Əli Aslanoğlu Yovşanlıq şərqiləri Bakı 2009 Redaktoru: Firuz Mustafa Əli Aslanoğlu. Yovşanlıq şərqiləri



Yüklə 1,24 Mb.
səhifə25/67
tarix10.01.2022
ölçüsü1,24 Mb.
#108529
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   ...   67
24. Bu da toy

Bir il hiss olunmadan gəlib keçdi.

Əslində ilin necə keçdiyini Nazərlə Səbinə hiss etmədilər, bir də onda ayıldılar ki, yay semestri başa çatıb və onlar kəndə get­məlidilər. Daha doğrusu, Nazər işlədiyi üçün kəndə yalnız bir ne­çə günlüyə gedə bilərdi. Səbinə isə tətil müddətini nişanlısından ayrılıb kənddə keçirməyə məcbur idi. Kənddə isə Nazərsiz hər gün bir il kimi keçirdi.

Dağlıq Qarabağda müharibə daha da qızışmışdı. Demək olar ki, hər gün cəbhədən pis xəbərlər gəlirdi. Əhalinin güzəranı get­dikcə ağırlaşırdı. Kəndlər və rayon mərkəzləri bir birinin ardınca əldən verilir, qaçqın və məcburi köçkünlərin sayı günbəgün artırdı.

Belə bir şəraitdə Nazər bir həftəliyə icazə alıb Səbinəni kən­də- Kəhrizliyə apardı. Fərhadla Güllü onları həddən artıq mehri­ban­lıq və sevinclə qarşıladılar. Hər ikisi öz qızları ilə bərabər onun da üzündən öpdülər. Nazər onlarda çox ləngimədi, bir stəkan çay içib öz kəndlərinə getdi.

O, həyətlərinə girəndə Çingizin qapıda axsaya–axsaya yeri­di­yini gördü. Qardaşı ilə qucaqlaşıb görüşəndən sonra soruşdu:

- Yenə yaralanıb gəlmisən?

- Hə, bu dəfə deyəsən uzunmüddətli gəlmişəm.

- Niyə ki, noolub?

- Ə, Gülbahara demə, bilmir. Bir ay qospitalda yatannan son­ra, üç gün bunnan qabaq evə gəlmişəm. Sağ qıçımı qrad qəlpələri deşik-deşik eləmişdi. Həkimlər güc-bəla ilə yığıb sağaltdılar. Hə­lə də bir neçə qəlpə qalıb. Ayaq üstə gəzəcəyimə inanmırdım.

Bu vaxt Gülbahar evdən çıxıb:


  • Bıy, sənə qurban olum, ay mənim gözəl balam! – deyərək, gə­lib oğlunu qucaqladı. Onun üz-gözündən bir neçə dəfə öpəndən sonra :

  • Bəs mənim Səbiş balamı neynəmisən? – deyə, soruşdu.

  • Evlərindədi.

  • Nə vaxt gəlib ki, mənim xəbərim yoxdu?

  • Mənnən gəldi. Onu evlərinə ötürüb gəlmişəm.

  • Yaxşı eləmisən. Sabahda-zadda mənnən gedərik gəlinimi görərəm.

Gülbahar Səbinəyə bir dəst kostyum alıb oğlu Nazər və qızı Sona ilə Güllügilə getdi. Görüşüb bir qədər söhbətləşdikdən sonra Güllü Gülbaharı kənara çəkib dedi:

  • Yaman pis zamana gəlib çıxmışıq, Gülbahar. Qonşuların söz-söhbətinnən ta cana gəlmişik.

  • Aa..z, nə söz? İndi nə olub ki?

  • A bajı, heç nə! Ağzı var tutan soruşur ki, qızı havaxt kö­çü­rürsən? Deyirəm hələ oxuyurlar, Allah qoysa, institutu qurtaran kimi toylarını eliyərik. Biri elə öz dayım qızı, deyir dörd il nejə etibar eliyib nişanlı qız saxlıyırsan, özləri də gözdən-qulaqdan uzaq bir yerdə ola-ola? Mən də dedim ki, Nazərə öz qızımdan da artıq inanıram. Kimə deyirsən? Deyir, odnan pambığın bir yerdə salamat qalmasına çox da bel bağlama.

Gülbahar eyhamı başa düşdü. Güllü toyu tezləşdirmək istə­yir­di və buna haqqı da vardı. Dedi:

  • Ay Güllü, qohum–qonşunu qınama, elə mən də bunların əl-ayağını bir yerə yığmaq istiyirəm. Bir halal süd əmmiş tapıb Çingizə ad eliyən kimi bunların toyunu eliyəjəm.

  • Aaz, qızdan çox qız var. Odu ey, biri elə eltimin qızı Gülşən. Gül parçası kimi təmiz, gözümüzün qabağında böyümüş uşaqdı.

  • Ay Güllü, kişi böyük oğlumun kirvəsidi. Kirvənin qızı kirvəyə düşmür deyirlər axı.

  • Burax sən allah, avamların sözünü. İndi elə şeyə baxan kimdi? Əmiqızını, xalaqızını alırlar, kirvə qızını yox?

  • bilim vallah, mənim uşaqlarım bir az tərsdilər. O qız mə­nim də ürəyimə yatır. Elə bilirəm ağız açsam, Validə də sözü­mü yerə salmaz.

  • Aaz, yerə salmaq nədi? Validə də, Abbas da sənin uşaqla­rı­nın xətrini çox istiyirlər. Sən oğlunu yola gətir, bu tərəfi mən­nikdi.

Gülbahar Gülşən söhbətini Çingizə açanda oğlu bir az fikrə gedib sonra:

  • Ana, - dedi, - demirəm pis qızdı, lap yaxşı qızdı, özü də tə­miz ailədəndi. Ancaq mən indi axsıya-axsıya evlənə bilmərəm. Qoy görək axırımız nə təhər olur.

  • Bala, allahın köməkliyiynən yaxşı olar. Günü–gündən ye­rişin də düzəlir. On günə qədər tam sağalacaqsan, inşallah!

Doğrudan da Çingizin zədələri iki həftəyə sağaldı. Həkimlər budunda qalmış axırıncı iki qəlpəni də çıxartdılar.

Avqustun 5-də Çingizlə Gülşəni nişanladılar.

Nazərin toyu isə avqustun 23-də oldu. Bundan iki həftə əvvəl Səbinəni qiyabiyə keçirmişdilər...

EPİLOQ
Nəşriyyatın müdiri Abuzər müəllim kabinetin qapısının dö­yül­düyünü eşidib başını oxuduğu yazının üstündən qaldırmadan:


  • Gəl! – dedi.

Qapı açıldı və kabinetə 22-23 yaşlarında iki qız daxil oldu. Gö­zünü yazıdan ayırıb içəri girən qızlara baxan Abuzər çaşdı­ğın­dan əvvəl eynəyini gözündən aldı və sonra da cəld qaytarıb yerinə taxdı.

  • Salam! – Qızlardan biri dilləndi.

  • Salam! – Cavab Abuzər müəllimin dilindən özbaşına qopdu.

Kişini karıxdıran bu idi ki, qızlar həm gözəldilər, həm də bir-birinə o qədər oxşayırdılar ki, sanki biri o birinin ksero aparatında çıxarılmış surəti, ya da güzgüdəki əksi idi. Nəzərini bir yerə cəm­ləşdirmədən, qızların hər ikisinin sifətində gəzdirə-gəzdirə:

  • Buyurun, eşidirəm.- deyib, eynəyini yenidən gözündən alıb stolun üstünə, daha doğrusu, bayaqdan oxuduğu yazının üstünə qoy­du.

  • Sizə yazı gətirmişik. – deyərək, qızlardan biri, daha dəqiq de­məli olsaq, içəri girəndə salam verən qız sumkasından bir qov­luq çıxardıb Abuzər müəllimə uzatdı. Qeyri-ixtiyari əlini uzadıb qovluğu alan nəşriyyat müdiri hələ əli havada ikən soruşdu:

  • Nə yazısıdı?

  • Nə bilim vallah, yarı sənədli, yarı bədii bir xatirə yazısıdı. Povestdən bəlkə də bir qədər böyükdü. Hər halda siz də baxıb fi­ki­rinizi deyərsiz. – Danışan yenə həmin qız idi.

Abuzər qovluğu açıb üstdəki CD diskini bir kənara qoydu və A-4 formatlı kompüter kağızında yığılmış mətnin birinci səhifə­sinə baxdı. Bu səhifənin ortasında iri şriftlə


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin