* Tərsim – rəsm etmək, sxemini çəkmək (ərəb)
** Müsəlləs - ərəbcə “üçbucaq” deməkdir.
Hər nə dərd gəlsə mənə ol mahi-taban gətirir,
Dərmanı müşgül olan hər dərdi asan gətirir.
Vəsli-yar arzum mənim qəsdində fürsətdi ona,
Naz ilə bağrım dəlib ardınca hicran gətirir.
Çəkmişəm illərlə mən əğyar ilə qan davası,
Dil verib zalım ona, - qan üstünə qan gətirir!
Çox dedim, çox söylədim: aldanma düşmən sözünə,
Baxmadı kafər qızı,- iblisə iman gətirir.
Hər nə təlim eylədim, yox meyli insafə gələ,
Tanrımız yer üzünə hər yöndə insan gətirir!
Zahida, göstər hanı təsiri tövbə evinin?
Nə mənə səbrü-qərar, nə ona vicdan gətirir!
Daşürək biganəni çox tutma tənqidə, Əli,
Çünki çox tənqid özü mürşidə nöqsan gətirir.
Ömrü sərf etdim qışa, fəsli-baharım gəlmədi,
Nazını çox çəkdiyim nazlı nigarım gəlmədi.
Yandı həsrətdən dilim, Yarəb, haçandır gözlərəm,
Ötdü il, döndü fəsil, istəkli yarım gəlmədi.
Ahular bəzmin tutub bihudə fürsət gözlədim,
Gəldi hər sevdalı dilbər, öz şikarım gəlmədi.
İstədim qismət üçün bir qeyri səmtə üz tutum,
Çox dayandım, gözlədim mən, yol qatarım gəlmədi.
Bir münəccim söylədi: bəxtin yatıb, ey binəva,
Oldu agah ki, nədən çeşmi-xumarım gəlmədi.
Hər yazan tökdü üzə hər üzrə əş`arın, Əli,
Ortaya eşqdən savay bir qeyri varım gəlmədi
Cəhd edir könlüm yenə seyri-səmadan dolayı,
Vəsli-canan bildiyim təyri-hümadan* dolayı.
Fəsli-gül əyyamıdır, cansızlara can verilir,
Bəzri-rişə **daş dəlir nəşvü-nümadan dolayı.
Özgə yox, ölsəm məni ay üzlü yar öldürəcək,
Çün, fəda qəsdindəyəm hüsni-simadan dolayı.
Əhvalım dilbilməzə naşı mütərcim danışıb,
Nə olub, olmuş mənə ol tərcümadan dolayı.
Biqərar divanəyəm, ünvan mənə çöldü, təbib,
Yoxmu uyğun bir dəva bu tərkimadan dolayı?
Hər nə dərd olmuş icad əflakə üstümdə biçib,
Tək biri ölçülməyib cümlə-cəmadan dolayı.
Uçdu məbədin,Əli,qəsdiylə zalım fələyin,
İndi nə minnətdi bu, bərbad komadan dolayı?!
-------------
Dostları ilə paylaş: |