1-ci məşvərətçi:
Mən təsdiq edirəm. Çünki, o, özü də boynuna aldığı kimi rüşvət alıb, ikiüzlülük və saxtakarlıq etməklə boynuna günah yığıb. Ona görə də bu təqsir silinənə qədər cəhənnəmdə qalmaq məsləhətdi.
2-ci məşvərətçi:
Mən də məşvərətçi dostumun fikrinə şərikəm. Məhəmməd innən belə 70 il qaynamalıdı ki, bəlkə təmizə çıxa!
İttihamçı:
Mən 70 il müddəti ilə razı deyiləm. O adam artıq 7 ildi ki, qaynayır, tonlarla su, odun, mazut işlənib. Hələ heç bir faiz təmizə çıxmayıb.
Hakim: (məhkəmə katibinə)
Sən bütün bu deyilənləri, təklifləri sal maşına. Nəticəni ver mənə, birinci məsələni bitirək.
Məhkəmə katibi:
Baş üstə! (deyib düyməni basır. İşıqlar oynaşır. Maşın bir qədər işlədikdən sonra düyməni basıb dayandırır və kağızı çıxarıb hakimə verir) Buyurun! Hazırdı!
Hakim: (kağıza baxaraq)
Deməli belə! 1-ci məsələ üzrə həm Məhəmməd, həm də Zalım şahın təqsiri təsdiq olunur. Məhəmməd daha 90 il qaynamalıdı ki, onun təmizlik dərəcəsi 100 faizə çatsın. (cəhənnəm məmurları Məhəmmədi nizənin ucu ilə itələyib cəhənnəmə salırlar). Qalan məsələlər fasilədən sonra!
(Məhkəmə fasilə elan edir. Çəkici vurur. Pərdə.)
Dostları ilə paylaş: |