Əli Kərim üslubu, yaxud



Yüklə 207,54 Kb.
səhifə13/22
tarix03.01.2022
ölçüsü207,54 Kb.
#36098
1   ...   9   10   11   12   13   14   15   16   ...   22
Nə vaxt görüşmüşük?

Harda? Nə zaman?

Doğrusu elə bil yadımdan çıxıb.

Təbəssüm səhəri doğdu üzündə,

Dayandın, ehmalca əlimi sıxıb.
Sözlərin qırıldı, töküldü bir-bir;

Çırpdı divarlara, daşlara külək.

Kəlmələr dağıldı sahil boyunca

Yonulmuş bir gülün ləçəkləri tək.
Əynində sevincdən biçilmiş ağ don,

Gözündə çaşqınlıq ala-toranı.

Əllərin qonmağa bir yer tapmadı,

Sındırdın az qala barmaqlarımı12.
Bu şeir obraz daxilində sükut və səssizliyin ifadəsinin ən mükəmməl forması sayıla bilər. Gözlə, baxışla, qeyri-iradi hərəkətlərlə (əslində min illərin həqiqətini ifadə edən məntiqlə-!) danışmağın şeirdə şeirə paralel olaraq qurduğu mətn iki ömrün içində təkcə bir anın qocalmaması, ötüb keçməməsini qabartmaq üçündür. Həyatın bütün mənası həmin o anla bağlıdır, o an yox olsa, bir saatın içində hər şey mənasızlaşar, hər şey vərdişə dönər. Yaddaşın içində bircə anın hər şeydən fərqlənməsi, ömrün “altı və üstü” ilə daimi bağlantısı poetik obrazın fövrən qavranılmasını şərtləndirir. Bu - yaddaşın huşsuzluğa keçidini bəlirləyən çox kritik bir həlqədir.

Yüklə 207,54 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin