Əli Kərim üslubu, yaxud


Düşdü könül ala gözün ağınavü qərasınə



Yüklə 207,54 Kb.
səhifə9/22
tarix03.01.2022
ölçüsü207,54 Kb.
#36098
1   ...   5   6   7   8   9   10   11   12   ...   22
Düşdü könül ala gözün ağınavü qərasınə,

Ayrıq anınla kimsənin ağı nədir, qarasi nə?
Nəsimi qəzəlində bu tipli ayırıcı suallar çoxdur – məqsəd nədir? Bunların hamısı həm də cavab tələb eləməyən, bir növ aydınlaşdırıcı suallardır. Yəni, mətləbin izahına sualla başlanır, əsl müəmma sonda gəlir – buna heç kəs cavab tapa bilmir. “Müəmma” demişkən, Nəsimi qəzəlində müəmma, tapmaca haləti yoxdur, məqsəd oxucunu dərin dəryalara daldırmaq və bunun vasitəsi ilə ona nəsə qandırmaq, ya da sual qarşısında qoymaq deyil, məqsəd – oxuyanı şeirin içinə daxil etmək, onu bu dünyanın bətnində həll etməkdir, ən azı ona görə ki, Nəsimi şeiri sadəcə könül duyğuları deyil, bunlar missiyadır, ideyadır, ən adi obraz və simvollar belə ayrıca götürüldükdə son dərəcə şərtidir, heç nə bildirməyəcək dərəcədə özünə sıxılmışdır, poetik sistem – semantika daxilində gül kimi açılır, ancaq onun açılmağını bir kimsə görmür. Ona görə də bir çox suallar açıq qalır, izah edilmir, izah tələb etmədən ən müxtəlif istiqamətlərə aparır.

Yüklə 207,54 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin