Əsas Mix düymələrinin istifadə qaydası.
İnteraktiv dərsin yaradılmasında işlədilən əsas Mix düymələrindən istifadə qaydaları ilə tanış olaq. Power Point-da dərsi hazırlayarkən slaydlara mövzuya uyğun müxtəlif şəkillər əlavə etmək tələb olunur. Əgər sizin kompyuterdə hazır şəkillər varsa, onda adi qaydada İnsert – Daxil et düyməsi vasitəsi ilə seçdiyiniz şəkli əlavə edə bilərsiniz.
Screenshot - Ekran şəkli
Komputerinizdə hazır şəkil olmadıqda, Mix sizə 2 variant təklif edir:
-
Tam ekran şəklinin yerləşdirilməsi
-
İstədiyiniz ekran sahəsi şəklinin yerləşdirilməsi
Hər hansı internet bəldçisi ilə uyğun şəkli tapıb onu yadda saxlamadan asanlıqla slayda daxil edirik. Bu zaman Mix menyusunun Screenshot - Ekran şəkli duyməsi seçilir və slayda ekranın tam şəkli düşür. Əgər eyni zamanda ekranda bir neçə pəncərə açıqdırsa, onda kursorla sizə lazım olanı seçmək lazımdır.
Ekran kəsimi
Əgər siz açıq ekran pəncərəsinin müəyyən hissəsini çəkib slayda salmaq istəyirsinizsə, onda Screenshot - Ekran şəkli düyməsini seçdikdən sonra Ekran kəsimi düyməsini seçirsiniz. Bu zaman ekran nisbətən ağaracaq və kursor “+” işarəsinə çevriləcək. Onu istədiyiniz sahəyə dogru hərəkət etdirib seçdikdə, yalnız həmin sahənin şəkli slayda düşəcək.
Əgər sizin komputerinizdə hazır video və ya audio fayl varsa, bu halda onların slayda yerləşdirilməsi adi qaydada aparılır. İnsert video və ya İnsert audio (Video və ya səsin slayda yerləşdirilməsi) düyməsi bunu asanlıqla edəcək.
Dostları ilə paylaş: |