Elektron hökumət



Yüklə 22,23 Kb.
tarix22.10.2017
ölçüsü22,23 Kb.
#10248

XXI əsr və onun tələbi olan “Elektron hökumət”


Bəşər sivilizasiyası yarandıqdan bu dövrə qədər uzun bir tarixi inkişaf mərhələsi kecmişdir.Hələ ən qədim dövrlərdən əl hərəkətləri ilə,müxtəlif səs işarələri ilə bir-birinə informasiya çatdiran insan övladı bu uzun tarixi inkişaf dövründə informasiyanın işıq surətindən də tez çatdırılması mərhələsinə,dünyanın kiçilib vahid“bir pəncərə”ətrafinda birləşməsinə qədər gəlib çatmışdır.

Bu gün texnologiyanın ən yüksək səviyyəyə gəlib çatdığı, durmadan yenilənən və inkişaf edən bir dünyada yaşayırıq. Məlumatların anında bizdən milyonlarca məsafədə uzaq yerləşən mühitə çatdırılması və əldə edilməsi yeni texnologiyaların və bu günün ən aktual informasiya vasitəsi olan internetin sayəsində əldə edilir. İnformasiya savası dünyasında yaşadığımız , həytımızı informasiyasız,internetsiz təsəvvür etmədiyimiz zamanda ,yəqin ki, bir coxlarımız e-poçt,e-məktub,e-təhsil,e-məktəb, e-dərslik ,e-kitabxana,e-ticarət və s. e-xidmətlərin olduğunu bilirik.
Durmadan yenilənən daha da mükəmməlləşən texnologiyalar dünyasında yaşayərkən ölkəmizdə” Elektron hökümət” adlı lahiyənin həyata keçrilməsi təqdirə layiqdir.Bu gün bizə məlumdur ki, inkişaf etmiş ölkələrdə daha da inkişafetmə meyarı kimi“Elektron hökumət”-in formalasdırılması hesab edilir.Bəs nədir “Elektron hökumət?”
”Elektron hökümət”- (ingilis dilində e-Government) vətəndaşlara dövlət tərəfindən verilən xidmətlərin elektron mühitdə təqdim olunmasıdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il Milli Sertifikat Xidmətləri Mərkəzi“E-hökumət” layihəsi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən işlənib hazırlanmışdır və “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir."Elektron hökumət" - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır.
Dunya təcrübəsinə istinadən demək olar ki, “Elektron- Hökumət” texnologiyalarına daha tez keçən ölkələr güclü iqtisadiyyata malik olan ölkələrdir və bu ölkələrdə demokratiyanın inkişafına təsir edən amillərdən biri də məhz “Elektron hökumət”in formalaşdırılması hesab edilir.Elektron-Hökumət texnologiyalarından istifadə etməsinə görə dünyanın bir çox aparıcı iqtisadiyyata malik olan olkələri, o cümlədən ABŞ, Böyük Britaniya,Cənubi Koreya və s. dövlətlər ən qabaqcıl yerlərdədirlər.
Qeyd etmək lazımdır ki, Azərbaycanda "Elektron hökumət”in formalaşdılrıması beynəlxalq təcrübəyə əsaslanır və təhlükəsiz internetin təmin olunması başlıca inkişaf xətlərindəndir.Eyni zamanda "Elektron hökumət"in vaxta qənaət, əlverişli, sürətli, keyfiyyətli, fasiləsiz, şəffaf, rahat, etibarlı olması kimi əsas üstünlükləri də var. 
Bu layihəyə əsasən, “Elektron hökumət”in(www.e-gov.az) portalı hazırlanaraq 2012-ci ilin sentyabr ayından internet vasitəsiylə vətəndaşların istifadəsinə verilmişdir. Vətəndaşlar elektron hökumət portalına daxil olaraq bir çox dövlət orqanlarının təqdim etdiyi elektron xidmətlərdən rahat və vaxtına qənaət edərək istifadə edə bilərlər. Bunun üçün ilk növbədə portalın veb ünvanı olan www.e-gov.az ünvanına daxil olub portalda qeydiyyatdan keçməlidirlər.Portalda yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə malik şəxslər qeydiyyatdan keçə bilərlər.Portalın məqsədi ictimai xidmətlərini vətəndaşlara, müəssisələrə, ictimai təşkilatlara operativ şəkildə təqdim etməkdir. 
Portal vasitəsilə dövlət idarəçiliyində keyfiyyətli elektron xidmətlərin göstərilməsi vətəndaşların həmin xidmətlərdən aktiv istifadəsinə imkan yaradır. Bunun üçün təqdim olunan e-xidmətlərin interaktiv olması vacibdir. Məsələn, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təqdim olunan bütün e-xidmətlər interaktivdir və istifadəçi tərəfindən çox rahat qəbul edilir. Digər dovlət qurumları:Vergilər Nazirliyi,Dövlət Gömrük Komitəsi,Daxili İşlər Nazirliyi,“AzərEnerji" ASC və s. tərəfindən istifadəçilərə təqdim olunan e-xidmətlər interaktiv rejimdə işləyirlər. Lakin bir sıra qurumlar tərəfindən təqdim olunan bəzi e-xidmətlərin interaktiv rejimdə təşkil edilməsinə baxmayaraq, xidmətlər üzrə son nəticəni əldə etmək mümkün olmur.Hər bir dövlət qurumunda onların tam tətbiq edilməsi istiqamətində, yeni e-xidmətlərin həyata keçirilməsi üçün işlər aparılır.
Dövlət qurumuları elektron xidmətlərini “bir pəncərə” prinsipi əsasında istifadəçilərə portal vasitəsilə təqdim edərək, məlumatların keyfiyyətinə, tamlığına və düzgünlüyünə bilavasitə cavabdehdirlər.Hər bir vətəndaş istənilən dövlət qurumuna müraciət edib, ona aid olan lazımi məlumatı qanun çərçivəsində əldə edə bilər.
Dünyanın bir sira inkişaf etmış ölkələrində tətbiq edilən,” Elektron hökumət”in əsas e-xidmətlərindən sayılan “elektron imza” Azərbaycanda da tətbiq edilməyə başlanmışdır.“Elektron imza(www.e-imza.az) və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra “elektron imza”nın reallaşdırılması mərkəzi icra orqanı kimi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılmışdı.
Elektron imza- Elektron dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. İnsanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir. Elektron imza elektron sistemdə imzanın Elektron sənəd mübadiləsinin bütün iştirakçıları bir-birindən uzaqda olmalarına baxmayaraq eyni imkanlar əldə edirlər.Elektron imza elektron sistemdə imzanın malik olduğu bütün işləri yerinə yetirən, elektron sertifikat vasitəsilə bir elektron məlumata əlavə edilən və məlumatı göndərəni təyin edən bir ədədi koddur.Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzindəlazım olan yerə çatdırıla bilər.
Hər bir vətəndaş bu portalda qeydiyyatdan keçərək və ya poçt şöbələrindən kod- şifrə əldə edərək həm e-hökumətin imkanlarından faydalana, həm də e-imzaya sahib ola bilər.E-imzaya sahib olan vətəndaş artıq dövlət məmurunun hansısa sənədi imzalaması süründürməçiliyinə məruz qalmayacaq.
Respublikamızda elektron imza sisteminin tətbiqi və dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi sahəsində görulən işlər gələcəkdə ölkəmizin dünya informasiya sisteminə inteqrasiyasını daha da sürətləndirmiş olacaq.Hazırda e-xidmətlərin Nazirlər Kabinetinin 191 N li Qərarı ilə təsdiq edilmiş siyahıya uygun təşkili davam etdirilir. 
Artıq dövlət qurumları və yerli icra hakimiyyət orqanları tərəfindən idarəetmə üsullarının keyfiyyətinin artırılması, dövlət sektoru tərəfindən yeni informasiya və komunikasiya texnologiyalarının tədbiq edilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir.Bir sıra dövlət qurumları artıq bu istiqamətdə öz xidmətərini istifadəçilərinə təqdim etmişdir:
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi“Elektron hökumət” portalında istifadəçilərinə yeni “Klassifikator üzrə idarələrin axtarışı”adlanan xidməti təqdim edib.Bu xidmət vasitəsilə portal istifadəçiləri ölkədə fəaliyyət göstərən dövlər orqanları, o cümlədən də bir sıra xidmət, ictimai-iaşə, tibb, elm, mədəniyyət, təhsil, ümumiyyətlə, bütün fəaliyyət sahələri üzrə idarə və təşkilatların, həmçinin digər obyektlərin adı, ünvanı, telefon nömrəsi, bank hesab nömrəsi, VÖEN-i haqqında məlumat əldə edə bilərlər.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi portal vasitəsilə“Nigah qeydiyyatı üçün elektron müraciət” adlanan yeni xidməti istifadəçilərinə təqdim etdi:ailə qurmaq istəyən şəxslər indi nigaha daxil olmaq üçün ərizəni əlavə vaxt sərf etmədən, onlayn qaydada qeydiyyatdan keçərək verə bilərlər. Nigah qeydiyyatı üçün ərizəni, hər iki tərəf özlərinə aid olan məlumatları (adı, soyadı, ata adı, yaşayış yeri, təhsili, milliyəti, vətəndaşlığı, iş yeri və vəzifəsi və s) daxil edərək onlayn şəkildə, rahat, qısa vaxt ərzində, əlavə vaxt sərf etmədən və olduqları yerləri tərk etmədən təqdim edə bilərlər.
Bundan başqa, Dövlət Statistika Komitəsi “Elektron Hökumət” portalında yeni elektron xidmətini təqdim edir. Bu xidmət "Rəsmi hesabtların təqdim edilməsi" xidmətidir. Yeni xidmət vasitəsilə, səhiyyə, humanitar və hüquqpozmalar, sosial, nəqliyyat, rabitə, turizm və digər xidmət statistikalarını, əhali və gender siyahısı, əmək statistikası, kənd təsərrüfatı, ekologiya, qiymət, milli hesabatlar və makroiqtisadi göstəricilər, sənaye və tikinti, ticarət, əhalinin həyat səviyyəsi, ev təsərrüfatlarının tədqiqatı, keyfiyyətin idarə olunması, informasiya texnologiyaları, regionların sosial-iqtisadi inkişafı, ərzaq təhlükəsizliyi barədə rəsmi statistik məlumatlar əldə edə bilərsiniz. Bu və digər xidmətlər haqda daha ətraflı məlumat üçün məhz” Elektron-hökumət”portalından(www.e-gov.az) hər kəs istifadə edə bilər. .Planşet istifadəçiləri isə "Elektron hökumət" portalının mini versiyasından istifadə edə bilərlər(www.e-gov.az/mini/.
2013-cü il”İKT ili” cərçivəsində “Elektron hökümət”istiqamətində maarifləndirmə işləri aparılır və bu maarifləndirmə işlərinə müvafiq olaraq bölgələrdə kurslar keçirilib və bu kursların keçirilməsi davam etməkdədir.Qeyd etmək lazımdır ki,bu istiqamətdə görülən işlərə misal olaraq Qubanın şəhər bələdiyyəsində Quba və Xaçmazın 10 bələdiyyəsinin nümayəndələri üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən qeyd edilən mövzuda maarifləndirici təlim təşkil edilmişdir. 
Ümumiyyətlə,statistik göstəticilərə görə portalın əhatəsi artmaqdadır və portalda artıq 236 xidmət təqdim edilir. 2013-cü ilin 7 ayı ərzində isə portala daxil olanların sayı 176495 nəfər təşkil edib. Avqust ayının 1-nə təqdim edilmiş elektron imza sertifikatlarının sayı 15 000 ədəddən çox, sadələşdirilmiş kod parol alanların sayı isə 17 000-i keçib.
"Elektron hökumət" portalınin rəsmi facebook səhifəsi də(www.facebook.com/gov.az)fəaliyyət göstərir və səhifə iştirakcılarının sayı durmadan artaraq artıq 67 mini ötüb.
“Elektron hökumət” Portalı Azərbaycanda bir yenilikdir və bir çox dövlət qurumları tərəfindən təqdim olunan e-xidmətlər ilkin tətbiq mərhələsindədirlər.Bütün dövlət qurumlarında onların tam tətbiq edilməsi istiqamətində,yeni e-xidmətlərin həyata keçirilməsi üçün işlər aparılır.
İnformasiya-kommunikasiya texnologiyalarının hər an yeniləndiyi XXI əsr dünyasında”Elektron hökümət”lahiyəsinin ölkəmizdə tətbiq edilməsi və bu sahədə görülən tədbirlər zamanımızın zəruri və qaçılmaz tələblərindəndir.Biz inanıriq ki, bütün bu istiqamətdə görülən işlər, 2013-cü il “İKT ili” elan olunması ilə əlaqədar həyata keçirilən“Elektron –Hökumət” layihəsi əsasında gostərilən e- xidmətlər dövlətimizin inkişafına və onun vətəndaşlarının rifahına müsbət təsir göstərəcək.
Yusifova Təranə
İsmayıllı şəhər İ.Həsənov adına 1 saylı tam orta məktəbin Tarix müəllimi
Yazı Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin “İKT ili” çərçivəsində “Respublikada “Elektron hökumət” :mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda keçirilən analitik məqalə müsabiqəsi üçün yazılıb.xxi əsr və onun tələbi olan “elektron hökumət”
Yüklə 22,23 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin