12 fevral, № 25 (16117), s. 7.
NaxÇıvanda DTK-nın sonu
NAXÇIVAN MR ALİ MƏCLİSİ
DTK-nın FƏALİYYƏTİ HAQQINDA
QƏRAR QƏBUL EDİB
Naxçıvanda MR Ali məclisi DTK-nın fəaliyyəti haqqında qərar qəbul edib: Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qeyd edir ki, xalq deputatlarının bir çoxunun çıxışlarında muxtar respublikanın Dövlət Təhlükəsizlik Komitəsinin fəaliyyətində ciddi nöqsanlar olduğu, Muxtar Respublikanın ictimai-siyasi vəziyyətinin qiymətləndirilməsində DTK-nın antidemokratik, antihumanist və qərəzçilik mövqeyi tutması haqqında konkret faktlar və dəlillər göstərilmişdir. Qeyd edilmişdir ki, son illər Dövlət Təhlükəsizlik Komitəsi Naxçıvanda gedən demokratik proseslərə qarşı fəal əks tədbirlər aparmış, onların boğulması üçün ciddi fəaliyyət göstərmiş, ictimai-siyasi hadisələr haqqında yuxarı instansiyalara yanlış mə’lumatlar vermiş, demokratik hərəkatın ayrı-ayrı nümayəndələrinə qarşı repressiya tədbirlərində iştirak etmişdir. Bununla yanaşı, tam qətiyyətlə israr etmək olar ki, Dövlət Təhlükəsizlik Komitəsi muxtar respublikada təhlükəsizliyi təmin etmək sahəsində üzərinə düşən birbaşa vəzifələrin yerinə yetirilməsinə hədsiz dərəcədə məsuliyyətsiz yanaşmışdır. Son zamanlar ictimaiyyətin nümayəndələri, Xalq Cəbhəsinin fəalları Muxtar Respublikanın ərazisinə qanunsuz keçən ayrı-ayrı şəxslərin pozucu təxribat tədbirlərini aşkar edərkən onların nəinki göstərilən hərəkətlərinin qarşısının alınmasında iştirak etməmiş, hətta onlar haqqında əvvəlcədən heç bir məlumatları olmamışdır.
SSRİ Dövlət TəNlükəsizlik Komitəsinin tərkib hissəsi olan Sov.İKP MK-nın və Naxçıvan Vilayət Partiya Komitəsinin bilavasitə rəhbərliyi altında fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin orqanları Azərbaycan xalqının milli mənafelərinin ziddinə olaraq Mərkəzin imperiya siyasətini dönmədən və ardıcıl surətdə həyata keçirmişlər. Ali Məclis qeyd edir ki, Azərbaycan Respublikasının Ali Soveti 1 noyabr 1991-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin Milli Təhlükəsizlik Nazirliyinə çevrilməsi haqqında qanun qəbul edərək, ciddi səhvə yol vermiş, Azərbaycan Respublikası DTK-nın fəaliyyətinə, onun respublikada gedən demokratik proseslərə qarşı çıxan, xalqa zidd roluna siyasi qiymət verməmişdir. Məlum olmayan səbəblərdən Ali Sovet 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqına qarşı həyata keçirilən və çoxlu insan tələfatı ilə nəticələnən hərbi təcavüzdə Azərbaycanın DTK orqanlarının nə dərəcədə iştirak etdiyini və təqsirini müəyyən etməyi vacib saymamış, DTK-nın ictimaiyyətə mə’lum olan terrorçu hərəkətlərdə iştirakı haqqında faktları aydınlaşdırmamışdır. Bütün bunları nəzərə alaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərar alır.
1. Dövlət Təhlükəsizlik Komitəsinin fəaliyyəti Naxçıvan Muxtar Respublikasının bütün ərazisində dayandırılsın. Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin fəaliyyəti yoxlanılsın.
Naxçıvan Muxtar Respublikasında dövlət təlükəsizliyinin təmin edilməsi üçün yeni strukturların yaradılması məqsədəuyğunluğu müəyyən edilsin. Bu məsələlərin həll edilməsi və müvafiq təkliflərin verilməsi üçün aşağıdakı tərkibdə komissiya yaradılsın: Q.Məmmədov (sədr), R.Həsənov, A.Kələntərli, R.Tağıyev, F.Quliyev, A.Quliyev, S.Alışarlı, H.Həsənov, F.Allahverdiyev, E.Abbasov, F.Şirzadov. Komissiyaya tapşırılsın ki, 10 gün müddətində görülən işlər haqqında məlumat və müvafiq təkliflərini təqdim etsin. Azərbaycan Xalq Cəbhəsi, onun Naxçıvan şöbəsinə, demokratik partiyalar və qruplara, muxtar respublika vətəndaşlarına müraciət edilsin ki, Naxçıvan Muxtar Respublikası DTK-nın və onun yerli orqanlarının demokratiyaya, xalqa və hüquqa zidd fəaliyyəti haqqında onlara məlum olan faktları komissiyaya bildirsinlər.
2. İsfəndiyar İsa oğlu Mirzəyev Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin fəaliyyətinin dayandırılması haqqında Azərbaycan Respublikası Ali Sovetinə təklif verilsin ki, Azərbaycan Respublikası DTK-nın fəaliyyətini əsaslı surətdə yoxlanılması zəruri hesab edilsin. Bu orqanın respublikada demokratik proseslərin inkişafı illəri ərzində fəaliyyəti xüsusi araşdırılsın. Son illər Azərbaycan xalqının başına gətirilən faciələrdə Azərbaycan DTK-sı və SSRİ DTK-nın təqsirləri müəyyən edilməsi vacib bilinsin. Nəticələri haqqında ictimaiyyətə məlumat verilsin.
Dostları ilə paylaş: |