2-ci məşvərətçi:
Firəngiz xanım, sizin o uşaq kimdəndi? Ərinizdən, yoxsa Zalım şahdan?
Firəngiz:
Ay başınıza dönüm, nə fərqi? Ya zəlzələdən, ya vəlvələdən. Axır bu uşaq yetim qalıb ki. İnsafdımı acından ölsün?
1-ci məşvərətçi:
Fərqi çoxdu. Uşaq kimindi, düz deyin! Uşaq üçün fərqi az olsa da müttəhimin təqsirinin, həm də elə sizin öz günahlarınızın dərəcəsini müəyyən etmək üçün bunun böyük əhəmiyyəti var.
Firəngiz: (bir qədər tutulur)
Hə, deməli,...belədi də... Axı nə danışım ey? Bunun indi nə mənası var?
Katib:
Möhtərəm hakim, icazə verin Ədalət maşınını işə salım. Burada hər şey aydın və açıq-aşkar bilinəcək.
Dostları ilə paylaş: |