1.3. Hadisələrin işıqlandırılmasında istifadə olunan analitik janrlar Jurnalistikada bir hadisənin analitik təhlili üçün kifayət qədər imkanlar var. Jurnalistikanın analitik janrları bunu həyata keçirməyə şərait yaradır. Qısa da olsa jurnalistikanın analitik janrlarına nəzər salaq. Bundan əvvəl qeyd edək ki, analitik jurnalistikada hadisənin və faktın təhlili verilir, problem göstərilir, onların həlli yolları ortaya qoyulur. Analitik jurnalistika oxucu auditoriyasının müəyyənləşməsi, bu auditoriyanın hadisə və faktları dərk etməsi, aldığı informasiyaların bu dəfə əsas mahiyyətinə varması kimi maraqlı komponentləri şərtləndirir. Ona görə də analitik janrlara maraq böyük olduğu kimi, onlarla işləyən jurnalistin yaradıcılıq səviyyəsinə də tələb artıqdır.