Elektron hökumət



Yüklə 10,18 Kb.
tarix21.10.2017
ölçüsü10,18 Kb.
#7721

Elektron hökumət – daha şəffaf gələcəyin təminatçısı

“Elektron hökumət” internetin, müasir texnologiyaların imkanlarından istifadə edərək hökumətin ölkə vətəndaşlarına göstərdiyi xidmətlərin daha keyfiyyətli formada təqdim edilməsinə yardım edir.

Prezident İlham Əliyevin 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanına uyğun olaraq iş adamları qeydiyyat orqanına getmədən, vaxt itirmədən internet vasitəsilə onlayn rejimində qeydiyyata alınırlar. Dövlət başçısının bu fərmanının məqsədi məhz dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların, “bir pəncərə” prinsipinin tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır. Dövlət başçısı İlham Əliyev “elektron hökumət” prinsiplərinə keçməyin korrupsiyaya qarşı mübarizədə çox təsirli amil olduğunu bildirir. Ölkəmizdə ümumilikdə böyük əhəmiyyət kəsb edən “bir pəncərə” prinsipinin tətbiqi “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərman bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafına geniş yol açan mühüm addımlardandır. Gələcəkdə elektron xidmətlərin sayının artırılması və bu sahədə görüləcək işlərin davam etdirilməsi nəzərdə tutulur. Bu yolla ictimai nəzarət daha da güclü şəkildə təşkil olunaraq insanlar üçün daha şəffaflıq gələcək təmin edilir.

Elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında təşkilinin təmin edilməsi məqsədi ilə www.e-gov.az vahid elektron hökumət portalı yaradılmışdır. Bu portalda bir çox Nazirliklərin, dövlət qurumlarının əhaliyə xidməti təklif olunur. Lakin elektron xidmətlərin təşkili təkcə bu portal vasitəsilə deyil, dövlət qurumlarının öz portalları vasitəsilə də həyata keçirilir.

Azərbaycanda “Elektron hökumət” layihəsi beynəlxalq təcrübəyə əsaslanır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin” 2010-2012-ci illər üçün informasiya və kommunikasiya texnologiyalarının inkişafı haqqında Dövlət Proqramının təsdiq edilməsi barəsində (Elektron Azərbaycan)”, 23 may 2011-ci il tarixli “ Dövlət orqanları tərəfindən elektron ximətlərin göstərilməsi qaydalarının təsdiq edilməsi üzrə bəzi tədbirlər haqqında” və s.normativ-hüquqi aktları göstərmək olar.

Elektron hökumət dövlətin göstərdiyi xidmətlərin insanlar üçün daha şəffaf, daha rahat və ucuz yolla, vətəndaşlar üçün zaman itkisinin qarşısını almaqla həyata keçirilməsinə xidmət edir. Bununla da istifadəçilər yerləşdiyi coğrafi məkandan asılı olmayaraq ölkənin bütün ərazisində təqdim olunan elektron xidmətlərdən istifadə edə bilirlər.

Elektron xidmətlər korrupsiya hallarının qarşısının alınması və şəffaflığın təmin edilməsinin effektiv vasitələrindən biri kimi qiymətləndirilir. Bu istiqamətdə işlərin səmərəli, keyfiyyətlə və qısa müddət ərzində görülməsi məqsədi ilə müvafiq hüquqi baza formalaşdırılıb. Hazırda bir sıra dövlət orqanlarında əhaliyə internet informasiya ehtiyatları vasitəsilə elektron xidmət göstərilir.

Elektron xidmətlər dövlət orqanı ilə vətəndaş arasında qarşılıqlı münasibətlərin səmərəliliyinin və keyfiyyətinin artırılmasında, şəffaflığın təmin edilməsində, korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edir.

Prezidentin fərmanını ilk növbədə antikorrupsiya və şəffaflığın təmin edilməsi tədbirləri kontekstində qiymətləndirmək lazımdır. Belə ki, fərmanda nəzərdə tutulmuş tədbirlər korrupsiyaya qarşı mübarizə sahəsində sistemli islahatların tərkib hissəsidir. Nəzərə alsaq ki, elektron xidmət dövlət orqanı əməkdaşları ilə vətəndaş arasında birbaşa təması minimuma endirir və korrupsiyaya şərait yaradan halları aradan qaldırır, elektron xidmətin geniş miqyasda həyata keçirilməsi korrupsiyaya qarşı mübarizədə əhəmiyyətli tədbirlərdən birinə çevriləcək. Elektron xidmət, elektron hökumət təşəbbüsü korrupsiyaya qarşı ciddi bir alət olacaqdır.

Gələcəkdə elektron hökumət daha da inkişaf etdirilərək dövlət qurumlarının eləcə də, vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları haqqında bəyannamənin elektron formada təqdim edilməsi vətəndaşların dövlət qurumları üzərində nəzarətini möhkəmləndirər, bununla da onların fəaliyyətinin daha şəffaf olmasına gətirib çıxarar.



Samirə Haşımzadə
Yüklə 10,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin