Naxçıvan: Sədərək qəsəbəsində və Şərur rayonunun Yuxarı Yayıcı, Havuş və Cağazir kəndlərində döyüşlər gedir, MDB sərhəd qoşunlarının 14 nömrəli zastavasına məxsus bir tank və iki zirehli maşın ermənilərin tərəfində iştirak edir. Sədərəkdə məktəb binası, AXC-nin yerli şöbəsinin qərargahı dağılıb, milis işçisi E.İsmayılov və S.Əsgərov həlak olub, 11 nəfər yaralanıb.
Sədərək rayonunda vəziyyətin gərginləşməsinə baxmayaraq, Naxçıvan Dövlət Müdafiə Komitəsinin sədri E.Abbasov aprelin 23-də rayon müdafiə qərargahının rəisini Şuşa şəhərinə ezam edib. Bundan əlavə, ona tabe olan Milli Ordu əsgərləri hücumdan əvvəl mövqelərdən çıxarılıb, onların əvəzinə milis və XTMD dəstəsi yerləşdirilib.
Dostları ilə paylaş: |