Əli Kərim üslubu, yaxud



Yüklə 207,54 Kb.
səhifə2/22
tarix03.01.2022
ölçüsü207,54 Kb.
#36098
1   2   3   4   5   6   7   8   9   ...   22
Füzuli, o nə qədər! –

Görsələr batır insan,

Batana dəryaları

Birdən bəxş elədilər.

Dünya səni qocaltdı,

Qocaldın dünya kimi,

Könlün kədərlə dolu, -

Çalxalan dərya kimi.4

“... Poetik obrazda sözün dar mənasında (cığır obrazında) bütün hərəkət – söz-obrazın dinamikası sözlə predmet arasında baş verir. Söz tükənməz zənginliyin və predmetin özünün ziddiyyətli müxtəlifliyinin içinə, onun “bakirə” hələ “deyilməmiş təbiətinin” içinə qərq olur; buna görə də o, öz kontekstindən kənarda nəyinsə olmasını nəzərdə tutmur (şübhəsiz ki, dil xəzinəsindən başqa). Söz öz predmetinin ziddiyyətli söz şüurunu və bu şüurun ən müxtəlif və çeşidli indisini yaddan çıxarır”. (Baxtin). Füzulinin hər bir qəzəlini oxusaq, bu fikrin müəyyən mənada dəqiqliyinin şahidi olarıq. Füzulidə sözlə predmet bir-birinin içinə “batıb”, söz predmetin içində “qəzaya uğrayıb”, kənarda baş verən olayların bu mətnə qətiyyən təsiri yoxdu, amma o, kənardakı bütün aləmləri bu sözün, özünün batıb qərq olduğu “bataqlığın” içinə çəkir. Əli Kərimdən yuxarıda verilən misralar da eyni struktur təbiətə malikdir, burada da ətrafla azacıq ünsiyyət, kontakta işarə söndürülüb, söz, necə deyərlər öz havasının içində fırlanır, o, ətraf gerçəkliyi izah etməyin bir yolunu tanıyır – bu aləmi bütövlükdə dartıb öz sferasına salmaq, orada həll etmək və bütün dünyanı bir deyimin içinə yerləşdirmək – fələklər yandı ahimdən... Füzuliyə qarşısıalınmaz pərəstiş və onun sözlərini anlamadan bu sirli aləmə dalma burdan yaranır.



Yüklə 207,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin