ELEKTRON TƏHSİL müsabiqəsi – 2016
Müəllim istiqaməti üzrə nominasiya 6.1.3. :
« Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə / sənəd »
Mövzu: « OFFİCE MİX - Power Point təqdimatlarını
interaktiv dərsə çevirən vasitədir »
Müəllif: 60 saylı orta məktəbin kimya – biologiya müəllimi
Şirin Nəcəf qızı Məmmədova
Müsabiqəyə təqdim edilən iş Microsoft şirkətinin Power Point proqramı üçün yaratdığı Office Mix əlavəsinin istifadəsi haqqındadır. Bu məhsul, tədris zamanı Power Point proqramından geniş istifadə edən müəllim və şagirdlər üçün çox böyük imkanlar yaradaraq, istifadə edilən təqdimatları interaktiv edərək canlandıran vasitədir.
İnteraktivlik necə yaradılır? Təqdimat slaydları üzərində yazılı qeydlərin aparılması, səsli və görüntülü izahatların verilməsi, mövzuya aid sorğu-suallar hazırlamaq üçün müxtəlif şablonların tətbiqi, lazımi təsvirin, videonun və ya audio faylın slaydlara salınması, çəkilmiş videoların redaktə olunma imkanlarını yaradır. Bundan əlavə yaradılmış Mix müəllim tərəfindən internetdə paylaşılaraq, şagirdlərə ondan müstəqil istifadə imkanı verir. İzləyicilərin və istifadəçilərin rəy və təkliflərini, tənqidi fikirlərini əldə etmək imkanı, müəllimin öz üzərində işləyərək peşəkarlığının artmasına səbəb olacaq.
Dostları ilə paylaş: |