Hakim:
Boş danışma, otur yerində!
Firəngiz:
Möhtərəm hakim, o vicdansızdan (Zalım şahı göstərir) soruşun görək o qədər puldan mənə niyə cəmi-cümlətanı bircə dinar verirdi. Onu da ancaq öz yatağına salandan sonra, hıy? Belə də vicdansızlıq olar? Mən də yazıq insan idim, pula ehtiyacım vardı.
İttihamçı:
Sənin məsələnə baxanda danışarsan. İndi hələ səbr elə!
Firəngiz:
Yox də! Burada əgər hər şey açılırsa, gəlin bəri başdan açıq danışaq də!
Hakim:
Sakit, sakit! Ağıl və Vicdan, ikiniz də qalxın ayağa! (hər ikisi qalxır) Zalım şahın birinci məsələ üzrə təqsiri varmı?
Ağıl:
Var, möhtərəm hakim!
Vicdan:
Var, özü də lap çox. Ona hələ bu da azdı. Mən vaxtında xəbərdarlıq eləmişdim.
Hakim:
Yaxşı, oturun! İndi sözüm məşvərətçilərədi. Məhəmmədin təqsirini təsdiq edirsiniz, ya yox?
Dostları ilə paylaş: |