ƏLİ ŞAMİl burul ğ anda n ç ixma q m ü m k ü n d ü r m ü ? B a k ı — 0 1



Yüklə 3,21 Mb.
səhifə46/105
tarix01.01.2022
ölçüsü3,21 Mb.
#105868
1   ...   42   43   44   45   46   47   48   49   ...   105
«Azadlıq» qəzeti,1992, 3 dekabr, 115 (215), s.4.

MüştƏrƏk bazar:

NiyƏ aÇılıb, niyƏ bağlandı?
Şərur rayonunun Şahtaxtı kəndi yaxınlığında — Sona bulağı adlanan yerdə bu ilin ikinci yarısında Araz üzərində bir körpü quruldu. Bu kiçik körpüdən yük maşınları keçməsə də, yüngül ma­şın­lar və piyadalar keçə bilir. İran İslam Respublikasının Qərbi Azərbaycan ostanı ilə əlaqələrinin daha da genişlən­mə­sində, sözsüz ki, körpünün rolu böyük olacaqdır.

Bu kiçik körpünü qurmaqda məqsəd odur ki, Arazın hər iki sahi­lində müştərək bazar yaradılsın. Yerli sakinlər heç bir növbə gözləmədən, əlavə sənədlər hazırlamadan pasportunu göstərməklə bazarda alverini edib geri qayıda bilsin. Bazar üçün ayrılan əra­zinin Naxçıvan tərəfində tikinti işləri ləngisə də, dekabrın 25-də müştərək bazarın təntənəli açılışı oldu. Açı­lışda Naxçıvan MR-nın və Şərur rayonunun rəhbərləri iştirak edirdilər. Arazın sağ sahilində — İran tərəfdə 30-a yaxın mağaza-köşk tikilib. 15-nə mal yığılıb. Satıcılar satışa hazır vəziy­yətdə açılışı gözləyirlər.

Müvəqqəti olaraq naxçıvanlılar üçün ayrılan 15 mağaza-köşk isə tamam boş idi. Bilinmirdi ki, bu mağazalara kim mal gəti­r­məli, hansı mallar satılmalı idi. İran tərəfin mağazalarında ər­zaq və sənaye malları tümənə, rubla, dollara satılırdı. Naxçıvan tərəfdən ayrı-ayrı adamlar əllərinə nə keçmişdisə, asfaltın üstünə qoyub satırdılar. Əsgərlər isə onları İran tərəfə - bazara buraxmırdılar. Mübahisə uzanırdı.

Əsgərlər əldə onu əsas tuturdular ki, belə bir bazarın açıl­ması, oraya kimlərin buraxılacağı haqda əllərində heç bir əsas yox­dur. Məntəqədə gömrük nəzarətinin olmaması səbəbindən nəyin aparı­lıb, nəyin gətirilməsi ilə maraqlanan da yox idi.

Əvvəlcədən ölçülüb-biçilmədiyindən, hər şey dəqiqləşdiril­mə­diyindən müştərək bazar ikinci gün bağlandı.


Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin