Elektron təHSİL müsabiqəsi – 016 Müəllim istiqaməti üzrə nominasiya «Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə / sənəd»

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 55.72 Kb.
tarix22.10.2017
ölçüsü55.72 Kb.

ELEKTRON TƏHSİL müsabiqəsi – 2016

Müəllim istiqaməti üzrə nominasiya 6.1.3. :

« Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə / sənəd »

Mövzu: « OFFİCE MİX - Power Point təqdimatlarını



interaktiv dərsə çevirən vasitədir »

Müəllif: 60 saylı orta məktəbin kimya – biologiya müəllimi

Şirin Nəcəf qızı Məmmədova

Müsabiqəyə təqdim edilən iş Microsoft şirkətinin Power Point proqramı üçün yaratdığı Office Mix əlavəsinin istifadəsi haqqındadır. Bu məhsul, tədris zamanı Power Point proqramından geniş istifadə edən müəllim və şagirdlər üçün çox böyük imkanlar yaradaraq, istifadə edilən təqdimatları interaktiv edərək canlandıran vasitədir.

İnteraktivlik necə yaradılır? Təqdimat slaydları üzərində yazılı qeydlərin aparılması, səsli və görüntülü izahatların verilməsi, mövzuya aid sorğu-suallar hazırlamaq üçün müxtəlif şablonların tətbiqi, lazımi təsvirin, videonun və ya audio faylın slaydlara salınması, çəkilmiş videoların redaktə olunma imkanlarını yaradır. Bundan əlavə yaradılmış Mix müəllim tərəfindən internetdə paylaşılaraq, şagirdlərə ondan müstəqil istifadə imkanı verir. İzləyicilərin və istifadəçilərin rəy və təkliflərini, tənqidi fikirlərini əldə etmək imkanı, müəllimin öz üzərində işləyərək peşəkarlığının artmasına səbəb olacaq.

Office Mix -i necə yükləməli?

Office Mix - dən istifadə üçün Windows əməliyyat sistemi olan kompyuterlər, Office 2013 və ya müəllimlər üçün Office 365 tələb olunur. Əlavəni https://mix.office.com/en-us/Home ünvanından Get Mix seçməklə yükləmək olur.



вырезка экрана
Power Point əlavəsini yüklədikdən sonra siz Mix portalına daxil olmalısız. Bu məqsədlə şəkildə göstərinən account -larınızdan birini istifadə edə bilərsiniz.

картинки по запросу quizzes interactive apps an office mix

Office Mix -in əsas menyu paneli.

Mix-i yüklədikdən sonra Power Point proqramını açdıqda, onun Menyu panelində Mix düyməsi görünəcəkdir. Mix düyməsini seçdikdə ona məxsus menyu paneli görünəcəkdir. Mix menyusunun əsas düymələri bunlardır:



вырезка экрана

  1. Slide Recording - Slayd çəkilişi

  2. Quizzes,Videos, Apps - Sorğu-Sual, Videolar, Köməkçi vasitələr (simulyasiyalar)

  3. Screen Recording - Ekran çəkilişi

  4. Screenshot - Ekran şəkli

  5. İnsert Video - Video əlavə edilməsi

  6. İnsert audio - Səs əlavə edilməsi

  7. Preview - Öncədən baxış

  8. Upload to Office Mix – Office Mix website -na yüklənilməsi

  9. My Mixes – Mənim Mixslərim

  10. Export to Video – Videoya eksport edilməsi

  11. Publish to O365 Video – O365 Video Paylaşma

  12. Using Mix Tutorials – Mix -in istifadəsi haqda təlimat

  13. Send Feedback – Mix barədə rəy yollamaq

  14. Get Support -Yaranmış çətinliklər barədə köməklik əldə etmək

  15. Update Office Mix - Office Mix-in yenilənməsi

Əsas Mix düymələrinin istifadə qaydası.

İnteraktiv dərsin yaradılmasında işlədilən əsas Mix düymələrindən istifadə qaydaları ilə tanış olaq. Power Point-da dərsi hazırlayarkən slaydlara mövzuya uyğun müxtəlif şəkillər əlavə etmək tələb olunur. Əgər sizin kompyuterdə hazır şəkillər varsa, onda adi qaydada İnsert – Daxil et düyməsi vasitəsi ilə seçdiyiniz şəkli əlavə edə bilərsiniz.



Screenshot - Ekran şəkli

вырезка экрана

Komputerinizdə hazır şəkil olmadıqda, Mix sizə 2 variant təklif edir:



  1. Tam ekran şəklinin yerləşdirilməsi

  2. İstədiyiniz ekran sahəsi şəklinin yerləşdirilməsi

Hər hansı internet bəldçisi ilə uyğun şəkli tapıb onu yadda saxlamadan asanlıqla slayda daxil edirik. Bu zaman Mix menyusunun Screenshot - Ekran şəkli duyməsi seçilir və slayda ekranın tam şəkli düşür. Əgər eyni zamanda ekranda bir neçə pəncərə açıqdırsa, onda kursorla sizə lazım olanı seçmək lazımdır.

distillation - поиск в google - google chrome

Ekran kəsimi

Əgər siz açıq ekran pəncərəsinin müəyyən hissəsini çəkib slayda salmaq istəyirsinizsə, onda Screenshot - Ekran şəkli düyməsini seçdikdən sonra Ekran kəsimi düyməsini seçirsiniz. Bu zaman ekran nisbətən ağaracaq və kursor “+” işarəsinə çevriləcək. Onu istədiyiniz sahəyə dogru hərəkət etdirib seçdikdə, yalnız həmin sahənin şəkli slayda düşəcək.



вырезка экрана

Əgər sizin komputerinizdə hazır video və ya audio fayl varsa, bu halda onların slayda yerləşdirilməsi adi qaydada aparılır. İnsert video və ya İnsert audio (Video və ya səsin slayda yerləşdirilməsi) düyməsi bunu asanlıqla edəcək.



Screen recording – Ekran çəkilişi

Lakin vaxt məhdudiyyəti və hazır video faylın olmadığı təqdirdə, internetdən sadəcə zəruri video tapılır və Mix menyusunun Screen recording – Ekran çəkilişi düyməsi ilə həmin video çəkilir.



картинки по запросу office mix screen recording

Ekran çəkilişi tam ekranlı və ya seçilmiş ekran sahəsinin çəkilişi kimi aparıla bilər. Çəkilişi dayandırdıqda video fayl avtomatik olaraq sizin slayda yerləşir.

Çəkilişin səslə müşahidəsi lazımdırsa menyudan Audio düyməsi seçilir, əks halda çəkiliş səssiz olacaq.

картинки по запросу office mix screen recording

Ekran çəkilişi zamanı hər hansı obyektə diqqəti yönəltmək istəyirsinizsə Record Pointer - Çəkiliş göstəricisi düyməsini istifadə etmək lazımdır.



картинки по запросу office mix screen recording

Quizzes,Videos, Apps - Sorğu-Sual, Videolar, Köməkçi vasitələr (simulyasiyalar)

Təcrübədə sınanıb ki, şagirdlər mövzuya uyğun tapşırıqlar, suallar, virtual eksperimentlər etdikdə mövzunu daha yaxşı qavrayır və uzunmüddətli mənimsəyirlər. Son illər təhsil sahəsində geniş istifadə olunan kompyuter texnologiyaları bu cür resursların yaradılmasında əvəzolunmaz xidmət göstərir və çox geniş imkanlar yaradır.

Office Mix-dən tədris vaxti geniş istifadə olunan və əhəmiyyətli dərəcədə praktiki tətbiqi olan xüsisyyətlərindən biri Quizzes,Videos, Apps - Sorğu-Sual, Videolar, Köməkçi vasitələr düyməsidir.

вырезка экрана

Mix menyusundan həmin düyməni seçdikdə slayda belə bir pəncərə gəlir.



картинки по запросу quizzes,videos, apps

Göründüyü kimi burada müxtəlif suallar tərtib etmək üçün hazır şablonlar (bir düzgün cavablı və ya bir neçə uyğun cavablar seçmək imkanı verən, ifadəyə rəğmən dogru və ya yanlış variantlardan birinin seçilməsi) və bəzi tədris resurslarının interaktiv tapşırıqlar olan bölməsinə birbaşa keçidlər verilir. Siz istədiyiniz bir resurs seçəndən sonra onu Add – Əlavə et düyməsi vasitəsi ilə slayda yerləşdirmiş olursunuz. Daha sonra özünüz mövzuya uyğun sorğu – sual tərtib edə bilərsiniz. Məsələn şablonlardan biri olan True False Quiz - Doğru -Yalnış Sorğusunu seçib, Add – Əlavə et düyməsini basdıqda, slaydda belə bir görüntü yaranacaq.



картинки по запросу office mix quiz вырезка экрана

Siz sual yerinə mövzuya uyğun bir ifadə yazırsınız və şagirdlər bu ifadənin doğru və ya yanlış olduğunu müəyyən etməlidirlər.



вырезка экрана

Cavab seçildikdən sonra o daxil edilir və əgər düzdürsə Correct – Doğru, səhvdirsə İncorrect- Yanlış cavabı ekranda görsənir. Retry – Təkrarla (Bir daha sına) düyməsi ilə eyni sualı yenidən cavablandırmaq olar.

Digər şablonlarlardan isifadə edərkən sualların cavabı təkseçimli və ya çoxseçimli olduğu əvvəlcədən müəyyən edilməlidir.

картинки по запросу office mix quiz

Məsələn, Biologiya fənnindən növbəti sorğunu tərtib edərkən, yuxaridaki İnsert question here - Sualı daxıl et sətrinə sual yazılır, sualın aşağı hissəsinə onun bir düzgün cavablı və ya



вырезка экрана

bir neçə cavabın uyğun olduğu seçilir və İnsert option here - Cavab daxil et sətrində müxtəlif cavab variantları yazılır.



вырезка экрана

Sualı cavablandırdıqda ekranda cavabın düz və ya səhv olduğu görünəcək. Səhv olduğu halda özünü yenidən yoxlamaq üçün Retry, düz olduğu halda Continue – Davam et xanasını seçərək növbəti slayda keçid alınır.



Təhsil videoları və similyasiyalar

Mix-in Quizzes,Videos, Apps - Sorğu-Sual, Videolar, Köməkçi vasitələr düyməsində bir neçə xarici təhsil resurslarından istifadə imkanı var. Dünyaca məhşur Khan Academy saytında yüzlərcə tədris videoları, PHET İnteractive Simulations saytında bir çox fənnlərə aid simulyasiyalar, CK - 12 Science Resourses saytında mətnlər, videolar, riyaziyyat fənni üçün CK-12 Math Resourses saytında isə müxtəlif vasitələr tapıb dərslərdə istifadə etmək olar.

Qeyd edim ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının dördüncü istiqaməti təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı infrastrukturun yaradılması, distant və elektron təhsil formalarının inkişafı kimi məsələləri öndə tutur. Bu baxımdan Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elektron resurslar Təhsil portalının yaradılması ona görə böyük əhəmiyyət kəsb edir ki, müəllim və şagirdlər azərbaycan dilində elektron resurslardan istifadə imkanı əldə etdilər. Edumedia Azərbaycan şirkətinin fəaliiyyətindən biri olan Video dərslər-in çəkilişi resursların təhsildə tətbiqinə nümunədir. Xarici elektron resursların da bir qismi tərcümə olunaraq müəllim və şagirdlərin istifadəsinə verilib.

вырезка экрана

Sadaladığım bu elektron vasitələrdən dərslərinizdə istifadə etmək üçün, Mix -in Quizzes,Videos, Apps - Sorğu-Sual, Videolar, Köməkçi vasitələr düyməsindən Web Viewer seçməklə yararlana bilərsiniz. Açılan pəncərədə etibarlı internet ünvanını yazdıqda slayd səhifəsində həmin website açılacaq. Website bu cür açılmadığı təqdirdə, slayda İnsert Hyperlink - Link daxil et düyməsindən istifadə edə bilərsiniz.



http://e-resurs.edu.az/site/index.php - Müxtəlif fənnlərdən elektron tapşırıqlar

http://portal.edu.az/ - Azərbaycan dilində xarici elektron resurslar

http://www.video.edu.az/ - Müxtəlif fənnlər üzrə mövzu izahları

Slide Recording - Slayd çəkilişi

Slide Recording - Slayd çəkilişi dərslərin izahında istifadə olunan əvəzsiz alətdir. Müəllim bu alət vasitəsi ilə çətin qavranan mövzulara geniş şərh verə bilər, slaydlar üzərində qeydlər edə bilər, səsini yaza və video görüntüsünü daxil edə bilər. Mix-in bu imkanı dərsdə hər hansı səbəbdən iştirak etməyən və ya distant təhsil alan şagirdlərin tədrisini effektiv təşkil etməyə kömək edir. Mix menyusundan Slide Recording - Slayd çəkilişi düyməsini seçdikdə

belə bir pəncərə açılır.



https://www.elearning.uq.edu.au/filething/get/36591/officemix-record-audio-narration1.png

вырезка экрана

Pəncərədəki düymələrin izahatı aşağıdaki kimidir.



вырезка экрана

Record - Çəkilişi başlamaq

Stop - Çəkilişi dayandırmaq

Previous Slide / Next Slide - Əvvəlki və Sonraki slaydlara keçmək

Previous Animation / Next Animation - Əvvəlki və Sonraki animasiyalara baxmaq

Preview Slide Recording - Dayandırııldıqdan sonra çəkilənə baxmaq

Edit Slide Recording - Slayd çəkilişini redaktə etmək

Slide Notes – Slayd qeydlərinin ekranın yuxarısında görünməsi

Əgər slayd çəklişi zamanı öz görüntünüzün ekranda olmasını istəyirsinizsə, onda ekranın sağ hissəsində yerləşən kiçik ekrandan kameranı seçin.



вырезка экрана

Seçmədiyiniz halda slayd çəkilişi görüntüsüz aparılacaq. Eyni qayda ilə slayd çəkilişi zamanı danışığınızın yazılmasını istəyirsinizsə, yenə həmin hissədən mikrofon seçilməlidir, əks halda çəkiliş səssiz olacaqdır.



https://www.elearning.uq.edu.au/filething/get/36624/officemix-record-audio-narration2.png https://www.elearning.uq.edu.au/filething/get/36639/officemix-record-audio-narration3.png

Çəkiliş zamanı slaydların üstündə qeydlər aparmaq üçün, yenə də ekranın sağ hissəsindən



картинки по запросу office mix slide recording

qələmi və onun rəngini seçməlisiniz. Çəkiliş gedərkən istədiyiniz obyektə, yazıya diqqət cəlb etmək lazım gələrsə qələmlə ekranda yazmaq olar. Etdiyiniz qeydləri ləğv etmək üçün, pozan seçilərək istifadə oluna bilər.



Bitmiş slayd çəkilişinin redaktəsi.

Slide çəklişi bitdikdən sonra, ehtiyac olarsa, o Edit Slide Recording - Slayd çəkilişini redaktə etmək düyməsini seçərək, aşağıda göstərilən əmrlər vasitəsi ilə redaktə edilir.



картинки по запросу office mix slide recording

Trim Slide Recording – çəklişin istənilən yerdən kəsilməsini icra edir.

Delete Slide Recording – xoşa gəlməyən slayd çəklişini silir.

Delete All Recording - bütün cəklişləri silir.

Beləliklə, Power Point proqramında Office Mix-in elementlərindən istifadə edərək yaratdığınız dərsiniz hazır olduqdan sonra, Preview düyməsi vasitəsi ilə ona ilkin baxış mümkün olacaq. Artıq hazır dərsi Upload to Office Mix düyməsini seçərək internetde paylaşa bilərsiniz. Tədris zamanı şagirldlər üçün tərtib etdiyiniz dərsi budud texnologiyaları ilə paylaşaraq, şagirdlərin email ünvanlarını izləyicilərin siyahısına daxil etməklə, onlara dərsi izləmək imkanı verirsiniz.



Əminəm ki, Office Mix təlimatı ilə tanış olan müəllim və şagirdlər onun innovativ, rahat xüsusiyyətlərini dərs və təqdimat hazırlanmasında tətbiq edəcəklər.

Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə