Əli Aslanoğlu



Yüklə 1,07 Mb.
səhifə25/74
tarix03.01.2022
ölçüsü1,07 Mb.
#44387
1   ...   21   22   23   24   25   26   27   28   ...   74
Təsnif

(əruzlu qoşma)

Nə candan əl çəkir hicran,

Nə bu canda qalıbdır can.

Nə bir müşgül olur asan,

Nə müşgülsüz ötür dövran.
Gəlir əfqanə dil-zarım,

Kərəm qılmaz sitəmkarım.

Nə qalmış vəzni-miqdarım,

Nə əskilmir axan giryan.


Könül bərbad,ürək nalan,

Dolub bağrım ləbaləb qan.

Nə istəkdən dönür insan,

Nə uyğundur buna imkan.



Olaydım

( Muğam ustadı Qəzənfər Abbasov

tərəfindən “Mahur təsnifi” kimi ifa edilmişdir )

Yar gedən yollarda karvan olaydım,

Karvanın başında sarvan olaydım.

Həsrəti könlümü yandıran gözəl,

Gəldiyin yollara qurban olaydım.
Qaşların hilaldır, dodağın püstə,

Can sənə qurbandır, tə ki sən istə.

Kaş, bitib getdiyin yolların üstə

Ayrılıq dərdinə dərman olaydım.


Məndə bir istək var, səndə məlahət,

Qul olsam eşqində sanma qəbahət.

Sən allah bəlası - yandıran afət,

Mən yanıb qarşında əfşan olaydım!




Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin