Elektron təHSİL müsabiqəsi – 2016 Müəllim istiqaməti üzrə nominasiya



Yüklə 55,72 Kb.
səhifə5/9
tarix07.01.2022
ölçüsü55,72 Kb.
#85714
növüDərs
1   2   3   4   5   6   7   8   9
Quizzes,Videos, Apps - Sorğu-Sual, Videolar, Köməkçi vasitələr (simulyasiyalar)

Təcrübədə sınanıb ki, şagirdlər mövzuya uyğun tapşırıqlar, suallar, virtual eksperimentlər etdikdə mövzunu daha yaxşı qavrayır və uzunmüddətli mənimsəyirlər. Son illər təhsil sahəsində geniş istifadə olunan kompyuter texnologiyaları bu cür resursların yaradılmasında əvəzolunmaz xidmət göstərir və çox geniş imkanlar yaradır.

Office Mix-dən tədris vaxti geniş istifadə olunan və əhəmiyyətli dərəcədə praktiki tətbiqi olan xüsisyyətlərindən biri Quizzes,Videos, Apps - Sorğu-Sual, Videolar, Köməkçi vasitələr düyməsidir.

Mix menyusundan həmin düyməni seçdikdə slayda belə bir pəncərə gəlir.



Göründüyü kimi burada müxtəlif suallar tərtib etmək üçün hazır şablonlar (bir düzgün cavablı və ya bir neçə uyğun cavablar seçmək imkanı verən, ifadəyə rəğmən dogru və ya yanlış variantlardan birinin seçilməsi) və bəzi tədris resurslarının interaktiv tapşırıqlar olan bölməsinə birbaşa keçidlər verilir. Siz istədiyiniz bir resurs seçəndən sonra onu Add – Əlavə et düyməsi vasitəsi ilə slayda yerləşdirmiş olursunuz. Daha sonra özünüz mövzuya uyğun sorğu – sual tərtib edə bilərsiniz. Məsələn şablonlardan biri olan True False Quiz - Doğru -Yalnış Sorğusunu seçib, Add – Əlavə et düyməsini basdıqda, slaydda belə bir görüntü yaranacaq.



Siz sual yerinə mövzuya uyğun bir ifadə yazırsınız və şagirdlər bu ifadənin doğru və ya yanlış olduğunu müəyyən etməlidirlər.



Cavab seçildikdən sonra o daxil edilir və əgər düzdürsə Correct – Doğru, səhvdirsə İncorrect- Yanlış cavabı ekranda görsənir. Retry – Təkrarla (Bir daha sına) düyməsi ilə eyni sualı yenidən cavablandırmaq olar.

Digər şablonlarlardan isifadə edərkən sualların cavabı təkseçimli və ya çoxseçimli olduğu əvvəlcədən müəyyən edilməlidir.

Məsələn, Biologiya fənnindən növbəti sorğunu tərtib edərkən, yuxaridaki İnsert question here - Sualı daxıl et sətrinə sual yazılır, sualın aşağı hissəsinə onun bir düzgün cavablı və ya



bir neçə cavabın uyğun olduğu seçilir və İnsert option here - Cavab daxil et sətrində müxtəlif cavab variantları yazılır.



Sualı cavablandırdıqda ekranda cavabın düz və ya səhv olduğu görünəcək. Səhv olduğu halda özünü yenidən yoxlamaq üçün Retry, düz olduğu halda Continue – Davam et xanasını seçərək növbəti slayda keçid alınır.




Yüklə 55,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin