AZƏRBAYCAN KP-nin VƏ ONUN STRUKTURLARININ FƏALİYYƏTİNƏ MÜNASİBƏTLƏ ƏLAQƏDAR
NAXÇIVAN MUXTAR RESPUBLİKA ALİ MƏCLİSİNİN
Q Ə R A R I Məlum olduğu kimi, SSRİ prezidentinin fərmanı ilə Sov. İKP MK-nın və onun Siyasi Bürosunun fəaliyyəti dayandırılmışdır. Naxçıvan MR Ali Məclisinin 26 avqust 1991-ci il tarixli sessiyasında Naxçıvan Vilayət Partiya Komitəsi və partiya təşkilatlarının bütün strukturları ləğv edilmişdir. Lakin Sov. İKP-nin tərkib hissəsi olan Azərbaycan Kommunist Partiyası, onun Mərkəzi Komitəsi öz fəaliyyətini davam etdirməkdədir. Hətta, sentyabr ayında özünün qurultayını çağırmağı qərara almışdır. bu yolverilməz fəaliyyətdir və Azərbaycan istiqlalına bir maneədir. Buna görə Naxçıvan MR Ali Məclisi q ə r a r a a l ı r:
1. Naxçıvan MR Ali Məclisinin sessiyası bildirir ki, Sov. İKP MK-nın və onun Siyasi Bürosunun fəaliyyətinin SSRİ prezidentinin fərmanı ilə dayandırılmasına baxmayaraq Sov. İKP-nin tərkib hissəsi olan Azərbaycan Kommunist Partiyasının, onun Mərkəzi Komitəsinin hələ də fəaliyyət göstərməsi yolverilməzdir.
2. Azərbaycan Respublikası Ali Sovetindən xahiş edilsin ki, ölkədə gedən demokratik proseslərə uyğun olaraq Azərbaycan Kommunist Partiyasının və onun Mərkəzi Komitəsinin fəaliyyətini dərhal dayandırmaq haqqında qərar qəbul etsin. Qısa müddətdə Azərbaycan Kommunist Partiyasının, onun bütün təşkilatlarının əmlakının milliləşdirilməsini tə’min etsin.
3. Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin bütün strukturlarının ləğv edilməsi və əmlakının milliləşdirilməsi haqqında Naxçıvan MR Ali Məclisinin 26 avqust 1991-ci il tarixli qərarı bir daha bəyənilsin.
4. Naxçıvan MR Ali Məclisinin qərarına uyğun olaraq Naxçıvan MR-da partiya təşkilatlarının əmlakının milliləşdirilməsini təmin etmək üçün Naxçıvan MR Ali Məclisi deputatlarından ibarət deputat komissiyası yaradılsın və bir həftə ərzində qərarın yerinə yetirilməsi tə’min olunsun. Deputat komissiyasının tərkibi aşağıdakı kimi müəyyən edilsin: