Əli Kərim üslubu, yaxud


Musiqi əfsanə, musiqi xəyal



Yüklə 207,54 Kb.
səhifə7/22
tarix03.01.2022
ölçüsü207,54 Kb.
#36098
1   2   3   4   5   6   7   8   9   10   ...   22
Musiqi əfsanə, musiqi xəyal...

Musiqi sinəyə töküldü xal-xal,

Musiqi doldurdu sinəmi tamam,

Ordakı min şeir, ordakı ilham

Köpürdü, hayqırdı, səda da saldı.

De, şahə qalxmamış duyğumu qaldı?!

Könül uşaq kimi: ver, nə var, dedi.

İndi axşam idi.

Səhər istədi,

Gecə də istədi səhərlə birgə,

Sevinc də istədi kədərlə birgə.

O, görmək istədi eli, obanı,

Bir meşə qoynunda bütün cahanı.

Ulduzu, günəşi yerdən istədi,

Bütün fəsilləri birdən istədi.9
Əli Kərim şeirində hər bir halın, vəziyyətin təsviri konseptual xarakter daşıyır, məqsəd klassik poeziyada olduğu kimi kosmosla itmiş rabitəni bərpa etməkdir. Bu məqsədlə şeirdə əşyalara münasibətdə işlədilən “həndəsi ölçülər” qabarıqlaşır, çox kiçik ölçülər hər şeyin fövqünə qaldırılır, dünya orada yalnız iki görüntü qalana qədər sıxılır, bir obrazın içində milyonlarla keyfiyyət həll edilir. Təsvir momenti, mətndə kommunikativ mövqe obrazın daxili hərəkətinin canlanmasına, dünyanın içindən sıçrayıb ondan böyük olmasına səbəb olur.

Yüklə 207,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin