Elektron löVHƏDƏ Rİyaziyyat dəRSİNİn təDRİSİ



Yüklə 19,48 Kb.
tarix17.11.2018
ölçüsü19,48 Kb.
#84104
növüDərs

ELEKTRON LÖVHƏDƏ RİYAZİYYAT DƏRSİNİN TƏDRİSİ

Hazırda müasir təlim metodlarından istifadə günün tələbinə çevrilmişdir.Belə dərslər şagird təfəkkürünün , idrakının inkişafına xidmət edir,şagird əzbərçilikdən daha çox yaradici və tətbiqetməyə sovq edir.Bu müasir təlim metodları şagirdlərdə fəallıgı artırmaqla yanaşı,onlarda məntiqi düşüncə də yaradır.Və bu zaman məntiqlə bilik paralel inkişaf edərək şagirdi gələcək həyata hazırlayır.Bütün bu proseslərin aparılmasında ən böyük rol müəllimin üzərinə düşür.Mən İsmayıllı şəhər Cülyan kənd tam orta məktəbində 15 ildir riyaziyyat müəllimi kimi fəaliyyət göstərirəm.Bu gün müasir təlim metodlarından istifadə etməklə dərslərimdə böyük ugurlar qazandıgımı acıq-aşkar hiss edirəm.Cəbr və həndəsə dərslərində müasir təlim metodlarından və İKT-dən istifadə edərək ugurlu nəticələr görürəm.

Bu yaxinda V sinif riyaziyyat dərsində “KVADRAT, DÜZBUCAQLI VƏ ÜÇBUCAGIN PERIMETRI “mövzusunda acıq dərs kecirtdim.Dərsimdə interaktiv üsulların bir coxundan istifadə etdim və 45 dəqiqə ərzində bütün məqsədimə nail oldum.

Qruplarla iş,rollu oyunlar,əqli hücum,işgüzar fəallıq ,müsahibə üsullarından istifadə edərək elektron lövhədə “KVADRAT ,UÇBUCAQ VƏ DÜZBUCAQLİNİN PERİMETRİ” mövzusunda dərsə başladım.Sinfi qruplara böldüm.Qruplara “ÜÇBUCAQ” “ DÜZBUCAQLI “ “ KVADRAT “adlarini təyin etdim.Liderlər qrup üzvləri tərəfindən seçildilərvə özlərini təqdim etdilər.Mən keçmiş dərsin mövzusunu soruşdum .Şagirdlər mənə keçmiş dərsin KVADRAT DÜZBUCAQLI və ÜÇBUCAQ olduğunu bildirdilər.Şagirdlər mənə keçmiş dərsin adını bildirdilər. Şagirdlər keçmiş mövzu haqqinda rollu oyun vasitəsilə çıxış etdilər.Keçmiş dərsin sorgusundan sonra qruplara işçi vərəqləri paylayaraq yeni dərsin motivasiyasını tətbiq etməyə başladım.Şagirdlər bu motivasiyadan yeni dərsin adını tapdılar.Onlar elektron lövhədə yeni dərsin adını və mövzusunu qeyd etdilər.Yeni dərsin izahından sonra mən dərsi möhkəmləndirmək məqsədilə qruplara test tapşırıqları verdim.Hər bir qrup test tapşırıqlarının həllini cavablandırdı və onlar bu cavabları elektron lövhədə göstərdilər.Bu mərhələdən sonra qrupların diqqətini divardan asılmış Venn diaqramına cəlb etdim.Şagirdlər bu diaqramın orta hissəsində kvadratın və düzbucaqlının oxşar cəhəhtlərini qeyd etdilər.Şagirdlərə üçbucagın növləri haqqında məlumat verdim.Onlara üçbucagın hər bir növünə aid perimetrinin tapılmasına uygun tapşırıq verdim.Bu dəfə ən məntiqli və düzgün yazan şagirdləri həvəsləndirərək yüksək qiymətləndirdim.

Müsahibə üsulunu tətbiq etməklə şagirdlərin diqqətini divardan asılmış boş xanalı krossvordlara yönəltdim.Krossvordun birincisində perimetr sözü şaquli, ikincisində üfüqi şəkildə yazılmışdır.

Birinci krossvord fəndaxili ,ikinci krossvord isə fənlərarası inteqrasiya yaratmaga xidmət edirdi.Şagirdlər bütün xanalardakı sözləri tapandan sonra krossvordun doldurulmuş formasını elektron lövhədə göstərdim.

Dərsin sonuna yaxin qiymətləndirmə mərhələsi hər bir şagirdin nəyə qadir olmasının üzə cixmasında böyük rol oynayır.Evə tapşırıq və tətbiqetməni dərsin bitməsinə 2 dəqiqə qalmış elan etdim.

Beləliklə,şagirdlərin müstəqil düşünmə qabiliyətlərini inkişaf etdirmək yolu ilə” DÖRDBUCAQLILAR” haqqında bilikləri daha da genişləndirmək və möhkəmləndirmək məqsədinə nail oldum.

İstərdim dərs dediyim şagirdlərimin də adını burada qeyd edim.

Nəzərli Mirdamət Raqub

Ağayev Taleh Xatir

Hüseyinov Xəzər Elsevər

Əşrəfova Xanım Faiq

Əşrəfli Fatimə Elxan

Musayeva Aydan İmran

Qafarlı Nuridə Qədir

Novruzova Gunel Yaqub

Dəmirova Elmira Günəş

Həsənov Məhəmməd Saleh

İndi isteyirem ki öz sevimli şagirdlərimlə maraqlı “HƏNDƏSƏ”ölkəsinə səyahət edək.”HƏNDƏSƏ”ölkəsinin “ KVADRAT”, “UÇBUCAQ” VE “DÜZBUCAQLI” şəhərlərinə.

MÖVZU:”Düzbucaqlı, üçbucaq və kvadratın perimetri . STANDART: 3.2.1. Həndəsi təsvir,təsəvvür və məntiqi mühakimələrin köməyi ilə fiqurların əlamətlərini və xassələrini araşdırır.

Məqsəd:Həndəsi fiqurları tanıyır və fərqləndirə bilir.Tərəfləri verildikdə üçbucagin kvadratın və düzbucaqlının perimetrini tapır. İŞ FORMASI:Kollektiv iş.Qruplarla. İŞ ÜSULU:Beyin həmləsi. RESURS:Prometan, lovhə,dərslik,metodik vəsait,iş dəftəri,kompyuter,proyektor.

İNTEQRASİYA:İnformatika.

DİAQNOSTİK qiymətləndirmə:

1)Üçbucaq nəyə deyilir

2)Üçbucagin hansı növləri var

3)Bucaqlarına və tərəflərinə görə hansı üçbucaqları tanıyırsız.

4)Dördbucaqlı nəyə deyilir və hansı növləri var. Şagirdlər bu diaqnostik qiymətləndirmə zamanı düzbucaqlını və kvadratın da tərifini söyləyirlər.

MOTİVASİYA:Hər iki qrupda verilən şəkillərin fərqli cəhətləri hansıdı.Bu cəhətləri soyləyin.Qruplar hər iki şəkildə verilən fiqurların həm fəza, həm müstəvi fiqurları olduqlarını qeyd edirlər.Müstəvi fiqurlarının tərəflərinin toplamaq mümkün oldugunu, ancaq fəza fiqurlarının isə mümkün olmadıgını qeyd etdilər.

TƏDQİQAT SUALI:Düzbucaqlı və kvadratın sahəsini necə hesablamaq olar?ve bu bizə həyatda nəyə görə lazimdir?

DƏRSİN GEDİŞİ:Tutaq ki uzunlugu 6 sm ve eni 4 sm olan düzbucaqlının perimetrini hesablamaq lazimdir.Bunu necə edək?Verilmiş düzbucaqlının tərəflərinin cəmini tapmaq lazımdır.

a+a+b+b =2a+2b=P=2*(a+b)düsturu ilə düzbucaqlının perimetri hesablanır.

Kvadratın perimetrini tapmaq üçün onun 4 tərəfinin cəmini tapmaq lazımdır.P=a+a+a+a=4a

Müxtəlif tərəfli üçbucağın perimetrinin tapmaq üçün P=a+b+c

Bərabər tərəfli üçbucağın perimetrini tapmaq üçün P=a+a+a=3a

Bərabəryanlı üçbucağın perimetrini hesablamaq üçün P=a+a+b=2a+b

TƏDQİQATIN APARILMASI:Şagirdlər 3 qrupa bölünür.Hər qrupa ad verirəm.Qruplara liderler seçirəm.Hər qrupa ayri-ayri tapşırıqlar verirəm.

TAPŞIRIQ 1: Düzbucaqlının tərəfləri 4sm və 16sm –dir.Onun perimetrini tapın.

.

TAPŞIRIQ 2:Kvadratın perimetri 36sm-dir.Onun tərəfi neçə santimetrdir.



TAPŞIRIQ 3:Tərərfləri 12,16 və 27 sm olan üçbucagın perimetrini tapin.

TAPŞIRIQ 4: Tərəfi 19 sm olan üçbucagin perimetrini tapın.

İNFORMASİYA MÜBADİLƏSİ:İşlər təqdim olunur.Qruplar işləri yekunlaşdırdıqdan sonra iş vərəqlərini lövhədən asırlar.

İNFORMASİYA MÜZAKİRƏSİ:Butun qruplar təqdimat etdikdən sonra işlər müzakirə olunur.Fikir mübadiləsi aparılır.qruplararası sual-cavab aparılır(bu mərhələnin mahiyyəti:şagirddə öz fikrini söyləmə qabiliyyətini inkişaf etdirmək).

NƏTİCƏ VƏ ÜMUMİLƏŞDİRMƏ:Mən şagirdlərə nəticə çıxarmaq ücün sərbəstlik verirəm.Bu şagirdin məntiqi təfəkkürün düzgün istiqamətə yönəlməsinə komək edir. Düzbucaqlı və kvadratın perimetri

hesablanır.Gundəlik həyatda tətbiq etməyə çalışır.

YARADICI TƏTBİQETMƏ:Tərəfi 10sm olan kvadratdan tərəfi 7sm olan kvadrat kəsin.Alınan fiquru çəkin perimetrini hesablayın.

EV TAPŞIRIGI:çalışma - hər bir şagird öz otağının perimetrini hesablasın.



QİYMƏTLƏNDİRMƏ:

MEYARLAR:düzbucaqlının və kvadratın tərifini bilir .Tərəflərini və bucaqlarını tanıyır.Perimetrini hesablayır.
Yüklə 19,48 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin