Vəzir:
Təqribən bir dinar.
Zalım şah:
Biz nə qədər məvacib veririk?
Vəzir:
Təqribən yarım dinar.
Zalım şah:
İndi qandınmı, nəyə görə siyahıdakıları az göstərmək lazımdı? İndi davam elə!
Vəzir:
Son 6 ilin təhlilinə görə bizim məmləkət dolanışıq səviyyəsinə görə xeyli irəliləyərək 250 ölkə arasında 248-ci yerdən 246-cı yerə keçmiş, Afrikanın Qanqal əmirliyini və Quru Səhra məmləkətini arxada qoymuşdur. Bütün bunlar sizin müdrik hökmdarlığınız sayəsində olmuşdur. (katibə çay gətirib qoyur).
Katibə: (kənara)
Atamın goruna and olsun o məmləkətlərdən birini sel, o birini quraqlıq məhv etməsəydi, biz bu irəliləyişi əldə etməzdik. Külü qoyum bunların başına! (gedir)
Zalım şah:
Yaxşı, hesabat bəsdi, bizdə bir neçə şəhərin qazilərinin yeri boşdu, bir əyalətdə də vali yerinə bir nəfər tapıb qoymaq lazımdı. De görüm bu barədə nə təklifiniz var?
Vəzir:
Hökmdar, şəhər qazılarını hələ də axtarırırq. Amma əyalət başçısı üçün bir namizəd var, əgər məsləhət bilsəniz... (kağızı cibindən çıxarıb verir)
Zalım şah: (kağıza baxaraq)
Kim? Dəllək Məhəmməd? Bu kimdi, haralıdı? Məgər mən sizə deməmişəmmi bizim kənddən olmayana belə böyük iş vermək olmaz?
Vəzir:
Hökmdar, bu Məhəmmədin özü sizin kənddən olmasa da, arvadı oralıdı. Bizim məlumata görə, o da arvad sözündən çıxan deyil, üstəlik nə buyruq versəniz fikirləşmədən yerinə yetirər, üzüyola adamdı. (cibindən torbanı çıxarıb stolun üstünə qoyur). Bu da onun mağdurudu, min dinar gətirib.
Dostları ilə paylaş: |