itkisinin aradan qaldırılması baxımından çox əlverişlidir. Fikrimcə, “Elektron hökümət” yazı müsabiqəsinin əsas məqsədlərindən biri də bu həqiqətləri xalqımıza çatdırmaqdır.

Bir vətəndaş və müsabiqənin iştirakçısı kimi araşdırmalarımın sadə dildə izah edəcəyəm.

Elektron hökumət” nədir?

Elektron hökumət hər hansı bir ölkənin dövlət strukturlarının fəaliyyətlərinin hər bir vətəndaş üçün açıq olan şəbəkədə yerləşdirilməsi deməkdir. Yəni hər bir vətəndaş hər hansı dövlət orqanlarına, təşkilatlara müraciət etmənin qaydalarını internet vasitəsilə öyrənə, onlarla virtual əlaqə saxlaya və müraciət edə bilər.

“Elektron hökumət” layihəsinin şəbəkədə əks etdirən internet resursu “Elektron hökumət” portalıdır. “E-hökumət” portalı bütün dövlət qurumlarının xidmətlərinə tək bir nöqtədən giriş imkanını təmin etməklə “bir pəncərə” prinsipi əsasında işləyir.

Hazırda “Elektron hökumət” portalına 39 dövlət orqanının informasiya sistemləri qoşulmuş və bu qurumların 200-dən artıq elektron xidmətinin portal vasitəsilə həyata keçirilməsi təmin olunmuşdur.

Ölkəmizdə e-hökumət layihəsi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən hazırlanmışdır və “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir.

“Elekktron hökumət” portalında bir çox nazirliyin bəzi xidmətlərindən qeydiyyatsız istifadə etmək mümkündür. Məsələn: Dövlət Sosial Müdafiə Fondunun, Sığortaedənin uçot nömrəsinin öyrənilməsi kimi.

Portaldan tam istifadə etmək üçün müxtəlif autentifikasiya vasitələrindən istifadə etmək lazımdır. Onlar aşağıdakılar:

1) RİTN tərəfindən verilən e-imza kartı

2) Elektron hökumət sistemi tərəfindən vətəndaşa verilmiş kod

3) mobil autentifikasiya sertifikatı və ya smartfon.
Elektron imza
Elektron imza virtual aləmdə şəxsiyyəti müəyyənləşdirmə vasitədir. Rəqəmli çevricidən keçən əl imzasının, barmaq izlərinin, səsin və s doğrulanmasını təmin edən vasitədir. Fikrimcə, elekkron sənədlərin təhlükəsizliyinin qorunması baxımından da çox əhəmiyyətlidir. O elektron sertifikat vasitəsilə bütün elekktron sənədlərə əlavə olunan, həmçinin şəkil, audio, video fayl, və ya istənilən formatda olan faylları imzalayan və məlumatı göndərəni təyin edən bir ədədi koddur. e-imza.jpg

Elektron imza elektron hökumətin əsas atributlarından biri sayılır. O “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra reallaşdırılmağa başlamışdır. 2011-ci ilin sentyabr ayından rəsmi olaraq fəliyyətə başlayan Mərkəz əhalinin müxtəlif təbəqələrinə-adi vətəndaşlara, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə, həmçinin dövlət qulluqçularına xidmət göstərir. Elektron imzanı Respublikamızın poçt şöbələrindəki Qeydiyyat Mərkəzlərindən və Mərkəzin mütəxəssisləri tərəfindən təşkil olunmuş  www.e-imza.az saytından əldə etmək olar.

Ümumiyyətlə, Respublikamızdaki müxtəlif dövlət strukturlarının virtual xidməti Elektron Hökumət Portalında- https://www.e-gov.az/, Azərbaycan Respublikası Rabitə və İnformasiyalar Texnologiyaları Nazirliyinin saytlarında-http://mincom.gov.az/, http://rabita.az/ fəaliyyət göstərir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən “ASAN xidmət” mərkəzlərinin yaradılması da “Elektron hökumət”in formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.

Fikrimcə, “Elektron Hökumət” portalı hal-hazırda vətəndaşların tələblərinə cavab verir. Zamanla da bütün komponentləri fəaliyyət göstərəcəkdir. Yeganə problem sadə vətəndaşların elektron xidmətlərdən zəif istifadə etməsidir. Bunu isə cəmiyyətdə maarifləndirmə işi aparmaqla aradan qaldırmaq olar. İnternet istifadəçiləri arasında təbliğat isə daha tez nəticə verə bilər. Bu işi “Elektron hökumət”in sosial şəbəkələrdəki səhifələri - https://www.facebook.com/egov.az?fref=ts, https://www.facebook.com/eimza.az?fref=ts, https://twitter.com/elektronhokumet, https://twitter.com/e_imza və bizlər apara bilərik.

“Elektron Hökumət”in inkişaf edən ölkələr sırasıda dayanması üçün vacib şərtlərdən biri ölkəmizin İT sahələrində əlaqələrini genişləndirməsidir. Bu məqsədlə ABŞ və Yaponiya ilə əməkdaşlaq edilik ki, bu da daha güclü “Eektron Azərbaycan” yaradılacağından xəbər verir.



Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Yeni Azərbaycan Partiyasının www.yap.org.az saytına müsahibəsində deyib: “Peykin buraxılması kimi mühüm mərhələnin ardınca, RİTN fevral ayında ölkənin İT şirkətlərinin fəaliyyətinin genişləndirilməsinə və inkişafına yönələn daha bir tədbirin reallaşmasına başlayacaq və 2012-ci ilin 6-9 noyabrında İnternet İdarəçiliyi Forumu və “Bakutel” İKT həftəsi çərçivəsində Bakıda keçirilmiş ilk “Azərbaycan-ABŞ İKT forumu”ndan sonra RİTN daha bir ilkə imza atacaq. Belə ki, fevralın 27-28 tarixlərində birinci “Yaponiya - Azərbaycan İKT forumu” keçiriləcək. Bununla da ölkə daxilində RİTN-in xarici əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən ölkəmizdə rabitə və İKT sahəsində aparılan islahatların beynəlxalq aləmdə tanınması üçün aparılan əhəmiyyətli işlərin, keçirilən görüşlərin, eləcə də dünyanın müxtəlif ölkələri ilə İKT sahəsi üzrə imzalanan sənədlərin sırası daha da genişlənəcək. İnformasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafı üzrə aparıcı dövlətlər sırasında olan ABŞ, Yaponiya kimi ölkələrlə tərəfdaşlıq, onlarla imzalanan İKT üzrə əməkdaşlığa dair memorandumlar Azərbaycana və qarşı tərəfə iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizdə İKT üzrə yeni inkişaf dövrünün də başlanacağını qoyur. Amma bu qarşılıqlı marağın ortaya çıxmasında ölkəmizin siyasi stabilliyi, son illərdə davamlı qazanılan və artmaqda olan iqtisadi göstəricilərlə bərabər, respublikamızda aparılan islahatların nəticələrinə beynəlxalq təşkilatların verdiyi qiymət də az rol oynamayıb. Belə ki, son illərdə Azərbaycanın İKT sahəsində nail olduğu inkişaf dinamikası müxtəlif beynəlxalq təşkilatların qiymətləndirmələrində yer alaraq, müsbət tendensiyalarla əks olunur”.

Ölkəmiz bütün sahələrdə yeni inkişaf mərhələsinə qədəm qoyduğundan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə yeni innovativ iqtisadiyat quruculuğuna təkan verən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul edilmişdir. Konsepsiya ilə tanış olduqca iqtisadiyyatın müxtəlif sahələrində yüksək hədəflər olduğunu gördüm. Güclü iqtisadiyyat güclü dövlət deməkdir. Müəllim kimi “Müasir təhsil sisteminin formalaşdırılması” bölməsi diqqətimi çəkdi. Fikrimcə, təhsilə ayrılan xərclərin artırılması, təhsil sisteminin informasilaşdırması müsbət nəticələr verəcəkdir.

Beləliklə, inkişafı və yenilikləri nəzərə alaraq qürürla deyə bilərik ki, Respublikamız inkişaf səviyyəsinə, İKT sahəsindəki uğurlarına görə dünyanın inkişaf etmış ölkələrindən geri qalmır. “Elektron hökumət” istifadəçilərə asan, maneəsiz, sürətli, mədəni virtual xidmət göstərir. Təşəkkür edirik!
Nurlan Quliyeva: riyaziyyat və informatika müəllimi, fantastik yazıçı
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Respublikada "Elektron hökumət": mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər" mövzusunda elan etdiyi yazı müsabiqəsi üçün
Yüklə 27,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin