Başımı söykəyərək.5 Söz predmetə yaxınlaşdıqca, onun içinə qərq olduqca söz də, predmet də başqalaşır, ilkin və əzəli təbiətini dəyişir, onlar bir-birlərini nə qədər xatırlatsalar da, təkcə özlərinə oxşamırlar, bu başqalaşma, - əslində vahid obrazı və metafora şüurunu – dünyanı mükəmməl şəkildə əks etdirmək üçündür. “Söz axtardım, tapmadım, misram qopub töküldü özülsüz divar kimi...”, - burada əslində sözün əşyaya yaxınlaşmasının, onların bir-birinin içinə “düşməsinin” baş tutmaması təsvir edilib. Sözün predmetə “çatıb əşyalaşması” əslində metaforanın, bədii obrazın mətn boyunca poetik açımı, mənalara şaxələnməsi, vahid mənanın və beləliklə dünyanın atom kimi bölünməsi deməkdir; bu proses həm klassik ədəbiyyatda, həm də bayatılarda mükəmməl ifadəsini tapıb.