Hakim:
Yaxşı, düyməni bas!
Katib:
Oldu! (Düyməni basır. İşıqlar oynaşır. Səhnə qaralır, şəkil dəyişir.)
V Şəkil
Sarayda qəbul otağı. Stolun arxasında Firəngiz əyləşib. Sağ tərəfdə Zalım şahın, sol tərəfdə Vəzirin otaqlarının qapısıdır.
Firəngiz:
Gör dünyanın işinə bax ha! İndiyə qədər məndən ötrü ürəyi gedən köpəy oğlu (Zalım şahın otağına işarə ilə) təzə cavan arvad alandan bəri heç üzümə də baxmaq istəmir. Ay sənin özün köpəsən ha, allahdan istəmişəm! Qoy bir ay keçsin, arvad köhnəlsin, gör necə ayağıma düşürsən! Genə sağ olsun Vəzir, yazığa yüz dəfə yalvarandan sonra ayda-ildə bir hörmət eliyirəm, ayağımın altında bir ovuc torpaq olur. Pulu-pul, hədiyyəsi də üstəlik. Hərçənd ki, bir az qocadı, day neynəmək olar?
Dostları ilə paylaş: |