ÇÖRƏk ucuz olsa, basılmaz vƏtƏn?
Bu il yanvarın ilk günləri Naxçıvan televiziyası və radiosu xəbər verdi ki, Muxtar Respublika ərazisində çörək və çörək mə’mulatının qiyməti qalxmayacaq. Naxçıvan MR Nazirlər Kabinetinin çörəyin qiymətini qaldırmamaq Naqqında qərarı Ali Məclisdə bir qısqanclıq doğurdu. Səhərisi gün televiziya və radioda Naxçıvan MR Ali Məclisi Rəyasət Heyətinin qərarı e’lan edildi: Naxçıvanda çörək və çörək mə’mulatının qiyməti qaldırılmayacaq!
Azərbaycan Respublikasının baş naziri H.Həsənov Naxçıvan rəhbərliyinə müraciət etdikdən sonra 1992-ci il yanvarın 7-də Nnaxçıvan MR Ali Məclisinin Rəyasət Hey’ətinin genişləndirilmiş iclasında çörəyin qiymətinin qaldırılıb-qaldırılmaması məsələsi yenidən müzakirə edildi. Qərara alındı ki, çörək və çörək məmulatı satışından dəyən zərəri ödəmək üçün tütün, şərab məhsullarının, xaricə keçidin qiyməti artırılsın.
Beləliklə, respublika daxilində bir neçə növ məhsulun satışında iki qiymət yarandı. Biri Azərbaycanda, biri də Naxçıvanda. Naxçıvan Ali Məclisi bu qanunları qəbul etməklə özünü müstəqil dövlət kimi apardığını nümayiş etdirdi. Beləliklə bir respublikada çörək fərqli qiymətlərlə satılmağa başladı. Bu da çörəyin qiymətini qaldırmayan rəhbərlərin geniş kütlə arasında nüfuzunu daha da artırdı.
Naxçıvan MR Ali Məclisinin apreldə keçirilən sessiyasında Muxtar Respublikada çörək və çörək məmulatının qiyməti məsələsi geniş müzakirə edildi. Deputatların əksəriyyəti Naxçıvan MR Ali Məclisi Rəyasət Heyətinin 7 yanvar 1992-ci il qərarını bəyəndilər.
Həmin vaxtdan ötən müddətdə (14 iyun 1992-ci il tarixədək) çörək və çörək məmulatının satışından 65 milyon 500 min manat borc yaranıb. İran İslam Respublikasına göndərilənlərdən 200 manat əvəzinə 1000 manat dövlət rüsumu alınması, şərabın, neftin qiymətinin artırılması hesabına kəsirin 5 milyon 631 min manatı ödənilib. Taxıl məhsulları kombinatı isə bonkrot təhlükəsi qarşısında qalır. Görəsən, müəssisə bankrot olanda, xalq qəflətən aclıq təhlükəsi qarşısında qalanda ucuz şöhrət aşiqləri və səriştəsiz deputatlar çıxış yolunu nədə görəcəklər? Muxtar Respublikadan qaçmağı üstün tutacaqlar, yoxsa günahlarını başqalarının boynuna atmaqla özlərini yenə sudan quru çıxarmağa çalışacaqlar.
“Azadlıq” qəzeti, 1992, 18 iyul, № 58 (158).
Naxçıvan: İyulun 16-da Culfa rayonunun Ərəfsə kəndi Ermənistan ərazisindən atəşə tutulub. Bir əsgərimiz yaralanıb. Həmin gecə Sədərək ətrafında da ara-sıra atışmalar olub.
“Azadlıq” qəzeti, 1992, 18 iyul,№ 58 (158). s. 2
Dostları ilə paylaş: |