Elektron hökumət”: məmur-vətəndaş münasibətlərində şəffaflığın qarantı



Yüklə 22,87 Kb.
tarix22.10.2017
ölçüsü22,87 Kb.
#10341

 Elektron hökumət”: məmur-vətəndaş münasibətlərində şəffaflığın qarantı



elektron xidmer 200x200 “ elektron hökumət”: məmur vətəndaş münasibətlərində şəffaflığın qarantıXXI əsr, hər şeydən əvvəl yeni informasiya texnologiyaları əsridir. Bu sahədəki sürətli elmi inkişaf heç bir sahədə olmayan bir sürətlə də praktikaya tətbiq olunur. İndi hər şey mobilləşməkdə, hər şey vaxta qənaətdədir. İnsan cəmiyyəti böyük qurğular vasitəsilə ilk informasiya ötürücüsü olan morze əlifbasından terabayt sürəti ilə informasiya ötürən internet şəbəkəsinə gəlib çıxıb. XXI əsr klassik telefonu, klassik irihəcmli videokameraları, teleötürücüləri düymə boyda texniki qurğuya çevrildi, hələ öz ömrünü sona qədər yaşamamış televiziyanı, radionu daha asan və daha interaktiv formatlara çevirərək avtomobillərə, gözlüklərə, qulaqcıqlara yerləşdirdi… Beləliklə, Tofflerin informasiya cəmiyyəti adlandırdığı bir yeni dünya formatına keçdik. İndi dövlətlərin gücü, sivilliyi, demokratik imici onun informasiya texnologiyalarına münasibətinin nisbəti ilə ölçülür. XX əsrin 80- ci illərindən start götürən bu keyfiyyət bizim günlərimizdə dövlətlərin inkişaf göstəricisidir. Azərbaycan bu sahədəki ciddi rəqabət prosesində də bir çox inkişaf etmiş ölkələrlə rəqabət etmək qüdrətindədir. Bütün bu göstəricilərin sonunda isə, həlıəlik “ elektron hökumət” adlandırılan  bir fakt dayanır. Azərbaycanın bu sahədə həm də elə uğurları var ki, bu uğurları Avropanın ən müasir ölkələri belə özlərində tətbiq etmək təşəbbüsündə olurlar. Əlbəttə, bu mənada biz ilk növbədə “Asan xidmət”  təcrübəsini nəzərdə tuturuq.

“Asan xidmət” öz tipoloji keyfiyyəti ilə bu gün dünya arenasına çıxarıla biləcək bir elektron sistemdir.

Bu yaxınlarda mən atamı çox narahat gördüm. Sən demə, vacib bir səbəblə Gürcüstana getməlidir, amma başqasının adına sürdüyü wifi 200x200 “ elektron hökumət”: məmur vətəndaş münasibətlərində şəffaflığın qarantı avtomobilin bir neçə sənəd problemi yığılıb qalıb. Bu sənədlərin heç biri üçün müxtəlif idarələrin və müxtəlif məmurların qarşısında adətən, saatlarla vaxt keçirmiş yaşlı atam həmin idarələrdən imtina etmişdi. İmtina etmişdi, amma avtomobilin sənədləri də yerində deyilmiş. Atama “ Asan xidmətə” getməyi tövsiyə etdim. Axşam işdən evə dönəndə atamı çox keyfi kök gördüm. Dərhal özü dilləndi:

-         Ay qızım,- dedi,- bu “Asan xidmət “ lap möcüzə imiş. Cəmi 20 dəqiqəyə 6 sənədi düzəldib mənə verdilər…

Əlbəttə, “Asan xidmət”i  elektron hökumət hesab etməyənlər də var. Lakin belələrinə xatıratmaq istərdik ki, bu qurumda fəaliyyət göstərən əməkdaşlar birbaşa “ elektron hökümət” portalları ilə işləyir və anındaca onlara müraciət edən adamın sənəd dünyasını, sorğularını təmin edirlər.

Müasir Azərbaycanın inkişaf sürəti bir çox sahələrlə ölçülür. Lakin bu sürəti təmin edən  əsas məsələlərdən biri ölkənin demokratik ab-havası və bunu yaratdığı  demokratik düşüncə tərzidir. Azərbaycan dövləti ölkədə hüquqi, vətəndaş cəmiyyəti yaratmağın əsas istiqamətini məmurdan asılılığı ortadan qaldırmaqla görür. “ Elektron hökumət” ideyası  və onun  sürətlə gerçəkləşməsi vətəndaş- məmur münasibətlərində yaxın keçmişdə  özünü göstərən “ələ baxmaq”, “ cibə baxmaq”, “təmənna” kimi rüşvəti idarə edən məqamları aradan qaldırır. Digər tərəfdən, ayrı-ayrı nazirlik, idarə və müəssisələrin elektron sayı Azərbaycan vətəndaşını həmin sahələrlə bağlı informasiya ilə təmin edir.

Bizdə bu gün “ Elektron Azərbaycan” Dövlət Proqramı gerçəkləşməkdədir. Bu proqram birbaşa məmur-vətəndaş münasibətlərini  elektron münasibətlərə çevirir. Elektron münasibətlər isə keçmişdəki vaxt itkisini, təmənnalığı aradan qaldırır. Ölkə başçısı Prezident İlham Əliyevin ideallarından birinə-təmiz bir azərbaycan dünyası yaratmaq ideyasına xidmət edən “Elktron Azərbaycan”  indi öz mübarizəsini göstərməkdədir. Bu proqram ölkəmizin iformasiya-kommunikasiya sahəsində sosial sifarişi  uğurla həyata keçirməkdədir. Bu proqram informasiya cəmiyyətinin tələblərindən doğub. Indi Azərbaycanda dövlət informasiya sistemi, elektron imza, ən əsası isə elektron sənəd, elektron xidmət kimi anlayışlar tamamilə kütləviləşib və heç kimdə təəccüb doğurmur. Valideynin telefonuna onun uşağının məktəbdə aldığı qiymət, işçinin telefonuna onun hesabına köçürülən maaşın miqdarı və s. Kimi  sadə əməliyyatlardan tutmuş böyük ölçülü işlərə qədər elktron xidmət prosesi indi Azərbaycan vətəndaşı üçün adı məsələlərdir.

On il bundan əvvəl elektron xidmət, internet resurslarına çatım şkalası dünyanın ABŞ, Norveç və s.  Kimi ölkələri ilə müqayisədə ölçülürdüsə, bu gün bu müqayisələr  bizim Azərbaycanımızla da aparıla bilər.

Yuxarıda qeyd etdiyimiz kimi, “elektron hökumət”, “ elektron xidmət” sahələrində bəzən bizim təcrübəmiz( “Asan xidmət”)  dünyaya da təcrübə kimi qəbul olunursa,  biz də dünya təcrübəsindən yetərincə yararlanırıq. Xarici təcrübəyə istinad prosesində bir sıra nəhəng addımlar atılıb. Bu sıradad Azərbaycan Prezidentinin” Azərbaycan Respublikasında   rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012- ci illər  üçün Dövlət Proqramının ( Elektron Azərbaycan) tətbiqi çox böyük rol oynamışdır. İlk vaxtlar belə bir Dövlət Proqramının  həyata keçirilməsi çox çətin görünürdü. Lakin   İnformasoiya və Texnologiya Nazirliyinin və bir sıra  digər dövlət qurumlarının fəaliyyəti məsələnin həyata keçirilməsinə şərait yaratdı. Bu vacib Dövlət Proqramı Prezidentin sərəncamda qoyduğu vaxtda-2010-2012 –ci ildə uğurla yerinə yetirildi. Bu sənədin reallaşdırılması Prezidentin növbəti bir sənədinin-“ Dövlət orqanlarının elektron xidmətlər göstərməsinintəşkili sahəsində bəzi tədbirlər haqqında “ 2011- ci il mayın 23-də inzaladığı Fərmanın meydana gəlməsinə səbəb oldu. Bu sənəd həm də əslində “Elektron hökumətin”  mahiyyətini başa düşməyə imkan yaratdı.  Məlum oldu ki, “Elektron hökumət” ölkədə formalaşmış qanunvericilik faktına söykənərək cəmiyyətin , dövlətin, vətəndaşın maraqlarına xidmət etməli, azərbaycan vətəndaşına dəqiq informasiya xidməti göstərməlifir. Deməli, hər şey vətəndaş-dövlət orqanları və dövlət orqanları arasında  informasiya və sənəd əldə etmə prosesini həll etməkdən ibarətdir.

Azərbaycan dövləti  vətəndaşın informasiya-kommunikasiya texnologiyalarına qəti inteqrasiyası üçün , hətta məsələn, şagirdlərə pulsuz kompüterlər paylamaq qədər  bir sıra tədbir həyata keçirdi.

Dövlət bu sahədə qəbul etdiyi proqramların yerinə yetirilməsini gücləndirmək üçün İKT sahəsində xüsusi maarifləndirmə  treninqlərindən tutmuş, dövlət orqanlarının  saytlarının yaradılması və onların fəallığının yüksəlməsinə qədər bir çox maraqlı tədbirləri həyata keçirdi.

Vətəndaşlara elektron xidmət  dövlət orqanlarının  bir-biri ilə əlaqəli şəkildə  fəaliyyətini tələb edir. Məsələn, mənim 11-ci sinifdə oxuyan oğlum xaricdə təhsil almaq istəyir. İKT –yə bəlkə də sonsuz dərəcədə  bələd olan bu uşaq heç bir idarəyə, heç bir məmur sorğusuna baş vurmadan, vaxt sərf etmədən bütün informasiyaları Təhsil nazirliyinin , müvafiq maliyyə bankının, xarici universitetlərin Azərbaycana yönəlik qurumlarının müəyyən saytalrından ona lazım olan hər bir sorğuya cavablar alır. Bu qurumların elektron xidmətləri oğlumun ayrılmaq istəmədiyi dərslərə hazırlıq saatlarına toxunmadan baş verir…

Vaxtilə  nazirliyin “ Rabitə və İnformasiya Texnologiyalar” nazirliyinə çevrilməsi ilk vaxtlar adi bir ad dəyişməsi kimi görünə bilərdi. Lakin çox keçmədi ki, dövlətimizin informasiya və “ Elektron hökumət” siyasətində bu nazirliyin əvəzsiz rolu hiss olundu. Dövlətimiz məhz dünya təcrübəsində belə bir nazirliyin fəaliyyətinə xüsusi diqqəti sayəsində yaradılan “ Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” bu gün bir neçə funksiyanı- dövlət  qurumlarının  İKT sistemində koordinasiyası,  vətəndaşların İKT sahəsində  maarifləndirilməsi, bu işə xidmət edən texniki kadrların hazırlığı, dünya təcrübəsinin tətbiqi və s. Vəzifələri yerinə yetirməkdədir.

İKT sahəsində elmi-praktik səviyyənin formalaşmasında  xüsusi maarifçilik rolu olan, Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsinin  müəllimi Osman Gündüz “ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Fəaliyyətindəki əsas istiqamətləri belə qiymətləndidir: “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Elektron hökümətin tam formalaşması ilə bağlı Dövlət proqramlarının gerçəkləşməsində xüsusi rol oynayır. Nazirlik ayrı-ayrı dövlət qurumlarının elektron xidmətlərinin inteqrasiyası, koordinasiyası, informasiya sistemlərinin reyestri, üstəgəl Prezidentin “bir pəncəcrə” formatına keçidlə bağlı fərmanında qoyulan vəzifələrin yerinə yetirilməsində böyük rol oynayan informasiya portalının səmərəli fəaliyyətinə nəzarət mexanizmi kimi irimiqyaslı məsələlər təşkil edir. Qeyd edilən portalın ictimaiyyət arasında populyarlaşdırılması və mükəmməlliyi prosesi də nazirliyin xidmətləri əsasında həyata keçirilmişdir”.

Ümumiyyətlə, “Elektron hökumətin tam formalaşması üçün bir sıra vacib atributlar olmalıdır. Onların arasında Milli sertifikasiya mərkəzi, dövlət qurumlarının informasiya mübadiləsini formalaşdıran ayrıca bir struktur kimi qurumlar var. Bu gün artıq “ electron hökumət “ portalı  fəaliyyətdədir.  Bir də təkrar edirik: Hər şey şəffaflığa, vaxta qənaətə, məmur-vətəndaş münasibətlərində bundan əvvəl özünü göstərən təmənnalığın aradan qaldırılmasına və s. xidmət edir.

Akademik Rasim Əliquliyevin fikrincə , “ Virtual məkanda hər  bir dövlətin gücü və  qüdrəti  onun   malik olduğu  electron informasiya resurslarının xüsusi çəkisi ilə ölçülür“. Azərbaycan  dövləti virtual dünyaya inteqrasiya, informasiya cəmiyyətinin tam formalaşması, vətəndaş-məmur münasibətlərinin şəffaflığının təmin edilməsi kimi problemlərin həllində atdığı ciddi addımlarla  məhz bu çəkinin artmasına, hüquqi dövlət quruculuğu prosesinin uğurla başa çatmasına nail olmuşdur.



Məqalə  Rabitə və yüksək texnologiyalar Nazirliyinin keçirdiyi “ Mənim elektron hökumətim” müsabiqəsinə təqdim olunur.
Yüklə 22,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin