Record - Çəkilişi başlamaq
Stop - Çəkilişi dayandırmaq
Previous Slide / Next Slide - Əvvəlki və Sonraki slaydlara keçmək
Previous Animation / Next Animation - Əvvəlki və Sonraki animasiyalara baxmaq
Preview Slide Recording - Dayandırııldıqdan sonra çəkilənə baxmaq
Edit Slide Recording - Slayd çəkilişini redaktə etmək
Slide Notes – Slayd qeydlərinin ekranın yuxarısında görünməsi
Əgər slayd çəklişi zamanı öz görüntünüzün ekranda olmasını istəyirsinizsə, onda ekranın sağ hissəsində yerləşən kiçik ekrandan kameranı seçin.
Seçmədiyiniz halda slayd çəkilişi görüntüsüz aparılacaq. Eyni qayda ilə slayd çəkilişi zamanı danışığınızın yazılmasını istəyirsinizsə, yenə həmin hissədən mikrofon seçilməlidir, əks halda çəkiliş səssiz olacaqdır.
Çəkiliş zamanı slaydların üstündə qeydlər aparmaq üçün, yenə də ekranın sağ hissəsindən
qələmi və onun rəngini seçməlisiniz. Çəkiliş gedərkən istədiyiniz obyektə, yazıya diqqət cəlb etmək lazım gələrsə qələmlə ekranda yazmaq olar. Etdiyiniz qeydləri ləğv etmək üçün, pozan seçilərək istifadə oluna bilər.
Dostları ilə paylaş: |