Katib: (gəlir)
Ayağa qalxın! Hakim gəlir!
Hakim: (İki məşvərətçi ilə birlikdə gəlir)
Oturun! Cənablar, bu gün baxacağımız işin məhkəmə iclasını açıq elan edirəm. Məhkəməyə məlumat vermək üçün söz ittihamçıya verilir:
İttihamçı: (qalxıb əlini ədalət maşınının üstünə qoyaraq)
And içirəm ki, sözümdə heç bir qərəz olmayacaq. Əgər olsa, Ədalət maşını məni dayandırsın!
(sonra qovluğu götürüb vərəqləyərək oxuyur)
Haqq dərgahına bir neçə il ərzində daxil olmuş şikayət ərizələrinə müvafiq olaraq haqqın hüzuruna əcəl tamamı ilə göndərilmiş Zalım şahın məhkəməsi üçün aşağıdakı sənəd və materialları təqdim edirəm.
Hələlik sağlıqda olan və ona görə də ruhlarının bu gün buraya şahid kimi çağırılması mümkün olmayan 77777 şikayətçinin haqq maşınında qeydiyyata alınmış şikayətlərindən ümumi arayış şəklində çıxarış.
7 il bundan əvvəl ölmuş, hazırda ruhu burada şahid kimi iştirak edən mərhum Məhəmməd kişinin 7 il öz baxılmasını gözləyən ərizəsi.
7 ay bundan əqdəm vəfat edib, hazırda cənnətdə məskunlaşmış Əbdüləlinin ərizəsi. Bu gün ruhu burada iştirak edir.
7 gün əvvəl qəza yolu ilə ömrünü tamama yetirmiş Firəngiz xanımın ərizəsi. Qeyd etməliyəm ki, Firəngiz xanımın cənnət və ya cəhənnəmdə daimi məskunlaşması bu günkü məhkəmə üzləşməsi ilə əlaqədar olduğundan, o, hələlik cəhənnəm qapıları önündə müvəqqəti sakin kimi yerləşdirilmişdir.
Dostları ilə paylaş: |