Kriminal tipə aid qəzetlər: Kriminal qəzetlərin oxucu auditoriyası kifayət qədər böyükdür. Bu tipologiyaya aid qəzetlərdən biri “1001 Kriminal” qəzetidir.
Reklam qəzetləri: Sayına görə çox olmasalar da, səhifələrinin miqdarına, tirajlarına və keyfiyyətinə görə digər bütün qəzetlərdən üstündürlər. “Super market” və “Birja” qəzetləri reklam qəzetlərinə misaldır. Bu cür qəzetlərdə reklamlar, elanlar verilir.
Mədəni və ədəbi-bədii qəzet tipi:Müasir mətbuatımızda bu tipli qəzetlərin sayı çox deyil. Azərbaycan Yazıçılar Birliyinin rəsmi orqanı “Ədəbiyyat” və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat orqanı “Mədəniyyət” qəzeti bu tipli qəzetlərin ən uzunömürlü olanlarındandır.