Qəzəllər
Dilbəra, zülmün keçib ərşi-əladan o yana,
Görməmişdim bir bəla mən bu bəladan o yana.
Yalvarıb vəslin üçün hər gündə qıllam dualar,
Neyləyim, çatmır gücüm həmdi-səladan o yana.
Minbərə qalxdım ki mən, illaca loğman çağırım,
Orda da dil dönmədi “həyyəl-fəla”dan o yana.
Saldı naləm heyrətə məşşayi* dərviş babanı,
Söylədi: yetmiş ünüm Kərbübəladan o yana.
Nə diləkmiş vəsli-yar, əflakə aciz görünür?!
Kimdi bəs qismət yazan həqqi-təladan o yana?
Gör ki nə qüdrətdi eşq - idrakımı zəbt eliyib,
Özgə şey dərk etməzəm bu istiladan o yana.
Qeyri həmdərd gəzmə sən dərdin hüdudunda, Əli,
Yoxdu adəm övladı bu mübtəladan o yana!
-----------
Dostları ilə paylaş: |