Dərviş: ( oxuya-oxuya gələrkən məktubu tapıb
götürür)
Bir təriqət əhliyəm ki, eşqdir məbud bildiyim,
Dərdi-hicran əhlidir həm şadi-məsud bildiyim.
Kimsədən sordumsa haqq, təsüflə ol tərpətdi baş,
Anladım çoxdan ölüb illərdi mövcud bildiyim.
( Məşuqun gəldiyini görüb gizlənir)
Məşuq: ( əlində cürdək bulaq başına gedirkən)
Hansı dərddir, ey təbib, gözdən tutub canə düşür?
Bir bəladır kim, nə bir nadan, nə biganə düşür.
Hansı bir məhbəsdi kim, yoxdur poladdan qıfılı?
Binəva hicran çəkən könlüylə zindanə düşür?!
Səyyada bax, səyyada,
Torun qurmuş qayada.
Toruna ceyran düşüb,
Kimsəsi yox oyada!
Cadugər: ( Qəflətən qorxunc ifritə maskasında
Məşuqun qarşısına çıxıb müdhiş bir
səslə):
Oyan! Oyan!!
Dostları ilə paylaş: |