1. Avtoritar neosovet rejiminə son qoyulsun, dövlət və hökumət strukturları yeni demokratik əsaslarla qurulsun, Azərbaycan konstitusiyasının pozulması dayandırılsın.
2. Qeyri-leqal özəlləşdirmənin qarşısı alınsın, muxtar respublika üçün alınmış xarici kreditlə bağlı müqavilənin şərtləri xalqa çatdırılsın və həmin kreditin xərclənməsində şəxsi mənafe məqsədilə israfçılığa yol verənlər cəzalandırılsın.
3. Azərbaycan dəmir yolu Naxçıvan fəaliyyətinin bərpası Naxçıvan MR Ali Məclisindən tələb edilsin.
4. Demokratik qüvvələrə qarşı Naxçıvan MR rəhbərliyinin böhtan, şayiə, şantaj siyasətinə, MR Radio-Televiziyasındakı senzuraya son qoyulsun və bildirilsin ki, muxtar respublikada baş verəcək bütün xoşagəlməz hallar üçün məsuliyyət birbaşa Ali Məclis sədrinin üzrəinə düşür.
Naxçıvan MR Ali Məclisi
Demokratik Blokunun sədri: H.İsmayılov
Katib: M.Rəhimov
Redaksiyadan: Bu bəyanatın qəbul edildiyi vaxtdan xeyli keçib və biz onu dərhal çap etmədik. Adətən, Naxçıvanla bağlı məsələləri işıqlandırarkən bizi tərəfkeşlikdə, qeyri-obyektivlikdə günahlandırırlar. Bu bəyanat öncə ayrı-ayrı qəzetlərdə çap edilib. Biz isə bəyanata ona görə məhz indi müraciət edirik ki, bu müddət ərzində hansısa dəyişikliklər ola biləcəyinə inanırdıq. Ancaq təəssüf ki, belə deyil. Əksinə, Naxçıvanda münasibətlər daha kəskinləşib. AXC Naxçıvan şöbəsinin H.Əliyevə sui-qəsd hazırlaması barədə şayiələr baş alıb gedir. Rəsmi mətbuat isə həmişə olduğu kimi susur. H.Əliyev — AXC qarşıdurmasının dərinləşməsinə xidmət edən təbliğat aparmaqdadır. Muxtar Respublikada hər hansı islahatların keçirələcəyi də gözlənilmir.
“Azadlıq” qəzeti, 1992, 27 avqust, N 73 (173), səh.4.
Dostları ilə paylaş: |