Elektron sərgi Bakı-2020 Hazırladı


Heydər Əliyev, Ümummilli lider



Yüklə 2,07 Mb.
səhifə3/9
tarix10.01.2022
ölçüsü2,07 Mb.
#109712
1   2   3   4   5   6   7   8   9
Heydər Əliyev, Ümummilli lider



ÖN SÖZ

2020-ci il mayın 9-da alman faşizmi üzərində qələbənin 75 ili tamam olur. Bu tarix Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb edir.

Bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli müharibələrdən biri İkinci dünya müharibəsi olmuşdur. 1939-cu il sentyabrın 1-də başlanan İkinci dünya müharibəsi iki imperialist ittifaq arasında aparılsa da, Sovet İttifaqına da ciddi təhlükə yarandı. 1941-c ln iyunun 22-də faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Bununla da sovet xalqları İkinci dünya müharibəsinə qatıldı. SSRİ-nin müharibəyə girməsi ilə İkinci dünya müharibəsinin gedişində yeni mərhələ başlandı. Müharibə sovet xalqları tərəfindən xilaskar, ədalətli, Vətən müharibəsinə çevrildi. Müharibə ümumxalq xarakteri daşıyırdı. Sovet İttifaqının bütün xalqları, o cümlədən Azərbaycan xalqı Vətən uğrunda müharibəyə başladı.

Böyük Vətən müharibəsində Azərbaycan xalqı faşizm üzərində qələbəyə əvəzsiz tövhə vermişdir. Müharibə ərəfəsində əhalisi 3274000 nəfər olan Azərbaycandan cəbhəyə 700000 nəfər səfərbər olunmuş, sovet-alman cəbhəsində, bütün Avropa ölkələrində faşizmə qarşı başlanmış müqavimət və partizan hərəkatlarında fəal iştirak etmiş, böyük qəhrəmanlıqlar göstərmişlər.

Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və s. milli diviziyalar Simferopolun, Odessanın və digər şəhərlərin, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak etmiş, 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçmiş, Berlinin süquta yetirilməsində xüsusi fəallıq göstərmişdir. Polşa və Çexoslovakiyanın faşistlərdən azad edilməsi uğrundakı döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə Ziya Bünyadov və digər 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. 1942-1943-cü illərdə yaradılmış Azərbaycanın milli diviziyaları Qafqazdan Berlinədək qəhrəmanlıqlarla zəngin döyüş yolu keçmişlər. Müharibədə göstərdikləri igidliklərə görə 128 nəfər azərbaycanlı SSRİ-nin ən yüksək ali hərbi adına - Sovet İttifaqı Qəhrəimanı adına layiq görülmüşdür. General Həzi Aslanov daxil olmaqla, 3 nəfər iki dəfə bu ada layiq görülmüşdür. Sovet İttifaqı Qəhrəmanı adını alanlar arasında 42 nəfəri milliyyətcə azərbaycanlıdır. Onlardan 14-ü ölümündən sonra bu ada layiq görülüb.

İkinci Dünya müharibəsi illərində Avropanın işğal edilmiş ərazisində yaranmış müqavimət hərəkatında xeyli azərbaycanlı iştirak etmişdir. Ağır yaralanandan sonra və bəzi başqa səbəblər üzündən almanlara əsir düşmüş azərbaycanlı döyüşçülər həbs düşərgələrinə salınırdılar. Möcüzə sayəsində salamat qalan bu adamlar əsirlikdən qaçır, antifaşist hərəkatına, yerli partizan dəstələrinə qoşulurdular. Vətənpərvər fransız, yuqoslav, italyan və polyak partizanları ilə çiyin-çiyinə vuruşan azərbaycanlılar şəhərlərin və kəndlərin, həbs düşərgələrində saxlanan insanların azad olunmasında fəal iştirak edirdilər. Fransa, İtaliya, Krımda, Belarusiyada azərbaycanlıların rəhbərlik etdiyi partizan dəstələri yaradılmışdı. Fransadakı azərbaycanlı partizan dəstəsinə Hüseynrza Məmmədov, İtaliyadakı azərbaycanlı partizan dəstəsinə Cavad Həkimli, Krımdakı Azərbaycan partizan dəstəsinə Məmməd Əliyev, Belarusda fəaliyyət göstərən partizan dəstəsinə isə Məmməd İsayev rəhbərlik edirdi.

Azərbaycan SSR SSRİ-nin əsas cəbbəxanası olmuşdur. Respublika neft sənayesi 1941-1945-ci illərdə SSRİ-də hasil edilən 110 mln. ton neftin 75 mln tonunu, cəbhəyə göndərilən neft məhsullarının 85-90%-ni vermişdir. Bu isə faşizm üzərində qələbənin əldə olunmasında həlledici rol oynamışdır. Müharibə illərində Bakıda 130-dan çox növdə silah və döyüş sursatı istehsal edilirdi. Müəssisələrdə və kolxozlarda işləyənlərin təxminən 70%-i qadınlar idi.

Qafqaz dağları ətəklərindən başlayaraq Şimala və Qərbə doğru Ukrayna, Belarusiya, Moldaviya və Baltikyanı ölkələrində, Polşa, Bolqarıstan, Rumıniya, Macarıstan və Yuqoslaviya torpaqlarında, Oder və Şpreye çayları sahillərində yüzlərlə və minlərlə Azərbaycan oğullarının məlum və naməlum məzarları vardır. Onlar öz qəhrəmanlıqları ilə xalqımızı Avropa və bütün dünyaya tanıtmışlar.

Böyük Vətən müharibəsi Azərbaycan xalqının yaddaşında dərin izlər buraxıb. O lllərin xatirəsi heç vaxt unudulmur, nəsildən-nəsilə ötürülür və qəhrəmanlıq, igidlik nümunəsi kimi yaşayır.


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin