Nəzirli Ş.Ə. Əfsanəvi Mixaylo.-Bakı: Qələm, 2013.-392 s.
Yazıçı-jurnalist Ş.Nəzirlinin “Əfsanəvi Mixaylo” əsəri Sovet İttifaqı Qəhrəmanı, Mehid Hüseynzadəyə həsr olunmuşdur. “Əfsanəvi Mixaylo” əsərində Mehdinin cəsurluğu, qeyri-adi igidliyi yeni arxiv materialları və nadir sənədlər əsasında yaılıb. Təkcə vətənimizdə deyil, İtaliya, Yuqslaviya, Fransa və başqa Avropa ölkələrində də yenilmiz qəhrəman kimi tanınan Mixaylo-Mehdi Hüseynzadə xalqımıza baş ucalığı gətirib. Ş.Nəzirli kitabda həm də Mehdinin ilk gənclik illərindən-bacılarının, məktəb və tələbə dostlarının xatirələrinə xüsusi yer verib. Vaxtilə Mehdinin çoxlu partizan dostları ilə görüşən müəllif onların da xatirələrinə geniş yer verib. Cəmi 26 il yaşayan Mehdi şair və rəssam, hazırcavab bir gənc idi. Əsərdə onun ilk gəncliyində və əsirlikdə olanda “Qürbətzadə” imzası ilə yazdığı şeirlər və 1935-ci ildə qələmə aldığı poemada ilk dəfə oxuculara təqdim olunur.
Şıxlı, İ.Q. Cəbhə yolları.-Bakı: Gənclik, 1985.-184 s.
Kitabda bir əsgərin simasında minlərlə sovet əsgərinin ağır, lakin şərəfli mübarizədə rastlaşdığı çətinliklər verilmişdir. İsmayıl Şıxlı cəbhə yollarında özünün şahidi olduğu və yaşadığı əsgər həyatını qələmə almış və özündən sonrakı nəsillər üçün bir irs kimi qoyub getmişdir.
Bilir el, bilir vətən
Ölümünlə əbədi həyat qazanmısan sən.
Səni bizdən ayıran yollar uzaq olsa da,
Milyon-milyon könüllər aşaraq sərhədləri,
Gəlir ziyarətinə, öpür yatdığın yeri.
Uzaq, qürbət ölkədə olsa da aşiyanın
Səni gündə min kərə öpür Azərbaycanın!
Süleyman Rüstəm, Xalq şairi
Dostları ilə paylaş: |