Elektron təHSİL müsabiqəsi – 2016 Müəllim istiqaməti üzrə nominasiya


Təhsil videoları və similyasiyalar



Yüklə 55,72 Kb.
səhifə6/9
tarix07.01.2022
ölçüsü55,72 Kb.
#85714
növüDərs
1   2   3   4   5   6   7   8   9
Təhsil videoları və similyasiyalar

Mix-in Quizzes,Videos, Apps - Sorğu-Sual, Videolar, Köməkçi vasitələr düyməsində bir neçə xarici təhsil resurslarından istifadə imkanı var. Dünyaca məhşur Khan Academy saytında yüzlərcə tədris videoları, PHET İnteractive Simulations saytında bir çox fənnlərə aid simulyasiyalar, CK - 12 Science Resourses saytında mətnlər, videolar, riyaziyyat fənni üçün CK-12 Math Resourses saytında isə müxtəlif vasitələr tapıb dərslərdə istifadə etmək olar.

Qeyd edim ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının dördüncü istiqaməti təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı infrastrukturun yaradılması, distant və elektron təhsil formalarının inkişafı kimi məsələləri öndə tutur. Bu baxımdan Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elektron resurslar Təhsil portalının yaradılması ona görə böyük əhəmiyyət kəsb edir ki, müəllim və şagirdlər azərbaycan dilində elektron resurslardan istifadə imkanı əldə etdilər. Edumedia Azərbaycan şirkətinin fəaliiyyətindən biri olan Video dərslər-in çəkilişi resursların təhsildə tətbiqinə nümunədir. Xarici elektron resursların da bir qismi tərcümə olunaraq müəllim və şagirdlərin istifadəsinə verilib.

Sadaladığım bu elektron vasitələrdən dərslərinizdə istifadə etmək üçün, Mix -in Quizzes,Videos, Apps - Sorğu-Sual, Videolar, Köməkçi vasitələr düyməsindən Web Viewer seçməklə yararlana bilərsiniz. Açılan pəncərədə etibarlı internet ünvanını yazdıqda slayd səhifəsində həmin website açılacaq. Website bu cür açılmadığı təqdirdə, slayda İnsert Hyperlink - Link daxil et düyməsindən istifadə edə bilərsiniz.



http://e-resurs.edu.az/site/index.php - Müxtəlif fənnlərdən elektron tapşırıqlar

http://portal.edu.az/ - Azərbaycan dilində xarici elektron resurslar

http://www.video.edu.az/ - Müxtəlif fənnlər üzrə mövzu izahları


Yüklə 55,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin