Məşuq:
Üzmə göylərdən əlin, qisməti Allah yetirir,
Rəfiqə:
Hər könül bir od tapır, gərdişi-dövran belədi.
( Aşiq və dost gedirlər. Qızlar da kuzələrini
götürüb gedirlər. Axıra Məşuq və Rəfiqə qalır)
Rəfiqə:
Nədir, ay qız, nə qəmginsən?
Neçin birdən dəyişdin sən?
Məşuq:
Könlümə bir od düşüb, bundan qərarım yox,
Öylə bir atəşdi ki, dözməkdə karım yox!
Rəfiqə: (zarafatla)
Sinəni bir ox ilə səyyad ola vurmuş?
Məşuq:
Ağrısın dəf etməyə bir iqtidarım yox!
Rəfiqə:
Sən də , ay qız , birtəhərsən,
Bundan artıq nə istərsən?
İlk sevgiyə alqış gərək!
Mübarəkdir, çox mübarək!
Göz dikmişdi oğlan sənə,
Hey baxırdı dönə-dönə.
( Qızlar gedərkən Əğyar qarşıya çıxır)
Əğyar : ( Məşuqa)
Hər görərkən surətin köksümdə atəş qalanır,
Vəslə yetmək qəsdiçün beynimdə aləm dolanır.
Bircə “hə” kəlmən üçün yüzlərlə mal-pul tökərəm,
Başına altun səpib hər anda qayğın çəkərəm.
Bəslərəm, ey gül, səni yağ içrə böyrək kimi mən,
Mat qalar ziynətinə hər gəzdiyin güllü çəmən.
Məşuq:
Çox güvənmə malına, söz salma altundan əbəs,
Mal-pula, var –dövlətə saf bəndədə olmaz həvəs.
Bizdə yoxdur gəzdiyin, yol ver, çəkil yoldan kənar!
Rəfiqə:
Yox lüzum artıq sözə, qəlbin əgər öz hökmü var!
Yol ver, çəkil yoldan kənar!
Əğyar: (tək)
Bir daha yox söylədi, düşdüm yenə müşgüllərə,
Nola, yarəb, onda bu yox söyləyən dil olmasa!
Daş ürək nazəndədir kuyində bərbad olduğum,
Yox ümid etsin əlac qəlbində təbdil olmasa.
( Bulağa tərəf gedir.)
Dərviş : (gəlir)
Hər sevən aşiq deyil eşqində təkmil olmasa,
Eşq adın kimdir çəkən hər üzrə təhlil olmasa.
( Cadugərin gəldiyini görüb gizlənir)
Cadugər:_Mən_falçıyam,_çadugərəm,_Hər_dərdə_əncam_çəkərəm._Zülmət_yola_nur_saçaram,_Həm_tas_qurub_bəxt_açaram!_Əğyar'>Cadugər:
Mən falçıyam, çadugərəm,
Hər dərdə əncam çəkərəm.
Zülmət yola nur saçaram,
Həm tas qurub bəxt açaram!
Əğyar: ( bulaqdan qayıdarkən Cadugəri
görüb birdən ayılmış kimi)
Falçı, falçı, falıma bax!
Gəl bəxtimə, halıma bax!
Cadugər: (oturub fal açır)
Bəxtində müşkül görünür,
Sönmüş ocaq , kül görünür.
Eyb eyləməz, əncam olar,
Ancaq bunun çox xərci var!
Əğyar:
Bir könül təbdilinə nə istəsən verrəm onu,
Tas qurub tədbir elə, olsun xeyir axır sonu.
Məşuqa könlüm qonub, ardıncayam çoxdan bəri,
Nə qədər cəhd eylədim gəlmir yaxın nazlı pəri.
Cadugər:
Mən sənin hər dərdinə dərman tapıb dəf edərəm,
Məşuqu cadum ilə eşqə mükəlləf edərəm.
Əğyar:
Meydana aşiq də çıxıbdır indi,
Ovçudu, səyyaddı, bilinmir kimdi.
Nə tədbir gərəkdir bilirsən özün,
Məşuqun Aşiqdən döndərsin üzün.
Cadugər:
Bu işi tapşır mənə, ardınca dərhal gedərəm,
İş qurub, ənam alıb həm üstəlik nəf edərəm.
( Əğyar onu kənara çəkib pul verir, qulağına
pıçıltı ilə nəsə deyir. Hər ikisi səhnədən gedir.)
Dostları ilə paylaş: |